Günün ulduz falı
31.10.2014   Bölmə: Bürclər



Qoç - günün ilk yarısı o qədər asan və xoş deyil. Yarımçıq işləri başa vurun, yeni səhvlərə yol verməyin. Emosional olmayın. Radikal qərarlar üçün əlverişli zaman deyil. Avantüralara meylli olmayın, təhlükəli işlərə qatılmayın.
Günün ikinci yarısı riskli məşğuliyyət üçün deyil. Ekstremal macəralar aramayın.Yaxınlarınızdan birinin dəstəyi indi xüsusi əhəmiyyət kəsb edir. Əgər bu şəxsə problemlərinizdən danışsanız, sizi narahat
edən məsələlərdən açıq bəhs etsəniz, yardımı mütləq alacaqsınız. Sizi çoxdan bəri narahat edən məsələni çözmək imkanları yaranıb.


Buğa - günün ilk yarısında qətiyyətli davranmasanız, uğursuzluqlara düçar olacaqsınız. Düşünüb-daşınmaq üçün vaxt tapın. İntuisiyanız iti olacaq. Onun məsləhətlərinə inanmaq olar. İşlərinizdə irəliləmək üçün liderlik məziyyətlərinizi nümayiş etdirin. Yaxın ətrafınızdakı insanları arxanızca aparın.Günün ikinci yarısında məqsədə çatmaq üçün işlənmiş metodlardan da yararlanmaq olar. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Enerjili olun. Yorğunluq hiss etməyəcəksiniz.Axşam saatları aktiv istirahət və açıq havada gəzinti üçün münasib zamandır.


Əkizlər - əvvəllər əldə etdiyiniz təcrübə və biliklərdən faydalana bilərsiniz. Ötənlərdəki hadisələrdən birinin əks-sədasını duyacaqsınız. Səhvlərinizi təkrarlamayın, köhnə yanlışlıqlara yenidən aldanmayın. Fikri cəmləmək, diqqətli olmaq asan deyil.
Günün ikinci yarısı mühüm və məsuliyyətli fəaliyyət üçün əlverişlidir.
Səfərə yollanmaq, mürəkkəb texnika ilə davranmaq niyyətiniz varsa, sərvaxt davranın. Axşam saatlarına yaxın travma riski artacaq.Yoqa və ya pilateslə məşğul olmaq olar.


Xərçəng - günün ilk yarısı ünsiyyət üçün əlverişlidir. İndiyədək münasibətlərinizin çox sərin və gərgin olduğu insanlarla da münasibətlərinizi qaydaya sala bilərsiniz. İşlə bağlı önəmli xəbər alacaqsınız. Maliyyə problemlərinizi həll etmək şansları yaranır.Günün ikinci yarısı karyera müstəvisində irəliləyə bilərsiniz. Enerjili, aktiv olun. Hadisələrin axarını sürətləndirmək üçün hiyləgərlik etmək gərəkdir.Axşam saatlarına yaxın səhhətinizdə problemlər yarana bilər. Qidalanmanıza fikir verin. Mədənizdə ifrat həssaslıq var.


Şir - günün ilk yarısında mühüm işlərlə məşğul olmaq mümkündür. Uğur əldə etmək şanslarınız az deyil. Saatlar keçdikcə müsbət təmayüllərin təsiri azalacaq. Yaranacaq problemlərin öhdəsindən təkbaşına gəlməyiniz həddən artıq müşkül məsələyə çevriləcək.
Köhnə dostlar sizə yardım edəcəklər.
Günün ikinci yarısında yeni tanışlarla sayıq olun. Onlar sizə şirin vədlər verəcəklər. Öhdəliklərə inanmayın. Həmkarlar və işgüzar tərəfdaşlarla münasibətlərdə diqqətli olun. Əks təqdirdə peşəkar fəaliyyət müstəvisində problemlər yarana bilər.Axşam saatları pis deyil.


Qız - hər addımınızı planlaşdırın. Düşünüb-daşınmadan qərar verməyin. Çətin məsələlərin həllində diqqətli davranın. İşgüzar danışıqlarda mövqelərinizdən geri çəkilməyin. Qarşı tərəfin fikirlərini öyrənməyə can atın.
Günün ikinci yarısında yeni görüşlər və tanışlıqlar olacaq. Təmaslara səbatlı formada hazırlaşın.
Sevdiyiniz insanla səmimi olun. Münasibətlərdə müsbət dəyişikliklərə nail ola bilərsiniz. Qarşılıqlı anlaşmaya mane olan sədləri aradan qaldırın.Dəyər verdiyiniz adam ona qarşı diqqətsiz və laqeyd davrandığınızı deyə bilər. Sizi maraqlandıracaq insanla axşam saatlarına yaxın görüşəcəksiniz.
Axşam saatlarında normal istirahət edin. Gəzintiyə çıxın.


Tərəzi - adi günlərlə müqayisədə daha qətiyyətli və iradəli olun. Əzmlə davranın, başlanan işləri yarımçıq qoymayın. İşgüzar görüşlər və danışıqlar üçün münasib zamandır. Biliklərinizi, bacarıqlarınızı nümayiş etdirin. Can atdığınız məqsədə çata bilərsiniz.Günün ikinci yarısında vədləri yerinə yetirmək, öhdəlikləri reallaşdırmaq lazımdır. Həddən artıq vədlər verməyin.
Şəxsi münasibətlərdə rəqabət elementləri yaranacaq. Situasiya mübahisələrə təkan verəcək. Güzəştə meylli olmasanız, tərəfdaşınızda neqativ emosiyalar yaranacaq. Səmimi dansanız, mövqelərinizi müdafiə etmək asanlaşacaq.


Əqrəb - gəlir vəd edən işlərə başlayın. Risk istisna deyil. Yaxın ətrafınızdakı insanlar situasiyaya təsir edə bilərlər. Müttəfiq və ya yardımçıya ehtiyacınız var. Daşınmaz əmlakla bağlı avantüralara qatılmayın.
Gizli saxlamağa çalışdığınız işlər haqqında təfərrüatları açıqlamayın.Günün ikinci yarısında diqqətli olun. Dəyər verdiyiniz insanların qayğısına qalın. Özü barədə həddən artıq yüksək fikirdə olan insan qəribə davranır, bəzənsə çox anlaşılmaz hərəkətlər edir.


Oxatan - uğurlu gündür. Günün ilk yarısında başladığınız işləri başa çatdırın. Sonucları nəzərdən keçirin, aktiv və qətiyyətli olun. Sifarişə görə ödəniş və ya maliyyə mükafatı istisna deyil. Qısamüddətli, yeni layihəyə başlamaq olar. Bir şərtlə ki, yeni işi uğurla başa vuracağınıza əmin olasınız.Günün ikinci yarısında adi günlərlə müqayisədə daha çox çalışmalısınız. Narahat olmayın, təşvişə qapılmayın. Belədə səyləriniz hədər getməyəcək. İşlərin çoxluğundan axşam saatları ilə bağlı bəzi planlardan imtina etməlisiniz.


Oğlaq - maliyyə məsələlərində ehtiyatlı olun. Zəruri olmayan xərclərə yol verməyin. Mühüm sənədlərin imzalanması, irimiqyaslı sövdələşmələr və anlaşmalar üçün əlverişli zaman deyil. Maliyyə hesabatını hazırlayarkən diqqətli olun.
Günün ikinci yarısında yalnız özünüzə güvənə bilərsiniz. Sizə yardım edən insanlar ən xoş niyyətləri olsa belə, səhvlərə və yanlışlıqlara yol verə bilərlər. Fəsadların aradan qaldırılması xeyli vaxt alacaq.Axşam saatlarında səfər və ya gəzintidən imtina edin.


Dolça - günün ilk yarısında peşəkar fəaliyyət müstəvisində problemlər yarana bilər. Problemlərin həllində standart metodlara çox güvənməyin. Yaradıcı olun. Yaxşı ideyalar yaranacaq. İdeya və planlarınızı yaxın ətrafınızdakı insanlarla bölüşə bilərsiniz. Amma sayıq olun, sirlərinizi mənasız insanlarla paylaşmayın.
Günün ikinci yarısında romantik görüş ola bilər. Bəyəndiyiniz, rəğbət bəslədiyiniz insanla danışıqlar üçün əlverişli zamandır. Ünsiyyətdə səmimi olun, saxtakarlıq etməyin.Axşam saatlarında normal istirahəti qulaqardına vurmayın.


Balıqlar - günün ilk yarısında yolunuzda yaranacaq maneələr dəf olunmayacaq deyil. Sadəcə, məqsədə çatmaq üçün qeyri-standart metodlardan yararlanın. Eksperimentlər edin, riskdən çəkinməyin. Qətiyyətli olun. Yaxın ətrafınızdakı həddən artıq ehtiyatlı davranış tələb edən insanların məsləhətlərinə yox, sağlam məntiqinizə əsaslanın.
Günün ikinci yarısında işdə və evdə kiçik anlaşılmazlıqlar, ixtilaflar olacaq. Bütün dünyanın sizə qarşı olduğunu düşünməyin. Mübahisələrdən fayda əldə edə bilərsiniz. Ətrafınızdakı insanları diqqətli dinləməklə yanaşı, aqressiv olmayın.
loading...
 (Səs sayı: 0)
Müəllif: loliiiii     Baxış sayi: 1566     31.10.2014
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
31.03.2017 Gündəlik Bürclər 28 iyun 2014-cü il. Günün qoroskopu: bəziləri..
Günün qoroskopu: ünsiyyət çətinləşəcək Günün qoroskopu: Genişmiqyaslı layihələrə b..
2014 May ayında astrologiyada əhəmiyyətli tari.. 08.04.2017 Gündəlik Bürclər
10.000 AZN BÜRCLƏRƏ HƏDİYYƏ VERSƏN... Bürclərə həsr edilmiş şerlər
Hansi burcler daha cox yalan daniwir :/ Günün qoroskopu: insanlara fikir verin
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
niqus
Qısa məlumat
niqus
: qiymət: 0
Tarix: 02.11.2014 | # 7
Xərçəng - günün ilk yarısı ünsiyyət üçün əlverişlidir. İndiyədək münasibətlərinizin çox sərin və gərgin olduğu insanlarla da münasibətlərinizi qaydaya sala bilərsiniz. İşlə bağlı önəmli xəbər alacaqsınız. Maliyyə problemlərinizi həll etmək şansları yaranır.Günün ikinci yarısı karyera müstəvisində irəliləyə bilərsiniz. Enerjili, aktiv olun. Hadisələrin axarını sürətləndirmək üçün hiyləgərlik etmək gərəkdir.Axşam saatlarına yaxın səhhətinizdə problemlər yarana bilər. Qidalanmanıza fikir verin. Mədənizdə ifrat həssaslıq var.



"Mən sözləri sevmirəm. İnsan birini sevdisə,edə biləcəyi ən yaxşı şey onu göstərməkdir.."
D:D:

 

sensiz_olmaz
Qısa məlumat
sensiz_olmaz
: qiymət: 0
Tarix: 02.11.2014 | # 6
hmm twk



Aysan
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi
Aysan
: qiymət: 0
Tarix: 02.11.2014 | # 5
oglaq ucun twk



Bir caqqalin serbestliyi Aslan ayaga qalxana qederdir!

 

XaLiQ_5
Qısa məlumat

İdarə Heyətinin Professional Üzvü
XaLiQ_5
: qiymət: 0
Tarix: 31.10.2014 | # 4
DOLça tesekkurler



ağıllı kimi görünüb ama ki içi boş insanlar var by xALİQ シ

Nal vurum sizun gorunmuyen masqavuza blet


07.07.2017

 

ayan9
Qısa məlumat
ayan9
: qiymət: 0
Tarix: 31.10.2014 | # 3
oqlaq



nemi16
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Şərhlər üzrə aktivliyinə görə Super Aktiv Sevilen istifadəçi Maraqlı şərhlər yazdığına görə
nemi16
: qiymət: 0
Tarix: 31.10.2014 | # 2
Xebere gore tewekkur




 

Decel_Balam
Qısa məlumat
Decel_Balam
: qiymət: 0
Tarix: 31.10.2014 | # 1
Balıqlar - günün ilk yarısında yolunuzda yaranacaq maneələr dəf olunmayacaq deyil. Sadəcə, məqsədə çatmaq üçün qeyri-standart metodlardan yararlanın. Eksperimentlər edin, riskdən çəkinməyin. Qətiyyətli olun. Yaxın ətrafınızdakı həddən artıq ehtiyatlı davranış tələb edən insanların məsləhətlərinə yox, sağlam məntiqinizə əsaslanın.
Günün ikinci yarısında işdə və evdə kiçik anlaşılmazlıqlar, ixtilaflar olacaq. Bütün dünyanın sizə qarşı olduğunu düşünməyin. Mübahisələrdən fayda əldə edə bilərsiniz. Ətrafınızdakı insanları diqqətli dinləməklə yanaşı, aqressiv olmayın.
Allah kerimdi))





 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 2
Qonaqlar: 99
Cəmi: 101
Bu gün saytda olanlar

Hal-hazırda saytda
CharlesDic
eLi12
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 113829
Sayğaclar



Mp3 yukle