Bu qidalar saç tökülməsinə səbəb olur!
27.09.2015   Bölmə: Dəri və saç



Saç tökülməsi həm müasir qadınları, həm də kişiləri narahat edən ciddi problemlərdəndir. Vitamin çatışmazlığı, stress, yanlış qulluq, səhhətinizdəki bəzi problemlər, mövsüm dəyişikliyi saçların uzanmasına imkan vermir, hətta bəzən dazlaşmaya gətirib çıxarır. Bundan əlavə, elə məhsullar da var ki, onlar saçın inkişafına zərər verir. Sun.az-ın gözəllik bölməsi saçlara zərər verən qidaların siyahısını təqdim edir:

1. Yağlı balıq

Balığın əfsanəvi gücü və faydası haqqında bilməyən yoxdur. Onun tərkibindəki Omeqa 3 yağı dəri üçün olduqca faydalıdır. O cümlədən də saç üçün xeyirlidir. Amma balığın həddindən artıq yağlı sortlarında “merkuri” adlanan maddə var. Yağlı balıq çox yedikdə bu maddə sinkin mənimsənilməsinə, saçların uzanmasına mane olur. Odur ki, balığın orta yağlı sortunu seçin və suşi çox yeməyin.

2. Şəkər

Məlumdur ki, şəkər bədənə ziyan vurur və dəriyə pis təsir göstərir. O, cümlədən bizim ən çox sevdiyimiz şirniyyatlar kişi hormonlarının səviyyəsini artırır və saç folekullarını zəiflədir. Bu zaman saçlar öz sağlamlığını və gücünü itirir, uzanması ləngiyir.

3. Detoks sevdası

Detoks sağlamlığımız üçün effektlidir, amma ona başlamazdan əvvəl saçların vəziyyətini nəzərə almalıyıq. Əgər həddindən artıq saç tökülməsi kimi probleminiz varsa, detoks məsləhət deyil. Orqanizmi təmizləyən detoks zülalı yuyub aparacaq və saça yalnız ziyan vuracaq. Unutmaq lazım deyil ki, zülal saçların sağlam olmasında böyük rol oynayır. Yeri gəlmişkən qeyd edək ki, gündə 2 stəkandan artıq yaşıl çay içmək də saç tökülməsinə səbəb olur.

4. Sıyıq və makaron

Hər tük 80 faiz zülal olan keratindən ibarətdir. Kifayət qədər zülallı qidalar qəbul etməmək , saçı ehtiyacı olan maddələrdən məhrum etmək deməkdir. Məsələn, əti makaron və sıyıqlarla əvəz etdikdə bu məhsulların qlisemik indeksinin yüksək olduğunu da nəzərə alın. Çox şəkər, çox karbohidrat və az zülal nəticəsində saçlar sönük və cansız olur, tökülməyə başlayır.

5. A vitamininin bolluğu

Faydalı və zəruri olan A vitaminini böyük dozalarda qəbul etdikdə saç folekullarına pis təsir göstərir. A vitamini göz problemləri və korluğun qarşısını alır. İnfeksiyaya qarşı müqaviməti artırır. Dərinin və dırnaqların sağlam qalmasını təmin edir. Diş və diş əti üçün böyük əhəmiyyət daşıyır. Bu vitamin dərinin nəmli qalmasını təmin edir. Həmçinin öskürəyə də faydalıdır. Lakin A vitamini ilə zəngin olan kök, brokkoli, bibər kimi meyvə və tərəvəz pəhrizini saxlamaq saçlara heç də müsbət təsir göstərmir.

Ümumiyyətlə, saç tökülməsi kimi ciddi problemlərdə həkim, trixoloqa müraciət etmək məsləhətdir. Amma həkimə baş çəkməyə vaxtınız və imkanınız yoxdursa, bizim məsləhətlərimizi nəzərə alın.

Saçları möhkəmləndirən və tez uzadan duz maskası

Saçların kəskin tökülməsi ilə mövsüm dəyişikliyi zamanı daha çox qarşılaşırıq. Lakin xoşbəxtlikdən vəziyyəti düzəltmək üçün sehrli üsullar, maskalar və faydalı qidalar var. Bu baxımdan duz maskası saçlar üçün əla vasitədir. Saçların uzanmasını stimullaşdıran duz maskasının resepti çox sadədir: 2 xörək qaşığı xırda dəniz duzunu hər biri 1 çay qaşığı olmaqla badam, zeytun və buğda toxumu yağı ilə qarışdırın. Bu qarışıq saç dərisinin qan dövranını yaxşılaşdırır, saç diblərini qıcıqlandırır. Bu da saçların sağlam və daha tez uzanmasına şərait yaradır. Maskanı 20 dəqiqə saçda saxladıqdan sonra saç diblərini masaj edərək şampunla yuyun.

Saçları möhkәmlәndirәn vә qalınlaşdıran duz maskası

Bu maskaları hazırlamaq üçün yarım fincan xörәk duzu vә ya dәniz duzu, yarım stәkan bal vә ya konyak götürüb qatmaq lazımdır. Alınmış qarışığı kip qapaqlı qaba töküb 3 hәftә saxlayın. Bu saç maskası deyilən müddәt tamam olduqdan sonra istifadәyә yararlı ola bilәr! Hazır olanda maskanı baş dәrisinә vә saçlarınıza çəkin. 30 dәqiqәdәn sonra yuyun. Belә maskalar saçları parıldadır, sağlam görünüş bәxş edir vә әn әsası­ yağlılığını aradan qaldırır.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: Anonim2015     Baxış sayi: 1074     27.09.2015
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Qüsursuz bir dəri üçün ... - MƏSLƏHƏTLƏR Saçınızı dəsmala bağlayıb gözlətməyin
Pivə maskası ilə düz saçlara qovuş! Üz dərisini qorumağın 5 üsulu
Epilyasiya üsullarının fərqləri nədir Soyuqda başı açıq gəzənlərə xəbərdarlıq
Xanımların nəzərinə: saçınız gec uzanırsa.. DƏRİ TİPİNİZƏ GÖRƏ XÜSUSİYYƏTLƏR
Təravətləndirici tətbiqlər Soyuq havada üzə qulluq
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
awk_yeniden
Qısa məlumat

Aktiv olduğuna görə
awk_yeniden
: qiymət: 0
Tarix: 30.09.2015 | # 2
Faydalı məsləhətə görə çox təşəkkürlər.





 

Nara
Qısa məlumat
Nara
: qiymət: 0
Tarix: 27.09.2015 | # 1
Cox sagooolll bildiyim yaxw oldu





 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 3
Qonaqlar: 109
Cəmi: 112
Bu gün saytda olanlar

Hal-hazırda saytda
darixanurekk
piohimihiert
Toningeenriseets
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 116414
Sayğaclar



Mp3 yukle