BƏZƏN ELƏ İNSANLAR OLUR Kİ,HƏYATIMIZDA..
05.02.2015   Bölmə: Sevgi



..bəzən olur ki, sevdiyin insanlar sənin onları nə qədər çox sevdiyinin fərqində olur..və bilirlər ki,nə qədər səhv etsələr də onlara qıya bilməyəcəksən..bilirsən ki,onlar bəzi hərəkətlərini rahatca edir,çünki sənin onları bir gülüşlərinə bağışlayacağından əmindirlər..bilirlər ki,səni nə qədər incitsələr də onlar sənin ən həssas nöqtəndir..və ən pisi odur ki,sən bütün bunların fərqində olursan..səndən istifadə etdiklərini bildiyin halda üstlərindən xətt çəkəcək gücü özündə tapa bilmirsən..və bu səni öldürür..

qıraqdaki dostların tövsiyyələr verməyə başlayır sonra..gözünü açmağa çalışırlar..daha çox incinməyini istəmirlər..və səni bu əziyyətdən xilas olmağın üçün cəsarətləndirirlər..bəzən əsəbləşib qovursan onları..”onsuz da bunların hamısını siz deməsəniz də bilirəm!” demək istəyirsən,amma deyə bilmirsən..acizliyini görmələrindən qorxursan çünki..bu zaman səni incidənləri müdafiə etməyə başlayırsan..”yox,siz onu tanımırsınız,o elə insan deyil..mənə heç vaxt zərər vermər..və.s,və.s”..həyatın qarşımıza çıxardığı hər insan bizim üçün imtahan olur..deyirlər,kimə necə baxırsansa o insan elə ondan ibarətdir..deyəsən,doğurdan,belədir..

verdiyimiz dəyərə layiq olmayan insanları həyatımızdan çıxara bilmirik bəzən..amma istəyirəm ki,bir gün həmin insanların qarşısına elə özləri kimi insanlar çıxsın və onları bizim həyatımızdan aparsın..qoy, bu dəfə də incidən onlar olsun,amma sonda öz “getməkləri” ilə heç olmasa bizə bir yaxşılıq etsinlər..bunu bizə borcludurlar..





.bəzən elə insanlar olur ki,həyatımızda..necə deyim?..başa salmaq çətindir..
ürəyini qırdıqdan sonra gələn üzrlər kimi..ya da imtina etdikdən sonra gerçəkləşən arzular kimi..lazım olan vaxtdan sonra gələn zənglər kimi..günəşli bir gündə yağan yağış kimi..tam unutduğun zaman telefonuna gələn “salam” mesajı kimi..qar yağır deyə sevindiyin o anlarda çıxan günəş kimi..səliqəli saçlarını dağıdan külək kimi..yorğunluqdan öldüyün zaman evə gələn qonaq kimi..yolda nələrəsə çox əsəbləşib ağladığın zaman qarşına çıxan tanışlar kimi..kimisə həyəcanla gözlədiyin zaman keçmək bilməyən dəqiqələr kimi..özünü səni incidən yaxınının qarşısında güclü göstərməyə çalışanda titrəyən o səsin kimi..
nə bilim..




..niyə fikirlərini dəyişmək istəyirik ki bir insanın? niyə olduğu kimi qəbul etmək bu qədər çətindir?…niyə məni qəbul etmək çətindirsə həyatıma daxil olmaq bu qədər maraqlıdı? niyə fikirlərim maraqlı deyilsə sual verilir? mən sizin fikirlərinizə qarışdığımı xatırlamıram..bu halda,nədir beynimdəkilərə bu qədər maraq?! mən mənəm,bu fikirlər mənimdi,bu mənəm..bəlkə Ay ağ rəngdə deyil,bəlkə səma mavi rəng deyil..ulduzlar da yoxdu bəlkə..amma mən belə görürəm səmanı,ulduzları,ayı..mən belə xoşbəxtəm çünki,belə görmək istəyirəm..ağıllı olmaya bilərəm,gözəl olmaya bilərəm,düşüncəsiz, vecsiz biri ola bilərəm..bundan sənə nə? var oluşum möcüzədir mənim,yaradılışım mükəmməldir..fikirlərim özümə məxsusdu,sadəcə mənə..gözəl olub olmadığımın da bir fərqi yoxdu.ümumiyyətlə fikrini soruşmadım..

mən düşünürəm,əlimdən alınmayan tək şey budu çünki..və,sən!

heç vaxt nə düşündüyümü , gerçəkdə nə hiss etdiyimi bilməyəcəksən..bu mənim ən böyük

qalibiyyətimdir..





C.MƏSUDƏ

loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: polemick     Baxış sayi: 1080     05.02.2015
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
BEZDİM Yaxşıki varsan...
BƏZƏN SADƏCƏ SUSMAQ İSTƏR İNSAN.. Sevin, doğrudan da, hər şeyin əvvəli sevgidir..
Sən Mənim Deyilsən Bəlkə sabah deyə bir şey olmayacaq
Yatmaq istəyirəm. Yuxumu istəyirəm. QAÇAQ d.. KOLGEDE GUNEW bolum 13
Gozel statuslar BELKE DE...
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
tufan
Qısa məlumat

Ayın Qalibi Şərhlər üzrə Aktiv olduğuna görə Maraqlı şərhlər yazdığına görə Maraqlı xəbərlər müəllifi Yarışma Qalibi Seçilmiş istifadəçi Yarışma Qalibi Xəbərlərdə aktivliyinə görə Sevilen istifadəçi Super Aktiv
tufan
: qiymət: 0
Tarix: 05.02.2015 | # 3
Cox gozel sozlerdi...Ellerinize salik..





 

ureyimdesen
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Maraqlı şərhlər yazdığına görə
ureyimdesen
: qiymət: 0
Tarix: 05.02.2015 | # 2
Bezen ele insan olur ki heyatimizda onu niye gec tanimiwam deye ozunu qinayirsan , amma bezen ele insanda olur ki wukur edirsen ki yaxwidi bunu cox tanimamiwam, insanda olur ki ne olursa olsun o insanin senin heyatinnan cixmagina seni terk etmeyine doze bilmessen, cunki onu cox isteyirsen...





 

nemi16
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Şərhlər üzrə aktivliyinə görə Super Aktiv Sevilen istifadəçi Maraqlı şərhlər yazdığına görə
nemi16
: qiymət: 0
Tarix: 05.02.2015 | # 1
Cox gozel sozlerdir




 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 3
Qonaqlar: 134
Cəmi: 137
Bu gün saytda olanlar

Hal-hazırda saytda
darixanurekk
Qiinfmeags
ydumewygy
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 115789
Sayğaclar



Mp3 yukle