Bürclər ona etibar edən, dəyərli olduğunu hiss etdirən birini axtarır
24.06.2015   Bölmə: Bürclər


Bürclər özünəməxsus xarakteristikası ilə seçildiyi kimi, onların sevgiyə baxış nöqtələri də fərqlidir.

Qoç bürcü - Ona etibar edən, dəyərli olduğunu hiss etdirən birini axtarır. Sevgilisi hər mövzuda fikrini bildirə bilər, lakin onların bütün istəklərinə boyun əyib müti davranmamalıdırlar. Qoçlar hər zaman həyəcan axtarışındadır. Buna görə də, əyləncəli, yumor hissinə sahib olan biri ilə görüşməyə üstünlük verirlər. Özündən razı insanları sevmirlər. Onu sevgisini qazanmaq istəyirsinizsə, təbii olun. Qoçlar bəzən sizi əsəbiləşdirsə də, sevgisi ilə qəlbinizi fəth edə bilir.

Buğa bürcü - Buğalar olduqca dinamik və həyat eşqi ilə dolu olurlar. Onlar duyğularını gizlətməyi xoşalmasa da, ilk addımı heç vaxt özləri atmırlar. Dolayısı ilə qarşı tərəfin də sevgi və diqqətini hiss etmək istəyirlər.

Əkizlər bürcü - Həm əyləncəli, həm də sevimli bir dost axtarır. Onlar sona qədər məntiqli müzakirə aparan insanlarla birlikdə olurlar. Əkizlər yola gedən, son dəqiqədə görüşü təxirə salanda hirslənməyən və onu olduğu kimi qəbul edən biri ilə görüşür. Özü qorxmaz olduğu üçün ilk addımı atmaqdan çəkinməyən adamlardan xoşu gəlir. Görüşə geciksə, əsəbiləşməyin. Çünki bu Əkizlərin düzəldə bilmədiyi qüsurudur.

Xərçəng bürcü - Yanında rahat ola biləcək biri ilə görüşməyi arzu edir. Xərçənglər romantik və həssas olurlar, münasibətlərinin qalıcı olmasını arzu edirlər. Sevdiyi xanımdan uşaqlarının olmasını arzulayırlar. Onu həqiqətən də sevən və heç vaxt tərk etməyəcək birinə ehtiyac duyurlar. Bütün boş vaxtını onunla birlikdə keçirməkdən zövq alır. Onlar ruh əkizi ilə birlikdə olmaq istəyir və ona uyğun olub-olmadığınızı o dəqiqə anlayırlar.

Şir bürcü - Şir bürcü qürurlana və dostlarını qısqandıra biləcək birini axtarır. Sevilməkdən və tərif edilməkdən xoşlanır. Onu sevindirə bilən və bunun üçün enerji sərf edən insanlarla sevgili olur. Şirlər əylənməyi sevdiyinə görə, axtardığı insanın da güclü yumor qabiliyyətinə sahib olmasını istəyir.

Qız bürcü - Sevdiklərinin ona ehtiyac duymasını istəyirlər. Qızlar onun zəhmətini qiymətləndirə bilən bir şəxs axtarır. Özü kimi sadiq və dürüst insanlarla görüşür. Unutmayın, Qızlar sevdiyi insanın bütün problemlərini həll etmək üçün əlindən gələni edər.

Tərəzi bürcü - Romantik ruhlu, cazibədar, cəsarətli və münasibətləri heç vaxt sıxıcı hala gətirməyən birini axtarır. Onu tez-tez axtarmağı, sevdiyi insanın sözün əsl mənasında ona heyran qalmasını istəyir. Dostları ilə çox vaxt keçirdiyi üçün ona sitəm etməyən insanlara üstünlük verir. Dava etməyi xoşlamır, dava etsə belə, barışmaq üçün ilk addımı özü atır.

Əqrəb bürcü - Əqrəblər dərin və ciddi münasibət axtarışında olurlar. Haradasa ruh əkizi olduğuna inanan həssas insanlardır. Duyğularını anlayan birini gözləyirlər… Həmin insan hərdən onun tək qalmaq istəyini də anlayışla qarşılamalıdır. Mükəmməl insan sərrafıdır, belə ki, insanların əslində kim olduğunu duya bilir. Diqqət mərkəzində olmağı və ancaq özünü tərifləyən insanları xoşlanmır. Özü kimi sadiq və şəfqətli biri ilə görüşmək istəyir.

Oxatan bürcü - Yanında olduğu zaman özünü rahat və olduğu kimi aparan bir sevgili həsrətində olur. Həqiqətləri danışmaqdan qorxmayan, dürüst birini gözləyir. Açıq sözlü qadınlar onlara güvən qazandırır. Tez-tez zəng edib, harada və nə ilə məşğul olduğunu soruşan sevgili tipindən zəhləsi gedir.

Oğlaq bürcü - Sadiq və cəmiyyət içində onu biabır etməyən birini axtarır. Dostları arasında hörmət edilən və tanınmış biri olmalıdır. Gələcəyə dair məqsədi və böyük planları olan biri ilə evlənmək istəyər. Səliqəsiz biri ilə heç vaxt görüşməzlər.

Dolça bürcü - Onu qarşılıqsız sevən, əbədi dostu ola bilən birini axtarır. Fərqli olmaqdan qorxmayan, azadlığını əlindən almayan insanlara üstünlük verirlər.

Balıq bürcü - Güclü mistik əlaqə qura biləcək birini axtarır. Həddindən ziyadə romantik, anlayışlı və boş vaxtını onunla keçirən birini gözləyir. Balığın sevgilisi duyğularını və xəyallarını dilə gətirməkdən qorxmamalıdır. Ayrılsa belə birlikdə olduğu insanı heç vaxt unutmur.

loading...
 (Səs sayı: 0)
Müəllif: polemick     Baxış sayi: 1336     24.06.2015
Təşəkkür edənlər (1) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
31.03.2017 Gündəlik Bürclər 28 iyun 2014-cü il. Günün qoroskopu: bəziləri..
Günün qoroskopu: ünsiyyət çətinləşəcək Günün qoroskopu: Genişmiqyaslı layihələrə b..
2014 May ayında astrologiyada əhəmiyyətli tari.. 08.04.2017 Gündəlik Bürclər
10.000 AZN BÜRCLƏRƏ HƏDİYYƏ VERSƏN... Bürclərə həsr edilmiş şerlər
Hansi burcler daha cox yalan daniwir :/ Günün qoroskopu: insanlara fikir verin
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
Nastinko
Qısa məlumat

Aktiv olduğuna görə Maraqlı xəbərlər müəllifi Şərhlər üzrə aktivliyinə görə
Nastinko
: qiymət: 0
Tarix: 15.07.2015 | # 3
Təşəkkürlər






"1 gün herkes FenerbahceIi,

geri kaIan 364 gün herkes Galatasaray’Iı

oIucak""

 

Gullerin_Savasi
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Şərhlər üzrə aktivliyinə görə
Gullerin_Savasi
: qiymət: 0
Tarix: 14.07.2015 | # 2
baliqlar twhkler



Meymush
Qısa məlumat

Aktiv olduğuna görə
Meymush
: qiymət: 0
Tarix: 10.07.2015 | # 1
Buga burcune gore twk



Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 2
Qonaqlar: 78
Cəmi: 80
Bu gün saytda olanlar

Hal-hazırda saytda
Darixanurekk
eLi12
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 113829
Sayğaclar



Mp3 yukle