Ramazanda diyetini davam etdirmək istəyənlər üçün məsləhətlər
26.06.2015   Bölmə: İslam



Ramazan ayında oruc tutmaq hər müsəlmanın ən ümdə istəklərindəndir.
Ancaq bütün günü ac qalıb kalorinin ən çox bədənə yığıldığı bir vaxtda – axşam bu aclığı yatırtmaq və əsasən güclü qidalar qəbul etmək artıq çəkini də qazanmaq deməkdir. Bərəkətli və zəngin iftar süfrələrinin gözəlliyinə qarşı gəlmək diyet saxlayanlar üçün daha da çətindir. Ancaq artıq çəki problemi olanlar və diyetini Ramazanda da pozmaq istəməyənlər üçün çıxış yolu var. Qidalanma və diyet mütəxəssisi Elif Karacanoğlu buna necə qarşı gəlinə biləcəyi və necə artıq çəki toplamamağın yolları barədə danışıb. Beləliklə...
- Ramazanda diyetinizi pozmaq istəmirsinizsə, tam taxıllı çörəkdən istifadə edin.
- Təxminən 15 saat ac qalacağınız və yemək sayı ikiyə düşəcəyi üçün mütləq sahura qalxın.
- Bol su içməyə diqqət göstərin. Bədən gün boyu susuz qaldığı üçün ən azı 2 litr (10 stəkan) su içməyi nəzərdə saxlayın.
- İftarda kalori dəyəri az olan və yağ nisbəti aşağı qidalara üstünlük verin.
- Sahurda tam taxıllı çörək, soyutma yumurta, süd, pendir, zeytun, qoz, meyvə, açıq çay və bol su qəbul edin. Kəpəkli çörəkdən hazırlanan bir tost və ya bir kasa şorba da yeyə bilərsiniz.
- İftarda isə süfrəyə əyləşdikdə dərhal yeməyə başlamaq əvəzinə bir kasa şorba və ya tam taxıllı çörək yeməyə səy göstərin. Şorba və tam taxıllı çörəkdən təxminən 20 dəqiqə sonra az yağlı ət, balıq, toyuq, ətli tərəvəz yeməyi ilə birlikdə salat, qatıq yeyə bilərsiniz.
- Yeməkdən təxminən 2 saat sonra da bir ara yemək üçün biraz meyvə yeyin.
- Şirniyyatsız qala bilmirsinizsə, şərbətli şirniyyatlar əvəzinə dondurma kimi yüngül südlü şirin məmulatlar yeyə bilərsiniz.
loading...
 (Səs sayı: 0)
Müəllif: nadejda_lyubvi     Baxış sayi: 379     26.06.2015
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
AĞAM HÜSEYN RUHI RAHATLIQ ƏLDƏ ETMƏYIN 6 YOLU
Zülm və onun nəticəsi Şeytan sizlərdən birinin yanına gəlib deyir: ..
INSANIN ALLAHA SEVGISi Qardaşının əlindən tutub Cənnətə girin
Kainat necə yaranıb? Quran oxumaq və öyrənmək haqqında hədislər
Niyyət üçün Quran açdırmaq günahdırmı? Bir ay aclıq və susuzluq çəkən oruclu dərd n..
Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 1
Qonaqlar: 134
Cəmi: 135
Bu gün saytda olanlar

Hal-hazırda saytda
xaliq_5
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 113914
Sayğaclar



Mp3 yukle