Uşaqlarda lazımsız antibiotik istifadəsinin zərərləri
22.05.2015   Bölmə: Ana və körpə


Uşaqlarda və körpələrdə antibiotiklər başda olmaq üzrə dərman istifadəsinə diqqət etmək lazımdır. Xüsusilə həkimlə məsləhətləşilmədən verilən dərmanlar, faydadan çox zərər verə bilir. Asqırma, öskürmə və burun axıntısı əlamətləriylə özünü göstərən üst tənəffüs yolu infeksiyalarında, ishal kimi xəstəliklərdə antibiotik istifadəsi təklif edilmir. Infeksiyalarda lazımsız yerə istifadə olunan antibiotiklərin müalicə prosesinə müsbət bir təsiri olmadığı kimi irəli yaşlarda da yan təsirlərə bağlı olaraq qaraciyər, böyrək və ürək xəstəliklərinə gətirib çıxardır. Körpələrdə və uşaqlarda antibiotik istifadəsində diqqət edilməsi lazım olanlar bunlardır.

Lazımsız antibiotik istifadəsi hansı problemlərə səbəb olur?

Həkim məsləhəti olmadan istifadə edilən antibiotiklər, uşaqların normal florasında olan bakteriyaların müqavimət qazanmasına səbəb olur. Uşaqda bu bakteriyalardan qaynaqlı bir xəstəlik ortaya çıxdığında həqiqətən lazımlı olan antibiotiklər, bakteriyaların müqaviməti üzündən kifayət qədər təsiri göstərə bilmir. Bu vəziyyətdə doza artımıı lazım olur. Dərmanlar ümumiyyətlə, böyrəklər və qaraciyər tərəfindən xaric edilir. Antibiotikləri davamlı və yüksək dozada istifadələri sonunda qaraciyər və böyrək funksiyaları mənfi təsirlənə bilər. Antibiotiklər xəstəliyə görə uyğun vaxtlarda uyğun dozalarda istifadə edilməlidir. Məsələn, sidik yolu infeksiyaları üçün verilmiş bir antibiotik həkimlə məsləhətləşmədən boğaz infeksiyası üçün istifadə edilməməlidir.

Körpələrə antibiotik hansı hallarda verilir?

3 aydan böyük körpələrdə bir-iki gün yaşanan, qızdırma salıcı dərmanlarla aşağı salına bilinən 37,5-38 dərəcə arası qızdırma üçün dərhal antibiotik verilməməlidir. Bu vəziyyətdəki 3 aydan böyük körpələrin ümumi vəziyyətində və qidalanmasında bir çətinlik yoxsa, narahat olmamaq, qızdırmanı salaraq gözləmək lazımdır. Vaxt itirmədən bir həkim tərəfindən qiymətləndirilməsi, lazımlı isə antibiotik müalicəsinin başlaması lazımdır. Antibiotiklər uşaqlarda tez-tez orta qulaq infeksiyası, badamcıq iltihabı, sətəlcəm və sidik yolu infeksiyası kimi vəziyyətlərdə istifadə edilməlidir.


Antibiotik istifadəsi necə olmalıdır?

Antibiotik alanda valideynlər mütləq həkimin təklifinə uyğun hərəkət etməlidirlər. Antibiotik verilən uşağın ailəsinə dərmanın dozası, verilmə vaxtı, ac və ya tox qarnına olaraq istifadə edilməsi və görülə biləcək yan təsirlər baxımından məlumat vermə işi də həkimin ən əhəmiyyətli vəzifəsidir. Antibiotik istifadəsinin müddəti və dozası antibiotikin növünə və xəstəliyə bağlı olaraq dəyişər. Antibiotik həkimin təklif etdiyi müddətdən əvvəl buraxılmamalıdır. Uşağın qismən yaxşılaşması sonrasında müalicə bitmədən antibiotikin buraxılması halında xəstəlik təkrarlayar.

Antibiotiklərin uşaqlara yan təsirləri nələrdir?

Antibiotik qəbul edən uşaqların bir hissəsində ishal ortaya çıxır. Yalnız üst tənəffüs yolu infeksiyası olan uşaqda həkim təklifi olmadan antibiotik verilməsi ishal, bağırsaq florasına mənfi təsir edir, iştah azalması və bədəndə maye itkisinə da yol aça bilir. Uşaqlar bu səbəblə daha yorğun və halsız hala gəlirlər.


Antibiotik istifadəsində ailələr nələrə diqqət etməlidirlər?

• Ailələr uşaqları xəstələndiyində antibiotik istifadə qərarını həkimə buraxmalıdırlar.

• Antibiotik ağrı kəsici olaraq istifadə edilməməlidir.

• Həkimə antibiotik yazılması mövzusunda məcbur edilməməlidir.

• Həkimlə məsləhətləşmədən aptekdən antibiotik alıb istifadə edilməməlidir.

• Doktor ailənin gözləməsi üzərinə antibiotik yazmamalı, ailəyə dərmanın yan təsirlərini izah etməlidir.

• Körpələri infeksiyadan qoruyan ən təbii antibiotikin ana südü olduğu unudulmamalıdır.

• Yalnız bakterial infeksiyaların müalicəsi üçün uşaqlarınıza antibiotik verilməlidir. Soyuqdəyməyə tutulan uşaq antibiotiklə müalicə edilməməlidir.

• Qətiliklə başqasına verilmiş antibiotiklər istifadə edilməməlidir.

• Bir əvvəlki reseptlərlərdən qalma istifadə edilmiş antibiotiklər əsla təkrar istifadə edilməməlidir.

• Bəzi xroniki xəstəlikləri olan uşaq qrip peyvəndi olmalıdır.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: loliiiii     Baxış sayi: 738     22.05.2015
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Analar, diqqət: 1 yaşı olmayan uşaqlara duz ve.. Körpələr hansı ayda nə yeməli?
Menim Eziz ANAM! XƏBƏRDARLIQ: “Həkim təyinatı olmadan uşağ..
Kiçik əmgək, tez və ya gec bağlanan əmgək. .. Uşaqlarda dəmir çatışmazlığının səbəbl..
Əkiz psixologiyası: ədalət və bərabərlik $iRiN BeBi$LeR
Əkizlər haqqında 12 fakt Neçə aylıq uşaqlara hansı qidalar verilməlid..
Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 0
    Qonaqlar: 135
    Cəmi: 135
    Bu gün saytda olanlar
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 117094
    Sayğaclar



    Mp3 yukle