Nikahdan öncə tibbi müayinədən harada keçməli?
10.06.2015   Bölmə: Evlilik


Nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçməsi haqqında qanun iyunun 1-dən qüvvəyə minib. Belə ki, nikaha daxil olmaq istəyən şəxslərin hər biri talassemiya, QİÇS və sifilisə görə tibbi müayinədən keçməlidirlər. Qaydaya uyğun olaraq, tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət tibb müəssisəsində pulsuz həyata keçirilməlidir.
Nikahdan öncə tibbi müayinə qanunla öz təsdiqini tapsa da, reallıqda cütlüklər onlardan arayışın tələb olunmadığını bildirirlər. Bununla yanaşı, qanunda dövlət müəssisələrinin qeyd edilməsinə baxmayaraq, özəl tibb mərkəzlərindən bəzilərində də nikahdan öncə tibbi müayinə aparıla biləcəyini öyrəndik. Lakin dövlət müəssisələrində pulsuz olan bu xidmət özəl klinikalarda ödənişsiz deyil.

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinə prosesi və buna dair bütün tələblər 2015-ci il iyunun 1-dən icra olunmağa başlayıb. İş prosesinin təşkili, əhalinin maarifləndirilməsi, eləcə də ictimaiyyəti qanunun icrasına dair məlumatlandırmaq məqsədi ilə paytaxt Bakıda və regionlarda jurnalistlər uçun görüş təşkil olunub. Bakı, Qusar, Mingəçevir və Cəlilabadda təşkil olunmuş turlarda nikaha daxil olmaq istəyən cütlüklərdən müayinələr uçun qan nümunələri götürülüb, gələcək ailənin sağlamlığı baxımından onlarla söhbət aparılıb. Eyni zamanda, paytaxt və regionlardakı tibb müəssisələrinin və tibbi personalın prosesə tam hazırlığı, eləcə də yaradılmış şərait jurnalistlərin diqqətinə çatdırılıb.

Nazirliyin Mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirdi ki, nikaha daxil olan şəxslərdən qan analizlərini dövlət tibb müəssisələrində götürülür. Özəl klinikalarda talassemiya xəstəliyinin aşkarlanması ilə bağlı müayinə aparılmır. Özəl klinikalar sadəcə, qanın ümumi analizini edə bilərlər.

Səhiyyə Nazirliyinin baş hematoloqu Çingiz Əsədov da nikahdan öncə tibbi müayinənin yalnız dövlət müəssisələrində aparılmalı olduğunu bildirdi. Özəl müəssisələr isə yalnız bəzi analizləri apara bilərlər. Ancaq özəl müəssisələr nikaha daxil olmaq üçün sağlamlıq haqqında arayış verə bilməz. Çünki özəl müəssisələrin arayışı heç yerdə qəbul edilmir: "Biz özəl müəssisələrdə müayinədən keçməyi heç kimə qadağan edə bilmərik. Kim harada istəyirsə, sağlamlığı ilə bağlı müayinədən keçə bilər. Amma Nazirlər Kabineti tərəfindən təsdiq edilən formada nikahdan öncə tibbi müayinədən keçmək haqqında arayış VVAQ-a verilməlidir. Orada heç bir nəticə yazılmır, yalnız şəxslərin tibbi müayinədən keçmə faktları təsdiq edilir. Cütlüklər hansı müəssisədə müayinədən keçiblərsə, həmin müəssisənin baş həkimi öz imzası ilə bunu təsdiq edir. Özəl müəssisələrdə müayinədən keçdikdə isə evlənmək üçün verilən arayışın heç bir hüquqi əsası yoxdur".

Ç.Əsədov deyir ki, qanun qüvvəyə mindiyi gündən indiyə qədər 500 cütlüyün nikahdan öncə müayinə üçün analizləri götürülüb: "Qanun qüvvəyə mindiyi gündən işlər aparılır. 500-ə yaxın cütlüyün, yəni 1000 nəfərin nikahdan öncə müayinəsi üçün Hematologiya İnstitutuna müraciət daxil olub. Günü-gündən müraciət edənlərin sayı çoxalır. Bu müayinələrin aparılmadığını kim deyirsə, düzgün deyil. Gücləndirilmiş rejimdə işlərimiz aparılır".

Ədliyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Aydın Ağazadə açıqlamasında bildirdi ki, qanun qüvvəyə minən gündən etibarən toy edən hər bir şəxsdən nikahdan öncə tibbi arayış tələb olunmalıdır: "İyunun 1-dən qanun qüvvəyə minibsə, tələb o gündən etibarən nikaha daxil olan hər kəsə şamil edilir. Evlilik üçün müraciətin nə vaxt edilməsinin fərqi yoxdur".

A.Ağazadənin sözlərinə görə, bu arayışın vacibliyini hər kəs başa düşməli və məcburi olub-olmamasına fikir vermədən müayinədən özləri keçməlidirlər: "Bu, sağlam ailənin yaradılmasında müəyyən qədər rol oynayacaq. Xəstə uşaq doğulmasının qarşısını almağa da kömək edəcək. Nikaha girən cütlüklər bir-birlərinin xəstəlikləri haqqında məlumatlı olmalıdırlar. Bütün bunlar bir qanun şəklinə salınıb. Çünki qanun səviyyəsində olanda heç kim bundan yayınmağa çalışmayacaq".

Xəstəxanalarla əlaqə saxlayıb, onlara nikahdan öncə tibbi müayinə üçün müraciət edənlərin olub-olmadığı ilə də maraqlandıq. Mərkəzi Klinik Xəstəxanadan bildirdilər ki, klinikada nikahdan öncə tibbi müayinə adlanan heç bir müayinə yoxdur. Ona görə də bu barədə məlumat verə bilməyəcəklər. Amma istənilən şəxsin klinikada müayinəsi mümkündür.

Mərkəzi Gömrük Hospitalında nikahdan öncə tibbi müayinə nəzərdə tutulub. Müayinənin qiyməti qadınlar üçün 138, kişilər üçün 220 manatdır. Klinikaya nikahdan öncə müayinə üçün müraciət edənlərin olub-olmamasını isə öyrənə bilmədik.

Respublika Klinik Xəstəxanasının baş həkiminin müavini Mahir Babayev dedi ki, onlarda belə bir müayinənin aparılması üçün hər cür şərait var: "Biz göndəriş əsasında müraciət edən cütlüklərin müayinəsini apara bilərik. Bu müayinələr tamamilə pulsuz olacaq. Amma hələ ki müraciət daxil olmayıb. Olduğu zaman bu müayinələr aparılacaq".

1 saylı Şəhər Kliniki Xəstəxanasından isə bildirdilər ki, onlarda nikahdan öncə tibbi müayinə aparılmır.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: HuseyinAsiqi     Baxış sayi: 856     10.06.2015
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Evləndikdən sonra niyə kökəlirik? Evlilikdə eşqi öldürən 8 səbəb
Evliliyi gücləndirən əlamətlər – Hər gün.. Yeni evlilərə dayanıqlılıq testi
Karier, evliliyə maneə törədirmi? Uzunömürlü evliliyin sirri
Evlilik...? Oğlan uşağı istəyənlərə - maraqlı cözüm
Kişilərə söylənilməməsi lazım olan sözlə.. Toy olmasın deyə bəy özünü öldürdü
Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 1
    Qonaqlar: 88
    Cəmi: 89
    Bu gün saytda olanlar

    Hal-hazırda saytda
    Natiiiiq1
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 117116
    Sayğaclar



    Mp3 yukle