Zengimcell yukle Youtube mp3 mp3 yukle
Münasibətlərə zərər verən 5 davranış
30.10.2014   Bölmə: Münasibətlər



Uşaqlıq illərindən etibarən aşiq ola və birini sevə bilərik. Həyatımızın hər mərhələsində özümüzə daha yaxın hiss etdiyimiz dostlarımız mütləq olur. Qurduğumuz münasibətlər problemsiz davam etmir və bu səbəblə çəkişmələr, küskünlüklər, ayrılıqlar yaşaya bilirik. Sadəcə qarşı cinslə olan eşq münasibətlərimizdə deyil, həyatımıza girən hər insanla bir münasibət qurmuş oluruq və bəzən bu münasibətləri davam etdirə bilmirik. Xüsusilə uzun müddətli münasibətlərdə və evlilik mərhələsinə çatan münasibətlərdə daha çox problemlər yaşayırıq. Münasibətə bəzən özümüz öz əlimizlə zərər vermiş oluruq. Bəs münasibətimizə zərər verən davranışlar hansıdır?

Eqoizm

Münasibətlər qarşılıqlı güvən və paylaşma üzərində qurulur. Bir münasibət içində daim özünü fikirləşən, öz faydası üçün çalışan, öz xoşbəxtliyini düşünən bir yoldaş olduğu zaman bu münasibət daha tez bitmiş olur. Qarşı tərəf eqoist olan tərəfin davranışlarına uzun müddət dözə bilmir. Çünki münasibət eqoist olmağı qəbul etmir.

Gizlətmək

Bir münasibətdə daim əhəmiyyətli olan duyğu güvəndir. İnsanlar bir-birlərinə güvənə bildikləri müddətcə birlikdə və xoşbəxt ola bilərlər. Əgər münasibətdə bir şeyləri gizləyən bir tərəf olcaqsa, bu münasibəti sarsıdacaqdır. Xüsusilə kişilər xanımların bir şeylər gizlədiklərini düşünərək münasibətlərinin sona çatmasını düşünürlər.


Yalan

Bu, gizlətmənin əfv edilməsi daha çətin olan şəklidir. Bəzi insanlar faydaları üçün bəzi hadisələri, vəziyyətləri, sözləri gizlədə bilirlər, söyləmirlər. Bu vəziyyət münasibətin sarsılmasına zəmin yaradır. Yalan isə gizlətmədən də pisdir. Hadisəni və vəziyyəti tamamən dəyişdirərək təqdim etmək mənasını daşıyır. Yalan içində olan münasibət təbii ki, qısa müddətli olacaqdır. Yalan danışan tərəf münasibətdə ən böyük xətanı edən tərəfdir.

Qısqanclıq

Qısqanclığın müəyyən olmayan miqdarları vardır. Normal səviyyədəki qısqanclıq cütlükləri bir-birinə daha da bağlayır və münasibətə bir romantiklik qatır. Həddindən çox və ifrat dərəcədə bir qısqanclıq çox ciddi problemlər yaradır. Çünki u əslində qısqanclıq deyil və psixi pozğunluqdur. Qısqanclıq səbəbilə yoldaşına zərər verən insanlar çoxdur. Çoxları qısqanclığı buna görə pisləyir və bu hissdən qaçmağa çalışır. Amma onu qeyd etməliyəm ki, ifrat dərəcədə olan bu hissin adı əslində qısqanclıq deyil və belə insanlar mütləq psixoloji kömək almalıdır.


Məsuliyyətsizlik

Bir cütlük olmaq, münasibətə başlamaq, evlənmək ilə birlikdə məsuliyyəti gətirir. İnsanlar olduqları duruma görə məsuliyyətə sahib olurlar və bu məsuliyyəti yerinə yetirə bilmədikləri zaman cütlüklər arasında narazıçılıq yaranır. Məsələn, bir atanın işə getməməkdə və pul qazanmamaqda təkidli olması məsuliyyətsizliyinin, atalıq və ər vəzifələrini yerinə yetirilmədiyinin nümunəsidir. Eyni şəkildə, bir xanımın da uşaqlarına baxmaması analıq vəzifələrini yerinə yetirmədiyini göstərir. Münasibətlərdə də bu şəkildə davranan cütlüklər məsuliyyətsizlik edir və bu məsuliyyətsizliklərilə münasibətlərinə həddindən çox ziyan yetirmiş olurlar.
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: loliiiii     Baxış sayi: 858     30.10.2014
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Sevgilisindən ayrılanlar oxusun! Onu unutmaq ü.. özgecanin qatili haqqinda ...
Kişiləri həyəcanlandırmağın yolları hansı.. Seks və eşq arasında
Azərbaycanda zibil qutusuna atılan körpələr harda səhv etdik görəsən?
Ata qızının ilk sevgisi , oğlunun isə ilk qə.. Qadınlar niyə çox danışır? - elmi izahı
Qorxaqsız? Aglin dünyaya baxişi - [ 24 ] - Boşanmiş qadin..
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
nemi16
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Şərhlər üzrə aktivliyinə görə Super Aktiv Sevilen istifadəçi Maraqlı şərhlər yazdığına görə
nemi16
: qiymət: 0
Tarix: 30.10.2014 | # 1
Hmm




 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 0
    Qonaqlar: 62
    Cəmi: 62
    Bu gün saytda olanlar
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 118536
    Sayğaclar



    Mp3 yukle