Rüşvət alan üç yol polisi işdən qovuldu – VİDEO
15.01.2012   Bölmə: Azərbaycan
İnternetdə yayılan video görüntülərlə bağlı toplanmış materiallar isə prokurorluq orqanlarına göndərilib
Dövlət yol polisi əməkdaşlarının sürücülərdən rüşvət alması ilə bağlı internetdə yayılan video görüntülərə dair aparılan araşdırma başa çatıb, həmin şəxslərin kimliyi müəyyənləşib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polkovnik Sadiq Gözəlov bildirib. S. Gözəlovun sözlərinə görə, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşı olan həmin üç nəfər daxili işlər nazirinin əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilib. Toplanmış materiallar isə hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.
Qeyd edək ki, bir neçə gün əvvəl internetdə yol polisi əməkdaşlarının qayda pozan sürücülərdən rüşvət almasını əks etdirən video görüntülər yayılıb.
DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov yanvarın 10-da APA-ya açıqlamasında ötən il korrupsiya hüquqpozmaları ilə mübarizə tədbirlərinin daha da gücləndirilməsinə başlanandan sonra korrupsiya hüquqpozmaları ilə əlaqədar DİN-in aidiyyəti qurumları tərəfindən respublika üzrə 46 fakt aşkar olunduğunu deyib. Bu faktlar üzrə 60-dan çox əməkdaş barəsində tədbirlər görülüb. Aşkarlanmış 46 faktdan 43-ü dövlət yol polisi ilə bağlı olub ki, bu faktlar üzrə 60 yol polisi əməkdaşı barəsində tədbirlər görülüb. Onlardan 35 nəfəri daxili işlər orqanlarından xaric edilib, 22 əməkdaş tutduğu vəzifədən azad olunub, 3 nəfər barəsində isə digər inzibati tədbirlər görülüb.
E. Zahidov bu cür xəlvəti çəkilişlərin DİN-in aidiyyəti qurumları tərəfindən də mütəmadi olaraq həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, 2011-ci il ərzində müşahidə kameralarından əlavə olaraq korrupsiya hüquqpozmalarına qarşı mübarizə məqsədi ilə 55 xəlvəti əməliyyat çəkilişləri aparılıb, bunların nəticəsində 40 nəfərdən çox əməkdaş cəzalandırılıb.

loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: admin     Baxış sayi: 1994     15.01.2012
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Bu günün hava proqnozu Bir yaponun Azərbaycan haqqında yazdıqları
ODLAR YURDUM Azərbaycanda bir ilk
Azərbaycan telekanalları üçün şad xəbər (V.. Xalqlar Dostluğu çökür?
Vanqanın proqnozları RAFET EL-ROMANIN KONSERTINDƏ AYGÜN KAZIMOVA SÜR..
Azərbaycanda bir ilk: toyqabağı... Kənd təsərrüfatı işçiləri təltif edildi -..
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
zengilan
Qısa məlumat

Yarışma Qalibi Ayın Qalibi Şərhlər üzrə Şərhlər üzrə aktivliyinə görə
zengilan
: qiymət: 0
Tarix: 14.04.2015 | # 2
xebere gore sagolun



ƏlVida Sun.aZ

 

polemick
Qısa məlumat

İdarə Heyətinin Professional Üzvü
polemick
: qiymət: 0
Tarix: 21.06.2013 | # 1
he cox maraqli xeberdi tewekurler





 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 1
    Qonaqlar: 130
    Cəmi: 131
    Bu gün saytda olanlar

    Hal-hazırda saytda
    nfxfoobe
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 117145
    Sayğaclar



    Mp3 yukle