Səbzəli küftə
24.03.2015   Bölmə: Yeməklər


Səbəzəli küftə bizim damaq dadımıza yad deyil. Bu dadı bizim küftə-bozbaş adını verdiyimiz yeməkdən bilirik. Sadəcə, içində səbzə növləri daha çoxdur və küftələri daha kiçikdir.

Soyuq qış günlərində böyük iştahayla yeyə biləcəyiniz bir yemək.

4 nəfərlik Bişmə müddəti 25 dəqiqə

İçindəkilər:


250 qr qiymə
1 dilim bayat çörək içi
1 çay qaşığı qaleta unu
1 soğan
1 yumurta
Duz
qara bibər
2 yemək qaşığı un



Səbzəli içlik üçün:


30 qr kərə yağı
2 soğan
1 dəstə kərəviz
2 yerkökü
1 stəkan doğranmış pomidor
1,5 litr su
2 kartof
1 stəkan konservləşdirilmiş yaşıl noxud
yarım dəstə cəfəri,
duz, dənə qara bibər, kəklikotu



Hazırlanması:

Cəfərini təmizləyib doğrayın. Soğanı soyub sürtgəcdən keçirin. Suyunu süzərək soğanı və cəfərini dərin qaba alın. Sürtgəcdən keçirilmiş çörək içi, qaleta unu, qiymə, yumurta və ədviyyatı əlavə edib yoğurun. Küftə xəmirindən qoz boyda toplar düzəldin. Yuvarladığınız qiyməni una batırın.



Səbzəli içlik üçün – soğanı, kərəvizi, kartofları soyub kub şəklində doğrayın. Yerkökünü və cəfərini də təmizləyib doğrayın. Qazanda kərə yağını isidib soğanları qovurun. Qabıqlarını soyub, sürtgəcdən keçirdiyiniz pomidorları da əlavə edib 1-2 dəqiqə qovurun. Sırayla yerkökü və kərəvizi əlavə edib 2-3 dəqiqə bişirin. İsti suyu əlavə edib bir əl qaynadın. Sonra yoğurub, yuvarladığmız küftələri qazana alın və 10 dəqiqə bişirin. Kartofları və konservləşdirilmiş yaşıl noxudları əlavə edib 5 dəqiqə daha qaynadın. Kartoflar bişincə incə doğradığınız cəfərini, duzu, dənə qara bibəri və kəklikotunu səpin. Ocağı söndürüb, səbzəli küftənizi isti-isti servis edin.
loading...
 (Səs sayı: 0)
Müəllif: loliiiii     Baxış sayi: 1224     24.03.2015
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Xörəyi pak etmək üçün hansı yol var? Çizburger
Xəmir qızartması Mandarinli manna halvası
Çərəz Və İçkilərin Hazırlanması Səbzi-qovurma plov - Resept
Almalı krambol - Resept Zəncəfilli Limonlu Keks
Evdə hamburger hazırlamağın qaydası İmambayildi (Türk mətbəxindən)
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
Unudulan_ask_
Qısa məlumat

Aktiv olduğuna görə Şərhlər üzrə aktivliyinə görə Seçilmiş istifadəçi
Unudulan_ask_
: qiymət: 0
Tarix: 25.03.2015 | # 4
heç sevmirəm.



serimka
Qısa məlumat

Aktiv olduğuna görə
serimka
: qiymət: 0
Tarix: 24.03.2015 | # 3
Təşəkkürlər xəbərə görə



cesaret
Qısa məlumat

Aktiv olduğuna görə Xəbərlərdə aktivliyinə görə Yarışma Qalibi Seçilmiş istifadəçi Ayın Qalibi Şərhlər üzrə Super Aktiv Sevilen istifadəçi Şərhlər üzrə aktivliyinə görə Maraqlı şərhlər yazdığına görə
cesaret
: qiymət: 0
Tarix: 24.03.2015 | # 2
nusuuu





 

o_meni_sevecey
Qısa məlumat

Aktiv olduğuna görə Yarışma Qalibi Seçilmiş istifadəçi
o_meni_sevecey
: qiymət: 0
Tarix: 24.03.2015 | # 1

















 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 2
Qonaqlar: 98
Cəmi: 100
Bu gün saytda olanlar

Hal-hazırda saytda
CharlesDic
Darixanurekk
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 113829
Sayğaclar



Mp3 yukle