Xoş əxlaq bu müqəddəs ayın şərtlərindəndir
07.07.2015   Bölmə: İslam

Quranın baharı olan mübarək Ramazan ayı gəlib çatmışdır. Ona görə də bu ayda Qurana daha çox diqqət edək və onu bacardıımız qədər tilavət etməyə çalışaq. Çünki insan Quranı oxuyaraq, yavaş-yavaş mənasını dərk edər və sonra da ona əməl etməyə çalışar.


Quran bizə düzgün həyat yolunu nişan verir və ona tərəf hidayət edir. Quranın bizlərə ilk tövsiyə etdiyi şey - təqvadır. Çünki Quranın hidayət edə biləcəyi ilk insanlar təqva əhlidir. “Barəsində heç bir şəkk-şübhə olmayan bu uca məqamlı kitab pəhrizkarlar (aşağıdakı beş xüsusiyyəti fitrət və ya peyğəmbərlərin dəvəti yolu ilə əldə etmiş kəslər) üçün hidayət mənbəyidir”. (“Bəqərə” 2).


Quran İlahi bir rəhmət yağışı kimi hamının üzərinə yağar, ancaq susuzlar ondan sirab olarlar. Hədislərə görə Allah ayının əzəməti o qədər böyükdür ki, insan ağlı onu ölçə bilməz. Heç bir ölçü vahidi onun qiymətini təyin edə bilməz.

Həzrət Peyğəmbər (s) buyurur: “Əgər bəndə Ramazan ayında qərar verilən şeydən agah olsaydı, bütün varlığı ilə çalışardı ki, ilboyu Ramazan ayı olsun”.


Bu ayın hər saatı, hər saniyəsi fövqəladə dəyərə malikdir. Bu müqəddəs ayda oruc tutanın xoş əxlaqlı olması mühüm məslələrdəndir.

Bu dünyada hər bir insanın həyatında müəyyən çətinliklər vardır: xəstəlik, borc, çirkin rəftarların büruzə verilməsi, ailə üzvlərinin təzyiqi kimi. Bu çətinliklər hər an sorağımıza gələ bilər. Bu yolla da ruh balansını pozar. Əgər bu fırtınada xoş əxlaqa və səbrə əl atsaq, tufandan salamat çıxa biləcəyik. Bu yolla da həyat çətinliklərini rahat şəkildə geridə qoya biləcəyik.

Həzrət Peyğəmbər (s) buyurur: “Ey insanlar! Hər kim bu ayda xasiyyətini yaxşı edərsə, addımlar Sirat körpüsündə titrəyən zaman, o, asanlıqla körpüdən keçib gedər”

İmam Baqir (ə) buyurur: “İman cəhətdən ən kamil insanlarlar o kəslərdir ki, xoş əxlaqlı olsunlar”.

Beləliklə deyə bilərik ki, xoş əxlaqın imana təsiri çoxdur. Ona görə də Ramazan ayının mələkuti və mənəvi anlarında əxlaqımızı islah etməyə çalışaq.

Bir möminin arzusu budur ki, Mehriban Allah axirətdə onun yerini behişt etsin və Peyğəmbərlə (s) oturub-durmaq ləyaqətini ona bəxş etsin. Bir möminin bu arzusuna çatdıra bilən amil - xoş əxlaqıdır. Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü sizlərdən mənə ən yaxın olanınız, ən sevimli olanınız - sizlərin ən xoş əxlaqlı və təvazökar olanınızdır. Mənə uzaq olanınız isə təkəbbürlülərdir”.

Ənəs ibni Malik nəql edir: “Peyğəmbərin (s) adəti belə idi ki, axşamları süd kimi içəcəklərlə iftar edərdi. Səhərləri isə bəzən onunla bir yerdə çörək də yeyərdi. Bir gecə Həzrətin (s) iftarını hazırladım. Ancaq Həzrət (s) məğrib namazından sonra gecikdi və evə gəlmədi. Mən özlüyümdə fikirləşdim ki, yəqin səhabələrdən biri onu iftara dəvət etmişdir. Ona görə də mən həmin içəcəyi özüm içdim. Bir saat keçəndən sonra Həzrət (s) gəldi. Həzrətin (s) yanında olanlardan soruşdum: “Rəsulallah (s) bir yerdə iftar etmişdirmi?”. Dedilər: “Yox”. Mən başa düşdüm ki, Həzrət (s) iftar etməmişdir və həmin gecə mənim üçün çox çətin keçdi. Allahdan başqa heç kəs bilmir. Dünüşürdüm ki, əgər Həzrət (s) iftarını istəsə nə cavab verəcəyəm. Nəhayət Həzrət (s) gecəni ac başa vurdu və gündüzü isə oruc tutdu. Məndən heç nə soruşmadı və heç bir vaxt da onun söhbətini açmadı”.

Nəql edilir ki, İmam Səccad (ə) bir məclisdə əyləşmişdi və qohumlarından bir nəfər gəlir və camaatın yanında onu təhqir etməyə və pis sözlər deməyə başlayır. Sonra da çıxıb gedir. Həzrət (ə) yanında olanlara deyir: “Siz bu kişinin sözlərini eşitdiniz, mən istəyirəm ki, mənimlə gələsiniz və mənim ona verdiyim cavabı eşidəsiniz”. Hamı dedi: “Biz istəyirdiik ki, siz onun cavabını bu məclisdə verəydiniz və biz də onu təsdiq edərdik”. Onlar ayağa qalxır və bu kişinin evinə yollanırlar. Həzrət (ə) yol boyu Quran ayələri oxuyur və qəzəbini yatızdırmağa çalışırdı. Nəhayət həmin kişinin evinə gəlib çatırlar. İmam (ə) onu qapıya çağırır və kişi özünü pis sözlərə hazırladığı halda, Həzrət (ə) ona buyurur: “Qardaşım! Sən mənim qarşımda dayandın və müqəddiməsiz nalayiq sözlər dedin. Əgər mənə nisbət verdiyin şeylər məndə varsa, Allah dərgahıdan bağışlanmağımı diləyirəm. Əgər məndə yoxdursa, Allahdan istəyirəm ki, səni bağışlasın”.
loading...
 (Səs sayı: 0)
Müəllif: AnaR     Baxış sayi: 562     07.07.2015
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Çox danışmaq necə cəhənnəmə aparır? İslamda zarafat etməyə necə baxılır?
Şükürsüz günümüz olmasin Allaha şükür edirəm
İslamda qadın hüquqları Namazin olar-olmazlari!
Müsəlmanlara ən böyük günahlar bunlardır Aşura gecəsinin və gününün bəzi əməlləri
Bu gün İslam dünyası müqəddəs Məbəs bayra.. Dini statuslar
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
lezginka
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Yarışma Qalibi Şərhlər üzrə aktivliyinə görə Maraqlı şərhlər yazdığına görə Super Aktiv
lezginka
: qiymət: 0
Tarix: 07.07.2015 | # 2
Allah bizide teqvalilardan etsin Amin.Allah razi olsun dosim



Tufan
Qısa məlumat

Ayın Qalibi Şərhlər üzrə Aktiv olduğuna görə Maraqlı şərhlər yazdığına görə Maraqlı xəbərlər müəllifi Yarışma Qalibi Seçilmiş istifadəçi Yarışma Qalibi Xəbərlərdə aktivliyinə görə Sevilen istifadəçi Super Aktiv
Tufan
: qiymət: 0
Tarix: 07.07.2015 | # 1
Allah razi olsun ...





 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 0
Qonaqlar: 147
Cəmi: 147
Bu gün saytda olanlar
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 113517
Sayğaclar



Mp3 yukle