Saçlarını evdə boyayanlara 7 təklif | www.Sun.az
Saçlarını evdə boyayanlara 7 təklif
30.10.2014   Bölmə: Dəri və saç



Saç rəngləmək bəzi xanımlar üçün adətən stress atmaq vasitəsidir. Daim saç rəngi dəyişən xanımlar hər boyama üçün salona getmək yerinə evdə özləri və ya yaxın birinə boyatdırmağı seçərlər. Bu seçim salonda boyama xərclərindən xilas olmaq üçün də yaxşı seçimdir. Ancaq yaddan çıxarmamaq lazımdır ki, saçlarınızda köklü dəyişiklik edəcəksinizsə, bunu evdə etməyiniz olduqca çətindir və axtardığınızı tapmaya bilərsiniz. Bunun üçün salona, işini çox gözəl bilən saç ustasının yanına getməyiniz lazımdır. Saçlarınıza bir neçə ton dəyişiklik edəcəksinizsə, bunu evdə həll etmək mümkündür. Elə isə saçlarınızı evdə rəngləyəcəksinizə, bu təkliflər sizin üçündür.

Saç boyama çəkməcəsi
Əgər saçlarınızı daim evdə rəngləməyi düşünürsünüzsə, bu rəngləmə üçün bir çəkməcə ayırın. Burada saçlarınızı boyayarkən geyinəcəyiniz köynək, dəsmal, daraq, saç ayırma aləti, broş, saç boyasını qarşdırmaq və saça çəkmək üçün fırça, əlcək və bir qab mütləq olmalıdır.

Vazelin
Saçlarınızı boyamağa başlamadan əvvəl saçlarınızın bitdiyi yerdən başlayaraq alınınıza və qulaqlarınıza vazelin çəkməyi məsləhət görürük. Boyaya bulaşmış olsa da, vazelinlə birlikdə təmizləmək çox asan olacaqdır.

Saçları ayırmaq
Boyayarkən saçları ayırmaq çox vacibdir. Əgər saçlarınızı tünd bir rəngə boyayırsınızsa, mütləq boyun hissəsindən ayırmağa və boyamağa başlayın. Boyun hissəsi digər hissələrə nisbətən rəngi daha gec götürəcəkdir. Əgər sarı bir rəngə boyayacaqsınızsa, ön hissədən başlaya bilərsiniz. Çünki təbii sarı saçlarda ön hissələr daha açıqdır.

Çirkli saç
Saçlarınıza boya çəkəcəyiniz zaman ən az bir gün əvvəl yumanızı məsləhət görürük. Saçlarınız çox təmiz olduğundan məsamələriniz açıq olacağı üçün dəriniz buna görə təsirlənə bilər. Çirkli saç təmiz saçlara nisbətən rəngi daha tez götürür.

Sınaq
Əgər boyanın saçınızda necə görünəcəyini bilmək istəyirsinizsə, əvvəlcə görünməyən bölgəyə çəkib yoxlayın.

Kifayət etməyən boya
Saçınız uzundursa, bu halla mütləq qarşılaşarsınız. Bir hissədə az boya istifadə edərkən digər hissələrdə bunun əksi ola bilər. Bu problemlə qarşılaşmamaq üçün əlavə bir qutu rəng də almanız məsləhətdir. Saç çəkməcənizdə lazım olanlardan biri də artıq boyanın olmasıdır.

Saç kremi
Saç boyalarının içindən çıxan kremləri rəngləmə işi bitdikdən sonra mütləq istifadə edin. Günəş şüasından qoruyan kremlərdən istifadə etməniz rəngin saçlarınızda daha uzun müddətli və yeni kimi qalmasına kömək edəcək.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: loliiiii     Baxış sayi: 1457     30.10.2014
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Arzuolunmaz tüklərin qənimi: Nanə Boyun qırışıqları
Yeni Il Sac Modelləri Gözaltı qara kölgələr, şişliklər üçün ..
Saçları ağaranlara TƏBİİ ÜSUL: soğanı iki.. Yağlı saçlarla necə mübarizə aparmalı?
Dəriyə qulluq təklifləri İncə telli saçlara qulluq
Quru saçlar üçün 10 tövsiyə Saçların elektriklənməsinin qarşısını nec..
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
Unudulan_ask_
Qısa məlumat

Aktiv olduğuna görə Şərhlər üzrə aktivliyinə görə Seçilmiş istifadəçi
Unudulan_ask_
: qiymət: 0
Tarix: 04.11.2014 | # 2
təşəkkürlər xəbərə görə.



XaLiQ_5
Qısa məlumat

İdarə Heyətinin Professional Üzvü
XaLiQ_5
: qiymət: 0
Tarix: 30.10.2014 | # 1
xebere gor ezziyyete sagol



haqqımda bilməy isdiyirsən??
haqqın olanda gələrsən

 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 2
    Qonaqlar: 142
    Cəmi: 144
    Bu gün saytda olanlar

    Hal-hazırda saytda
    Lala
    oxajewoly
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 116711
    Sayğaclar



    Mp3 yukle