Saçların rəngini təbii vasitələrlə dəyişdirin
26.01.2015   Bölmə: Dəri və saç


Ümumiyyətlə, saçları yalnız gözəllik salonlarında rəngləmək tövsiyə olunur. Yadda saxlamaq lazımdır ki, nazik saçlar qalın saçlardan pis rənglənir, çünki nazik saçlar tez qırılır.

Ev şəraitində saçları yüngülcə rəngləmək, ya da daha parlaq çalar vermək istədikdə başı adi çobanyastığı, ya da mollabaşı dəmləməsi ilə yaxalamaq lazımdır. Bunun üçün 2 ovuc quru çobanyastığının üstünə yarım stəkan su töküb qaynadır və 20 dəqiqə qapağını açmadan saxlayırlar.

Saçlara sarışın rəng vermək üçün onlara hər gün (istədiyin rəng alınana qədər) soğan qabığının dəmləməsini sürtmək lazımdır. Bir ovuc soğan qabığını 1 qab suda 10-20 dəqiqə qaynadır,soyudub içinə 1 xörək qaşığı qliserin əlavə edirlər.

Saçları xüsusi şampunla açıq rəngə salmaq olar. Bu məqsədlə ən çox hidrogen-peroksiddən istifadə olunur. Lakin yadda saxlamaq lazımdır ki, ağardıcı vasitələrdən saçlar get-gedə korlanır.

Açıq rəngli saçlara daha təbii rəng vermək üçün onları cəfəri kökünün suyunda yaxalayırlar. Bunun üçün 2 böyük cəfəri kökü 1 l suda 20 dəqiqə qaynadılır.

Saçların ağarmasının qarşısını almaq, ya da onu müalicə etmək olarmı? Uzun müddət və çoxlu vitamin qəbul etməklə saçların ağarmasını müalicə etmək təşəbbüsü göstərilmişdir, lakin bu, heç bir nəticə verməmişdir.

Ona görə də hələ ki, saçları rəngləmək,onlara açıq rəng vermək və ya rəngsizləşdirmək kimi üsullara əl atmaq lazım gəlir. Bunun üçün bitki mənşəli vasitələrdən: rəvənd kökü, soğan qabığı və palıd qabığı məsləhət görülür.

Saçı uzun müddət və tünd rənglərlə rənglədikdə onların ağarmasını yaxşı gizlətmək mümkün olur. Lakin yadda saxlamaq lazımdır ki, ancaq tam sağlam saçları kimyəvi vasitələrlə rəngləmək olar.
İndi ombre saçlar dəbdə olduğu bir qədər bu haqda da məlumat verək. Öncə bilməyənlər üçün ombre saç haqda bir az məlumat vermək istəyirəm. Ombre saç - fransızcadan tərcümədə "kölgə vermək" mənasını verir. Üst qisimləri tünd, uclara doğru daha açıq saç rəngidir.

Çobanyastığı suyu kimi saç rəngini açan təbii məhsullar saç uclarının rənginin daha qısa müddətdə açılmasına kömək edə bilər. Bəs bunu necə etmək olar? Çobanyastığını dəmləyib sprey şüşəsinə tökərək saç uclarına vurmaqla bunu əldə edə bilərsiniz. Saç uclarının günəş və boya səbəbiylə çox qurumaması və qırılmaması üçün zeytun yağı ilə nizamlı olaraq qulluq etməlisiniz.

Ombrenin də növləri var. Uzun saçlar üçün olanlardan ən gözəli sarı, bal rəngi və kül rəngidir. Qısa saçlar üçün isə əsasən qırmızı tonlardan çox isifadə edilir. Təbii ki, kim hansı rəngdə istəsə və ən əsası hansı rəng üz cizgilərinə yaraşarsa, həmin rəngdən istifadə etməsi daha gözəldir. Bunu evdə özünüz də edə bilərsiniz, amma bunun üçün boyalar və hansı rənglərin bir-biri ilə daha yaxşı uyğunlaşması haqqında təcrübəniz olmalıdır. Əks halda istədiyiniz nəticəni əldə edə bilməzsiniz. Rənginə və nə qədər tətbiq etməniz lazım olduğuna qərar verə bilmirsinizsə və ya saçınızı daha əvvəl evdə heç boyamamısınızsa, ən etibarlı yol bu işi yaxşı bilən bir ustanın öhdəsinə buraxmaqdır.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: loliiiii     Baxış sayi: 2384     26.01.2015
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Qüsursuz bir dəri üçün ... - MƏSLƏHƏTLƏR Saçınızı dəsmala bağlayıb gözlətməyin
Pivə maskası ilə düz saçlara qovuş! Üz dərisini qorumağın 5 üsulu
Epilyasiya üsullarının fərqləri nədir Soyuqda başı açıq gəzənlərə xəbərdarlıq
Xanımların nəzərinə: saçınız gec uzanırsa.. DƏRİ TİPİNİZƏ GÖRƏ XÜSUSİYYƏTLƏR
Təravətləndirici tətbiqlər Soyuq havada üzə qulluq
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
birdenyem
Qısa məlumat
birdenyem
: qiymət: 0
Tarix: 04.02.2015 | # 3
Salamlar



Unudulan_ask_
Qısa məlumat

Aktiv olduğuna görə Şərhlər üzrə aktivliyinə görə Seçilmiş istifadəçi
Unudulan_ask_
: qiymət: 0
Tarix: 30.01.2015 | # 2
çətin tapılan məhsullardı çoxu.



Sebine_1
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Maraqlı şərhlər yazdığına görə Şərhlər üzrə aktivliyinə görə
Sebine_1
: qiymət: 0
Tarix: 26.01.2015 | # 1
xebere gore tewekkur,,lazimli xeberdir qizlar





 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 4
Qonaqlar: 113
Cəmi: 117
Bu gün saytda olanlar

Hal-hazırda saytda
cheawsRemeheark
darixanurekk
iryselij
Rhydaymab
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 116414
Sayğaclar



Mp3 yukle