Üz üçün maskalar ( Yağlı dəri üçün)
17.01.2012   Bölmə: Qadın dünyası

Yağlı dəriyə sahib olanlar əslində şanslıdırlar.
Çünki dəriləri gec qırışır. Yağlı dəri tipinin ən böyük qüsuru isə çox parlamasındadır.
Düzdür, yağlı dərilər sızanaq və qara nöqtə kimi problemlərlə sıx qarşılaşsa da, digər dəri tiplərinə nisbətən daha gec qırışır və yaşlanır. Sızanaq və qara nöqtə, üzün parıldaması kimi problemləri isə təbii qulluq maskaları ilə həll edə bilərsiniz. Lent.az Türkiyə mətbuatına istinadən bu maskalardan bəzilərini təqdim edir.

Əgər dəriniz yağlıdırsa, gündə iki dəfə bu şəkildə təmizləyin: Bir kasada isti su qoyun. İçinə bir ovuc quru çobanyastığı tökün. Beş dəqiqə gözləyib süzün. Sonra kiçik və yumşaq bir dəsmalı bu suya batıraraq yaxşıca isladın və üzünüzə kompres edin. Bu əməliyyatı 5 dəqiqə müddətində davam etdirin. Daha sonra üzünüzü gül suyuna batırılmış pambıqla silin.

Badam maskası: Çobanyastığı, cökə çiçəyi, lavanda, mürver ağacı çiçəyi və şam filizindən bərabər miqdarda götürüb, qarışdırın. Bu qarışıqdan 2 xörək qaşığı alıb, 150 qram suda qaynadın. Bu qarışığa 3 xörək qaşığı badam da qatıb, qaynatmağa davam edin. Ardından 1 çay qaşığı un və yarım çay qaşığı bal əlavə edin. Ocağın üzərindən götürün və süzün. İsti şəkildə qarışığı üzünüzə çəkin. Əlbəttə istiliyi dözüləcək qədər olmalıdır. Yarım saat gözlədikdən sonra, əvvəl isti, sonra soyuq su ilə üzünüzü yuyun.

Alma maskası: Yarım almanı rəndələdikdən sonra, yaxşıca çırpılmış yumurta ağı ilə qarışdırın. Əldə etdiyiniz qarışığı üzə və boyunuza çəkib 20 dəqiqə gözlədikdən sonra ilıq su ilə durulayın.

Bal maskası: Üç qaşıq bal, iki qaşıq qatıq və bir az yulaf ununu qarışdırın. Bu qarışıq pilinq təsiri bağışlayar. Qara nöqtələri təmizləyər. Üstəlik bu maskanın dərinin zədələnməsinin qarşısını da alır.

Pomidor maskası: Yetişmiş bir pomidoru püre halına gətirin və 15-20 dəqiqə üzünüzdə saxlayın. Sonra ilıq su ilə durulayın.

Xiyar maskası: İki ədəd xiyarı rəndələyib bir qaşıq qatıq ilə qarışdırın. Yaxşıca qarışandan sonra üzünüzə sürtün və 20 dəqiqə gözləyin. Sonra durulayın. Dəriniz o qədər təravətli olacaq ki, toxunduqda inana bilməyəcəksiniz.


loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: SUNA     Baxış sayi: 2291     17.01.2012
Təşəkkür edənlər (1) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Floral Style Sağlam dırnaqların xüsusi sirləri
Təbii saç maskaları Yay dəbinin ayrılmaz 4 rəngi
Manikurlər - FOTO Qadın-görənləri dəli edən bir sənət əsər..
Buruq saçlarla necə baş etməli ? Makiyaj
Qadının yumurtası tərs gələndə Şalvarın düzgün ütlənməsi
Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 2
    Qonaqlar: 175
    Cəmi: 177
    Bu gün saytda olanlar

    Hal-hazırda saytda
    Devaassully
    mubdickuck
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 117697
    Sayğaclar



    Mp3 yukle