Salamlaşma
30.12.2015   Bölmə: Adət ənənələr

Qaydaya görə gənclər yaşlını, aşağı vəzifəli yu­xarı vəzi­fə­li­ni, minikdə olan piyadanı, yuxarıda olan aşağı­da­kı­nı, ayaqüstə olan oturanı, gələn ora­da olanları, ayrı­lan ay­rıl­dığı yer­də qa­lanları salam­la­ma­lı­dır.
Qapalı yerlərdə kişi qadına, açıq yer­lərdə və cəmiyyət (el) arasında qa­dın kişiyə salam ver­mə­lidir.
Bir dəvət və ziyarətdə əvvəl ev sahi­bə­si, sonra ev sahibi, daha sonra di­gər­ləri salamlanır.
Eyni yaşda (təbəqədə) olanlarda ilk salam verən ən nəzakətli sayılır.
Rəsmi salam verərkən xəfif baş hə­rə­kəti ilə birgə, yerinə görə, «Xoş gəl­diniz», «Xoş gördük», «Saba­hı­nız (gün­or­ta­nız, ax­şa­mınız) xeyir», «Hər vaxtınız xeyir» «Salam­əley­­küm», «Gü­lə-gülə», «Uğur­lar» və başqa söz­lər işlət­mək olar.
Salamı almaq verməkdən daha va­cib­dir. Rəsmiyyətdə və ya adi hə­yat­da ve­ri­lən salam eyni, ya da uy­ğun tərz­də alınmalıdır. «Xoş gəl­din»ə «xoş gör­dük», «axşamınız xe­yir»ə «hər vaxtınız xeyir» və s. de­yil­məlidir. «Saba­hı­nız xeyir» deyə­nə «əleykümsalam» deyilməz.
Rəsmi yerdə üst vəzifəli bir şəxs içə­ri­yə girərsə, alt vəzi­fə­lilər (xanım da olsa) ayağa qalxaraq başları ilə salam verirlər. Ancaq ictimai yerdə üst vəzifəli bir şəxs içə­ri­yə girərsə, alt vəzifəlilərin ayağa qalxmağı la­zım deyil; sa­də­cə başlarını bir az əyə­rək və üst vəzifəli ilə göz təması quraraq salamlamaları kifayətdir.
Gün ərzində bir neçə dəfə qarşıla­şan insanları hər dəfə salamlamaq lazım deyil. İlk qarşılaşmada salam­la­maq və son ayrılışda uğurlamaq ki­fayətdir.
İctimai yerlərdə və camaat arasında xanımlar kişinin sa­la­mını baş əyə­rək qarşılıq verirlər. Ancaq kişi yaş­lı və ya vəzifəli şəxsdirsə, xanımlar ayağa qalxar kimi edər­lər.
Salamlaşma əsnasında şişirdil­miş da­nışıq və davra­nış­lar­dan qaçmaq lazımdır.
Dövlət böyükləri (prezident, na­zir, baş­çı), xarici döv­lət adam­ları yol­dan ke­çər­kən və ya qarşılaşılan hər hansı bir yer­də hör­mət ifadəsi ola­raq ayaqüstə qürurla salam­lanır. Dəfn mə­ra­sim­lərində cənazə, qal­dı­rı­lan bay­raq, səsləndirilən himn də bö­yük qü­rurla ayaqüstə sa­lam­la­nır.
Salamlaşma sözlə olduğu kimi baş əymə, əl qaldırma, papaq çıxarma, tə­zim etmə və s. ilə də ola bilər.
Salamlanan adamın yanında olan­lar salam verəni tanı­ma­salar da sa­lamlanan adamla bir­lik­də salam al­ma­la­rı nəzakət qaydasıdır.
Bir qrupu qarşılama əsnasında qru­pu qarşılayan şəxs qarşıladığı qrup­dakı insanlardan bir qismini tanı­ma­ya bilər. Bu kimi vəziyyətlərdə qarşıla­ma­ğa çıxan şəxsi ta­nıyan adam yanın­da­kı­la­rı qarşı­la­yan in­san­la tanış et­mə­ləri la­zım­dır.
Tanış iki nəfərin küçədə qarşı­laş­ma­ları halında bir-bi­rilərini salam­la­ma­ları, yolu tutmadan bir kənara çəki­lə­rək danışmaları və ya gedə-gedə danışmaları uyğun sa­yılır.
Camaat çox (gediş-gəlişin gur ol­du­ğu) olan yerlərdə ta­nış­ların bir-biri ilə salamlaşmalarına baxmaya­raq, ta­nış olmayanların salam­laş­ma­sı əsa­sən mümkün deyil. An­caq şəhər kənarında, tən­ha yerlərdə və iş üçün gedilən hər hansı bir yerdə qar­şı­la­şan insanların bir-biri ilə sa­lam­laş­ma­la­rı yerinə düşər.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: Xaliq_5     Baxış sayi: 1058     30.12.2015
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Azərbaycanda toy adətləri - gəlinbəzəmə Toy adətlərimiz
AZƏRBAYCANDA TOY ADƏTLƏRİ - YOLKƏSDİ, GƏLİ.. Azərbaycanda toy adətləri - təzəbəy, gəling..
Azərbaycanda toy adətləri - Xınayaxdı Dünya belə toy görməmişdi
Novruz Falları Səməni Saxla Məni İldə cücərdərəm Səni
Keçici buludların arxasında hər zaman günəş.. Novruz Bayramınız Mübarək, SUN.azlılar!!!
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
_Esmeralda_
Qısa məlumat

Seçilmiş istifadəçi Şərhlər üzrə aktivliyinə görə Ayın Qalibi Şərhlər üzrə Yarışma Qalibi
_Esmeralda_
: qiymət: 0
Tarix: 27.05.2017 | # 2
Heyif indi bu etik qaydalarin coxusu unudulur...insanlar bir birine qarwi cox saymaz olublar,boyuk kicik yeri bilmirler.




 

Danulduzu
Qısa məlumat
Danulduzu
: qiymət: 0
Tarix: 30.12.2015 | # 1
Salam Allahin adidi



Sun.az da 6 ilim tamam olur.COX SEVIREM SENI SUN.AZ


 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 6
Qonaqlar: 101
Cəmi: 107
Bu gün saytda olanlar

Hal-hazırda saytda
Acxbvmeags
Akzgymeags
Aqkuwmeags
Aysan
darixanurekk
ibocuxoce
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 116166
Sayğaclar



Mp3 yukle