Antibiotiki əvəz edən 6 qida
10.11.2015   Bölmə: Sağlamlıq


Payız mövsümü infeksiyalarla mübarizənin başladığı dövrdür. Əfsuslar olsun ki, bu mövsümdə soyuqdəymə və qripdən əziyyət çəkənlərin sayı yetərincə çox olur. Qadin.az antibiotiki əvəz edən 6 qida haqqında maraqlı və lazımlı məlumatı təqdim edir:

Sarımsaq

Əsrlərdir ki, sarımsağın içərisində olan "allicin" maddəsi bəşəriyyəti xəstəliklərə qarşı bəşəriyyəti qoruyur. I Dünya Müharibəsi zamanı yaralara infeksiya düşməsini əngəlləmək üçün istifadə edilən sarımsaq II Dünya Müharibəsində da oxşar şəkildə yaraya mikrob düşüb qanın zəhərlənməsinə yol açmasını qarşısını almaq üçün istifadə edilmişdir.

Sarımsaq həm çiy halda, həm də xörəklərdə bişirilmiş halda istifadə olunur. Əsas cəhətlərindən biri infeksiyaya qarşı müqavimətli olmasıdır. Bu baxımdan o həzm və nəfəs orqanları, ağciyər üçün daha faydalıdır.

Soğan

Sarımsaq ilə eyni ailəyə mənsub olan soğan xüsusilə, həşərat və heyvan sancmaları zamanı dezinfeksiya edici olaraq istifadə edilir. Hər mətbəxdə mütləq tapılan və antibakteriyal xüsusiyyəti ilə tanınan soğan təxmin edə biləcəyimizdən daha çox xəstəlikdən qoruyur. Minlərlə ildir ki, alternativ tibdə müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir.

Soyuq qəbulu bronxit və öskürəyə qarşı təsirlidir, bəlğəm sökdürücü xüsusiyyəti var. Ayrıca soğanın tərkibindəki maddələr bir çox bəlğəm aparıcı dərmanın ana maddəsidir. Öskürək üçün əzilmiş soğan, su və bal qarışdırılaraq təbii bir dərman əldə edilə bilər.


Zəncəfil

Zəncəfil tək ədviyyat deyil, zəncəfil həm də müalicəvi bitkidir. Zəncəfili üyüdülmüş və çiy (zəncəfil kökü) şəklində istifadə etmək olar.

Zəncəfilin müalicəvi xüsusiyyətləri olduqca çoxdur. Bu bitki, daha doğrusu onun kökü iltihab əleyhinə, antibakterial, ağrısazlaşdıran, tonuslaşdırıcı, spazmolitik və s. xüsusiyyətlərinə malikdir.

200 ildən artıqdır ki, zəncəfil alternativ tibb sahəsində əsas maddə kimi istifadə edilir. Antibakteriyal və iltihab əleyhinə xüsusiyyətləri ilə tanınır. Nizamlı istehlak edildikdə qan dövranını niazmlayır, qan şəkərini tənzimləyir, ürək sağlamlığını dəstəkləyir və ağrı kəsici olaraq da rolunu yaxşı həyata keçirir.

Sarıkök

Cəlbedici rəngi olan sarıkök orqanizmi bakteriyalardan qoruyur. Dəri xəstəliklərinə yaxşı təsir etdiyi üçün yüngül kəsikləri yaxşılaşdırdığı söylənilir. Daxili orqanlarımızdan qaraciyər, ürək və həzm sistemi orqanlarına faydalı olduğu səbəbindən istehlak edilməsi tövsiyə edilir.

Bu ədviyyatın tibbi xüsusiyyətləri özünü əsrlər boyu yavaş-yavaş göstərməyə başlamışdır. Sarıkökün bilinən ən köhnə xüsusiyyəti iltihab aradan qaldırıcı olmasıdır. Təbii bir antiseptik və antibakterial olan sarıkök dəridəki kəsik və yanıq kimi yaralanmalarda da dezenfeksiya edici olaraq istifadə edilə bilər.

Bal

Möcüzə qida deyəndə ağla gələn ilk adlardan olan bal alternativ tibb üçün olmasa olmazlardandır. Virus əleyhinə, antiseptik, iltihab əleyhinə və antibakteriyel xüsusiyyəti var. Bəzi növ bakteriyaların böyüməsinə mane olduğu məlumdur.

Güclü antibakterial və iltihabəleyhinə xüsusiyyətlərə görə xüsusən cökə balı soyuqdəymə xəstəlikləri zamanı çox yaxşı müalicəvi effekt verir.

Bal təbii immunostimulyatordur - o, insanın immunitetini gücləndirir, orqanizmin xəstəliklər və infeksiyalara qarşı olan davamlılığını artırır. Xüsusən bu uşaqlar və yaşlı insanlar üçün çox vacibdir. Lakin balın yüksəs allergik xüsusiyyətlərinə görə onu 3 yaşından kiçik olan uşaqlar və allergik xəstəlikləri olan böyüklər qəbul etməməlidir.

Yaşıl çay

Norsvestern Universitetinin tədqiqatçılar qrupu yaşıl çayın içində olan bəzi maddələrin orqanizmə zərər verməyən antibiotik xüsusiyyət göstərdiyini bildirib. Yaşıl çay immunitet sistemini gücləndirir, infeksiyalara qarşı orqanizmin müdafiə sistemini dəstəkləyir.

Güclü antioksidant xüsusiyyətlərinə malik olan yaşıl çay insanın orqanizmini müxtəlif zərərli maddələrdən (şlaklar, toksinlər, sərbəst radikallar və s.) təmizləyir və nəticədə insanın immun sistemi möhkəmlənir, xərçəng xəstəliklərinin inkişaf etmə ehtimalı azalır, insan cavanlaşır.

Yüksək hərarətlə müşayiət olunan müxtəlif iltihabı xəstəliklər və soyuqdəymələr zamanı yaşıl çay yaxşı tərlədici effekt göstərir ki, bunun nəticəsində insan orqanizmi intoksikasiya ilə uğurla mübarizə aparır. Bundan əlavə alimlərin fikirinə görə, yaşıl çay güclü mikrob əleyhinə təsirinə malikdir.
loading...
 (Səs sayı: 0)
Müəllif: ramalqarabaqli     Baxış sayi: 508     10.11.2015
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Gözləri qorumağın 5 vacib qaydası Turşəngin faydalı və zərərli - XÜSUSİYYƏT..
Yorğunsunuzsa bunları edin Ürək üçün ən faydalı 3 MƏHSUL
Xroniki alkoqol hepatiti Qida zəhərlənməsindən qorunmaq - Yolları
Hər gün bir qabıqlı alma yesəniz... – BİLM.. İmmuniteti gücləndirir, arıqladır... - SOYUQ ..
Arıqlamaq üçün çox maraqlı üsul İmmuniteti gücləndirir, ürəkbulanmanı aparı..
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
lomka_heyat
Qısa məlumat
lomka_heyat
: qiymət: 0
Tarix: 10.11.2015 | # 1
tsk





 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 0
Qonaqlar: 147
Cəmi: 147
Bu gün saytda olanlar
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 113517
Sayğaclar



Mp3 yukle