Uşaq yağı ilə 6 problemi həll edin!
22.08.2015   Bölmə: Gözəllik


Müxtəlif markaların istehsalı olan və uşaqlar üçün nəzərdə tutulan bədən yağları artıq sadəcə körpələrin deyil, həm də böyüklərin vazkeçilməzlərindəndir. Bir çox qadın bu yağlardan bütün bədənini nəmləndirmək üçün istifadə edir. Bunun üçün hamamdan çıxmazdan öncə uşaq yağını dəriyə çəkib masaj etmək və ilıq su ilə yaxalanmaq lazımdır. Ancaq uşaq yağından başqa məqsədlər üçün də istifadə edə bilərsiniz.

Sun.az-ın təqdim etdiyi məsləhətlərə əməl etsəniz, bu yağlar sizin əsl köməkçinizə çevriləcək.

1.Göz makiyajını təmizləyin

Pambığa bir az uşaq yağı töküb göz makiyajınızı təmizləyə bilərsiniz. Bu üsulla hətta suya davamlı tuş və layner belə asanlıqla təmizlənəcək.

2. Dərini təmizlə

Üzünüzü çirkdən və toksinlərdən təmizləmək üçün uşaq yağı çəkə bilərsiniz. Yağın içərisinə bir az çay ağacı yağı əlavə etsəniz, sızanaqlara və cizvələrə qarşı təsirli maska əldə etmiş olarsınız.

3. Təbii pilinq

1 çay qaşığı uşaq yağı ilə eyni miqdarda şəkər tozunu qarışdırıb təbii pilinq əldə edin və bu yolla dərini nəmləndirməklə yanaşı ölü hüceyrələri də təmizləyin.

4. Makiyaj fırçalarınızı təmizləyin!

Makiyaj üçün istifadə etdiyiniz fırçaları da uşaq yağından istifadə edərək təmizləyin. Ovcunuza bir az uşaq yağı töküb fırçaları bulayın. Bir neçə dəqiqə sonra fırçaları üzünüzü yuduğunuz gel və ya köpüklə təmizləyin. Bir müddət suyun altında saxlayın ki, yaxşı təmizlənsin. Beləliklə, fırçalarınız həm təmizlənəcək, həm də daha yumuşaq olacaqlar.

5.Quru saçlarınıza qulluq edin!

Saçlarınız həddən artıq qurudursa, yenə uşaq yağından faydalana bilərsiniz. Hamamdan çıxmazdan öncə islaq saçlarınızın uclarına bir az uşaq yağı çəkin. 3 dəqiqə gözləyib ilıq su ilə durulayın.

6. Təraş üçün vasitə

Ayaqlarınızı və ya qoltuq altını təraş edərkən xüsusi vasitələr əvəzinə uşaq yağından istifadə edin. Beləliklə, təraş zamanı dərinizə zərər dəyməyəcək. Təraşdan sonra isə nəmləndirici krem çəkməyə ehtiyac duymayacaqsınız.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: Anonim2015     Baxış sayi: 559     22.08.2015
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Qarın və ayaq əzələləri üçün intensiv idm.. QURU ƏLLƏR ÜÇÜN MASKA
Dırnaqların bizə dediklər Saçları tez uzadan SADƏ MASKA
Dodaqlara gənclik bəxş edən təbii üsullar Üz təmizliyində edilən 7 səhv
Yaxşı yuxu dərini qocalmağa qoymur Sirkənin cildə faydaları
Gozel xanimlara 2 Normal dəri
Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 1
    Qonaqlar: 86
    Cəmi: 87
    Bu gün saytda olanlar

    Hal-hazırda saytda
    darixanurekk
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 117517
    Sayğaclar



    Mp3 yukle