Kəpənək
01.08.2015   Bölmə: Aforizimlər


Bir gün bir baramada kiçik bir dəlik açıldı və bir adam bədənini bu kiçik dəlikdən çıxarmağa çalışan kəpənəyi saatlarla seyr etdi.

Sonra kəpənək sanki daha çox irəliləmək istəmirmiş kimi dayandı. Sanki irəliləyə biləcəyi qədər irəliləmişdi və artıq daha çox irəliləyə bilmirdi. Və adam kəpənəyə kömək etmək qərarına gəldi. Əlinə bir qayçı aldı və baramanı kəsərək dəliyi böyütdü.

Kəpənək asanca çölə çıxdı.

Lakin bədəni böyük və qanadları quru və buruq idi.

Adam kəpənəyi izləməyə davam etdi, çünki zamanla qanadlarının böyüyüb bədənini daşıya biləcək qədər genişləyə biləcəyini ümid edirdi.

Lakin bu olmadı!

Gerçəkdə kəpənək ömürünün geri qalanını o böyük bədəni və quru buruq qanadları ilə ətrafda sürünərək keçirdi. Uçmağı heç bacara bilmədi.

Adamın bu tələsik yaxşılığı içərisində anlaya bilmədiyi şey bu məhdudlaşdırıcı baramanın və kəpənəyin o kiçik dəlikdən çölə çıxmaq üçün verdiyi mübarizənin kəpənək üçün lazımlı olduğu idi, çünki bu Allahın həyat mayesinin kəpənəyin bədənindən qanadlarına doğru axmasını təmin etmək üçün tapdığı yol idi, beləcə kəpənək baramadan xilas olduğu anda uçmağa hazır ola biləcəkdi. Bəzən mübarizələr həyatımızda tam olaraq ehtiyac duyduğumuz şeylərdir. Əgər Allah, həyatımızda heç bir maneə ilə qarşılaşmadan davam etməmizə icazə versəydi şikəst qalardıq. İndi və daha sonra ola biləcəyimiz qədər güclü olmazdıq. Əsla uça bilməzdik.

Güc istədim? Və Allah məni güclü etmək üçün, qarşıma çətinliklər çıxardı. Müdriklik istədim? Və Allah mənə həll etmək üçün problemlər verdi.

Zənginlik istədim? Və Allah işləmək üçün mənə beyin və güclü əzələlər verdi.

Cəsarət istədim? Və Allah öhdəsindən gəlməyim üçün mənə təhlükə verdi.

Sevgi istədim? Və Allah kömək etməyim üçün problemli insanlar verdi.

Yaxşılıq istədim? Və Allah mənə fürsətlər verdi. İstədiyim heç bir şeyi əldə etmədim, ehtiyacım olan hər şeyi əldə etdim.
loading...
 (Səs sayı: 0)
Müəllif: Xaliq_5     Baxış sayi: 923     01.08.2015
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
ÇİRKİN " GÖZEL" Aforizimler(2)
ÇƏHRAYI ZOLAQLI VARLIQ…(5) Tek duam dualarimin qebul olmasidi...
Michael Jacksondan gözəl fikirlər Sevginin gücü
Gözəl sözlər, aforizmlər SƏN MƏNİ ALLAHDAN İSTƏMƏYİ BİLMƏDİN (1-C..
İbrətamiz hekayə Maraqli Aforizimlər
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
ureyim
Qısa məlumat

Maraqlı xəbərlər müəllifi Yarışma Qalibi Aktiv olduğuna görə
ureyim
: qiymət: 0
Tarix: 01.08.2015 | # 1
Sevgi istədim? Və Allah kömək etməyim üçün problemli insanlar verdi.





 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 1
Qonaqlar: 74
Cəmi: 75
Bu gün saytda olanlar

Hal-hazırda saytda
JamesAvery
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 114707
Sayğaclar



Mp3 yukle