Bakı Dövlət Universitetində maaşlar qalxdı - 1400 AZN
24.02.2015   Bölmə: Maraqlı
Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurası bu ildən professor-müəllim heyəti və əməkdaşların əmək haqlarının artırılması ilə bağlı qərar qəbul edib.

Ali məktəbin mətbuat xidmətindən verilən məlumata görə, qərara əsasən, BDU-da inzibati idarəetmədə çalışan rəhbər heyətin, dekan, dekan müavinləri, kafedra müdirləri, professor və dosentlər, baş müəllim və müəllimlər, o cümlədən digər əməkdaşların əmək haqqı artırılıb.

Hazırda dekanların əmək haqqı 1400, kafedra müdirlərinin əmək haqqı 1200, professorların əmək haqqı 1000, dosentlərin isə əmək haqqı 830 manat civarında müəyyənləşib. Artım ümumilikdə universitetin 3 minədək əməkdaşına şamil edilib.

Bundan əlavə olaraq, Bakı Dövlət Universitetində fəaliyyətlərinə, peşəkarlıqlarına, əldə etdikləri nailiyyətlərə görə fərqlənmiş bir qrup əməkdaşın da əmək haqqı differensasiya yolu ilə müəyyən qədər artırılıb. Həmçinin universitetin hər bir kafedrasında fakültə dekanı, tədris-metodiki şurası və və fakültə Həmkarlar Təşkilatı sədrlərinin iştirakı ilə iclaslar keçirilib, hər bir müəllimin son 3 il ərzində elmi, tədris və ictimai fəaliyyəti ətraflı təhlil edilərək və tələbələrin akket sorğusunun nəticələri nəzərə alınaraq müvafiq namizədlər irəli sürülüb, həmin əməkdaşların maaşı bu aydan etibarən cari ilin sonunadək əlavə 100 manat artırılıb ki, bu da 300 nəfərə şamil olunub.

Son illər əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlər nəticəsində bu gün Bakı Dövlət Universitetində professor-müəllim heyətinin əməkhaqqı minimum 600, maksimum 1400 manat təşkil edir və orta aylıq əmək haqqı 1000 manatdır. Bundan əlavə, 90-dan artıq beynəlxalq və yerli, o cümlədən universitetdaxili 50 50 və fərdi qrant layihəsi ilə işləyən çoxsaylı professor-müəllim heyətinin universitet maaşı ilə birgə aldığı əməkhaqqı 3000 manatdan çoxdur.
loading...
 (Səs sayı: 0)
Müəllif: cesaret     Baxış sayi: 810     24.02.2015
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Azərbaycanda \"Eurovision-2012\" müsabiqəsi il.. Biz niyə boşanırıq?
Psixologiya testi Tərk edilən birinə həyat necə gedir deyə sor..
Bürclərin toy xəyalları Maraqlı
Həqiqətən Cadu mövcuddurmu? Mətbəx sirləri: Ətli-göbələkli vatruşka ..
Mətbəxiniz üçün qızıl qaydalar BAXMAQA DEYER
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
Simka
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi
Simka
: qiymət: 0
Tarix: 24.02.2015 | # 1
qalxsin qalxsin ;)



Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 0
    Qonaqlar: 91
    Cəmi: 91
    Bu gün saytda olanlar
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 115428
    Sayğaclar



    Mp3 yukle