Dünya iki cürdür...
09.10.2015   Bölmə: İslam



Dini təlimlərdən belə nəticəyə gəlmək olur ki, dünyaya bağlanmaq insanı həlak edə bilər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, məsumlarımız (ə) ona görə də dünyadan bezar olmağı tövsiyə edir və bu əməlin insanı Allaha yaxınlaşdırdığını vurğulayırlar.
İmam Səccad (ə) buyurur: "Allahı və Peyğəmbəri (s) tanıdıqdan sonra heç bir iş dünyadan bezar olmaqdan üstün deyildir".
Bəs dünya nədir?
İmam Sadiq (ə) buyurur ki, İslam dini inzivaya çəkilməyi və ya səhrada yaşamağı (insanlardan uzaq olmaq üçün) bəyənmir. Quran ayələrində və hədislərimizdə bezar oldumuz dünya - o dünyadır ki, axirət üçün abadlıq olmasın. Belə bir dünya insanın Allahdan qafil olmasına səbəb olar. Ona görə də əgər hədislərimiz dünyanı məzəmmət edirsə, o dünyanı nəzərdə tutur ki, axirətə xidmət etməz.
İmam Səccad (ə) buyurur: "Elə ona görədir ki, peyğəmbərlər və alimlər deyirlər: dünya sevgisi - hər bir günahın mənşəyidir".
Dünyanın növləri:
Dünya iki cürdür.
İmam Səccad (ə) buyurur: "Dünya iki cürdür: kifayət həddə olan dünya, lənətlənmiş dünya".
Bəli, lənətlənmiş dünya - o dünyadır ki, insanın ehtiyacından çox olar, yəni kifayət həddi aşar. Belə bir dünyanı İmam (ə) məlun adlandırmış və İlahi rəhmətdən uzaq hesab etmişdir. Belə bir dünya insana səadət gətirə bilməz və axirətini də abad etməz.
Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: "Şübhəsiz ki, az və kifayət qədər olan mülk, ehtiyacı olandan çox mülkdən daha yaxşıdır ki, qəflətə və Allahdan üz çevirməyə səbəb olar". Həzrət belə dua edir: "Allahım! Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) ehtiyacını aradan qaldıracaq qədər ruzi ver".
İmam Səccad (ə) sərvəti dəyər hesab etmir və buyurur: "Allah Təala yanında dünyanın dəyərsiz olmağının nişanələrindən biri budur ki, Yəhya ibni Zəkəriyyənin başı qızıl bir təştdə əxlaqsız qadına peşkəş oldu".
Belə bir dünyaya necə rəğbət bəsləmək olar ki? İnsan əgər qəbul etsə ki, dünya məlundur, heç bir zaman özünü məlun olan bir şey üçün fəda etməz.
İmam (ə) başqa yerdə buyurur: "Agah olun! O kəs ki, savab və axirət üçün iş görər, dünyanın bər-bəziyinə qarşı rəğbətsiz olar".
Beləliklə deyə bilərik ki, İslam dini sadəcə dünyanı məzəmmət etmir. Əksinə, həmişə öz davamçılarına buyurur ki, inzivaya çəkilmək doğru deyildir. Dinimizin məzəmmət etdiyi dünya, yəni məlun dünya o dünyadır ki, insan ehtiyacından çoxunu ondan istəsin və bunun üçün səy göstərsin. Axirətini unutsun və Allahdan qafil olsun.
Əslində insan bu dünyaya ona görə gəlib ki, axirəti üçün iş görsün və axirəti üçün azuqə toplasın. İmam Səccad (ə) Allahla münacat edən zaman buyurardı ki, nurani qəlbini Allaha ibadət etmək və Onu yada salmağa mane olan hər bir şeydən pak etsin. Allah bizlərin də qəblərini Ona çatmağımıza mane olan hər bir şeydən paklasın və təmiz etsin. Axı qəlbimizin tək sahibi - Allahdır.
loading...
 (Səs sayı: 0)
Müəllif: nadejda_lyubvi     Baxış sayi: 360     09.10.2015
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
AĞAM HÜSEYN RUHI RAHATLIQ ƏLDƏ ETMƏYIN 6 YOLU
Zülm və onun nəticəsi Şeytan sizlərdən birinin yanına gəlib deyir: ..
INSANIN ALLAHA SEVGISi Qardaşının əlindən tutub Cənnətə girin
Kainat necə yaranıb? Quran oxumaq və öyrənmək haqqında hədislər
Niyyət üçün Quran açdırmaq günahdırmı? Bir ay aclıq və susuzluq çəkən oruclu dərd n..
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
lenka
Qısa məlumat

Yarışma Qalibi
lenka
: qiymət: 0
Tarix: 10.10.2015 | # 1






 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 1
Qonaqlar: 158
Cəmi: 159
Bu gün saytda olanlar

Hal-hazırda saytda
xaliq_5
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 113914
Sayğaclar



Mp3 yukle