Dərinin sağlam rəngini necə qaytarmalı?
03.08.2015   Bölmə: Maskalar


Solğun üz, tutqun dəri, göz ətrafındakı qara halqalar müasir qadının üzündə tez-tez rast gəlinən adi əlamətlərdir. Bəs, üz dərisinin tutqunlaşmasının qarşısını necə almaq olar? Onu əvvəlki vəziyyətinə qaytarmaq, cəlbedici və parlaq olması üçün nə etməliyik?
Qədim dövrlərdə nənələrimiz dərilərinə klassik üsullarla qulluq ediblər. Onların yolu ilə gedib üz dərisinin təravətli və parıltılı görünməsinə ev şəraitində də nail ola bilərsiniz. Ona görə də publika.az-ın gözəllik bölməsi hər zaman aktual olan maska reseptini təqdim edir.

Əsas inqrediyentlər: Kəsmik, qatıq, bal, kök, yumurta ağı, nişasta, zeytun yağı və limon şirəsi.

Üz dərisi üçün kəsmik maskası

Bu maska quru dərilər üçün idealdır. 1 çay qaşığı kefiri və kəsmiyi 1 çay qaşığı balla qarışdırın. Maskanı masaj edərək üzə çəkin. 15-20 dəqiqədən sonra isladılmış pambıq diskin köməyi ilə və isti su ilə yuyun.

Zeytun yağı ilə kök maskası

Yağlı dəri üçün tövsiyə olunan bu maska üçün 1 çay qaşığı rəndələnmiş yerkökü, 1 yumurta ağı, nişasta və bir az zeytun yağını qarışdırın. Qarışığı təmizlənmiş dəriyə çəkib 15-20 dəqiqə gözləyin. İsti suyla isladılmış pambıq tamponla maska qalıqlarını təmizləyin. Bu maskanı ayda 2-3 dəfə etmək kifayətdir ki, dəriniz əvvəlki sağlamlığına qovuşsun.

Limon maskası

Limon maskası yağlı dərilər üçündür. Bu maska dərini vitaminlərlə təmin edir, ona parlaqlıq verir və sağlamlığını özünə qaytarır. 1 çay qaşığı limon şirəsi ilə 1 çay qaşığı balı qarışdırın. Maskanı üzə masaj hərəkətləri ilə çəkin. 15-20 dəqiqə sonra ilıq su ilə yuyun.

Normal dərilər üçün alma maskası

Alma püresinə qaymaq, yumurta, zeytun yağı əlavə edin. Maskanı üzə çəkib 20 dəqiqə gözləyin. daha sonra isti su ilə yuyun.

Piqment ləkələri təmizləyən kabak maskası

Kabakı rəndələyib üstünə bərabər miqdarda mineral su əlavə edin. Alınmış qarışığın yarısı qədər bal da əlavə edin. Maskanı hər gün çəkmək lazımdır. Effektini 2 həftə sonra görəcəksiniz.

Dərinin tonusunu yüksəltmək üçün yerkökü maskası

Kök maskası dəri məsamələrini təmizləyib, tonusunu yüksəldəcək, ona təravət bəxş edəcək. Bunun üçün 2 həb spirulina olmaqla, 0,5 çay qaşığı ağ gil və körpə pudrası lazımdır. Onları bir qaba töküb qarışdırın. Üzərinə isə yerkökü siropu əlavə edin. Maskanı üzə çəkib 15-20 dəqiqə gözləyin. İlıq su ilə yuyun.

Əgər hər hansı maskanı hazırlamağa vaxtınız yoxdursa, onda zeytun yağını, yaxud da balı üzünüzə çəkməklə kifayətlə bilərsiniz.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: Anonim2015     Baxış sayi: 1070     03.08.2015
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Qatıq maskaları...üzünüzdəki qırışları Y.. Qüsursuz ayaqların sirri bu MASKAlarda
Saçı sürətlə uzadan maska Göz ətrafı üçün 3 ən yaxşı maska
Üz üçün təmizləyici - Maska Üzdəki tüklərdən qurtulmağın bitkisəl yoll..
Tökülən saçlara maska Sızanaqlı dəri üçün maska
Ağardıcı üz maskaları - RESEPTLƏR Alında qırışlarını yox edən MÖCÜZƏLİ MA..
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
gulnaz
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi
gulnaz
: qiymət: 0
Tarix: 04.08.2015 | # 3
cox sagolun lazimdi





 

mursel99
Qısa məlumat
mursel99
: qiymət: 0
Tarix: 03.08.2015 | # 2
üşşvxlk



Nastinko
Qısa məlumat

Aktiv olduğuna görə Maraqlı xəbərlər müəllifi Şərhlər üzrə aktivliyinə görə
Nastinko
: qiymət: 0
Tarix: 03.08.2015 | # 1
Təşəkkürlər quru dərilər üçündə maska yazmısız






"1 gün herkes FenerbahceIi,

geri kaIan 364 gün herkes Galatasaray’Iı

oIucak""

 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 4
Qonaqlar: 111
Cəmi: 115
Bu gün saytda olanlar

Hal-hazırda saytda
Aadplmeags
Abkrhmeags
Ahozpmeags
ilyhitu
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 116176
Sayğaclar



Mp3 yukle