Uşağınızı başa düşməkdə çətinlik çəkirsinizsə...Mütləq oxuyun!
31.12.2015   Bölmə: Ana və körpə

Heç uşaqlarınızı mişahidə edirsinizmi? Əgər edirsinizsə, nəyə (ya da nələrə) diqqət yetirməli olduğunuzu bilirsinizmi?..

Çox vaxt valideynlərdən uşaqları ilə bağlı bu "şikayətləri” eşidirik: "Uşağımı başa düşməkdə çətinlik çəkirəm”. "Hər hansı bir problem baş verəndə necə reaksiya verəcəyimi bilmirəm”. "Uşağımın köməyə ehtiyacı olanda necə kömək edəcəyimi bilmirəm” və s. Hər şeydən əvvəl bu problemlərə cavab tapmaq üçün uşağınızı yaxşı tanımalı və hər hansı sözə və ya hərəkətə reaksiyalarının səbəbini bilməlisiniz. Bundan başqa, problemləri aradan qaldırmaq üçün müxtəlif tərbiyə metodlarından istifadə etməli, ya da uşaq tərbiyəsi və ya uşaq psixologiyası ilə bağlı müxtəlif kitablar oxumalısınız. İstər bu kitablardan, istər tərbiyə metodlarından və istərsə də, valideynlik təcrübələrindən istifadə edərək uşağınızın ilk pedaqoqu ola bilərsiniz. Təbii ki, biz bununla heç də bu işin mütəxəssisi olan pedaqoqlara ehtiyac olmadığını demək istəmirik. Əksinə, uşaqla bağlı hər hansı bir problemlə qarşılaşdıqda bir mütəxəssisdən (yəni bir pedaqoqdan, bir psixoloqdan və ya bir psixiatrdan) məsləhət almalısınız. Burada nəzərdə tutulan valideynin pedaqoqu əvəz etməsi yox, pedaqoq qədər həssaslıq göstərməsidir. Elə isə "valideyn-pedaqoq” necə olmalıdır? İlk növbədə, obyektiv olmalıdır. Çünki bəzi valideynlər uşaqlarının qeyri-adi zəkaya sahib olduqlarını düşünürlər. Bəziləri isə uşaqlarının "problemli” olduqlarına inanırlar. Nəticədə, valideynlər uşaqlarının bütün hərəkətlərinə bu prizmadan baxır və təbii olaraq, onlara obyektiv qiymət verməkdə çətinlik çəkirlər. Ona görə də valideyn uşağını müşahidə edərkən obyektiv olmalı və hər hərəkətə "öz yerində” qiymət verməyi bacarmalıdır. Digər tərəfdən, "valideyn-pedaqoq” uşağını hərtərəfli müşahidə etməlidir. Hətta bunun üçün müxtəlif məkanlar seçməlidir. Məsələn, evdə, parkda, yemək yeyərkən, yad bir adamla bir yerdə olanda və s. Digər tərəfdən, valideynin eyni hərəkəti müxtəlif məkanlarda müşahidə etməsi onun uşağa daha obyektiv yanaşması üçün də vacibdir. Həmçinin, "valideyn-pedaqoq” əvvəlcədən hökm verməməlidir. Çünki elə valideynlər var ki, "Uşağım dəcəldir” və ya "Uşağım mənə hörmət etmir” deyərək əvvəlcədən hökm verirlər. Beləliklə, həm özlərinin, həm də ətrafındakıların öz uşaqlarına qarşı qeyri-obyektiv mövqe tutmalarına səbəb olurlar. Digər tərəfdən, "valideyn-pedaqoq” mütəxəssislərlə də məsləhətləşməlidir. Bunun üçün də o, yaxşı müşahidəçi olmalıdır. Bu həm də valideynin uşağını daha yaxşı tanıması və ondakı "normadankənar” prosesləri daha tez görməsi üçün vacibdir. Belə olduqda, uşağınızın fizioloji problemləri olduqda bir mütəxəssisə müraciət etdiyiniz kimi, psixoloji problemləri olduqda da bir mütəxəssisə də müraciət edə bilərsiniz. Ancaq bütün bunlarla yanaşı uşaq qiymətləndirildiyini də hiss etməlidir. Yəni, valideynin hər bir sözü və ya hərəkəti uşaqda "Atam-anam mənə qiymət verir” hissini aşılamalıdır…
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: Xaliq_5     Baxış sayi: 305     31.12.2015
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Hamilə qalmağınızı asanlaşdıracaq 9 sadə .. Oğlu olan Valideynlərə Məsləhət
ANA SAYILAMIYACAG QEDER GOZELLIK DEMEKDIR!.. Əkizlər haqqında 12 fakt
Analar üçün gözəllik sirrləri Qeysəriyyə əməliyyatına gedən qadınların D..
Uşaq sahibi olmamaq üçün gətirilən bəhanəl.. Ana səsi nələrə malikdir?
Körpə döşdən imtina edərsə nə etməli? Gənc analar mütləq bu müsahibəni oxusun
Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 1
    Qonaqlar: 121
    Cəmi: 122
    Bu gün saytda olanlar

    Hal-hazırda saytda
    slatkiy_nurik
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 117145
    Sayğaclar



    Mp3 yukle