Seks və eşq arasında
04.01.2016   Bölmə: Münasibətlər


Ürək dediyin eşqdən yana təbii ki...
Amma görək həmişə istədiyimizi yaşaya bilirikmi?
Davamlı eyni hekayələri eşidib, dinləməkdən bezirik bəzən. Həmişə eyni şeyləri yaşayır, ya da yaşayanlara şahidlik edirik. Cinsi həyatı daha azad şəkildə yaşamağa başlayan qadınların ən böyük dərdi indi eşq qadını olmaq yerinə yataq yoldaşı olmaqdır.
Münasibətlər artıq əskidən olduğu kimi başlamır və evlənilən günə qədər günahsız qalmır. Münasibətlər bu gün başlayır, bir müddət davam etdikdən sonra cinsi həyat günün ən əhəmiyyətli mövzusu olur. Xeyr deməksə, geri dönüş!
Bu vəziyyətin yanında bir də yatağa girdikdən sonra yaşanan müddət var.
Bəlkə də çox sürətlə qəbul etməyə başladığımız əlaqələrimizin sürətinə uyğunlaşarkən duyğularımızı unutduğumuz üçün, bir adamla birlikdə olduqdan sonra belə özümüzə soruşuruq: "Biz neyik indi?"
Çünki qarşımızdakını tanımağa belə çox vaxtımız olmadı və cinsi birlikdən sonra tanış olmaq isə....

Yalnız seksmi?
Əgər birlikdə olduğunuz kişinin sizinlə romantik bir əlaqə yaşamağa niyyəti olub olmadığı ilə maraqlanır və yalnız cinsi mənada sizinlə birlikdə olduğundan şübhələnirsinizsə, bəzi əlamətlərlə bu ağılınızdakı şübhələrə son qoya bilərsiniz. Əgər bu əlamətlər onda da varsa, acı da olsa gerçəkdir ki, siz yalnız yataq yoldaşısınız!

Nə vaxt görüşsəniz görüş yataqda sonlanırsa düşünməniz lazımdır. Çünki bu qarşınızdakı kişinin sizinlə yalnız seks məqsədli birlikdə olması kimi görünür. Təbii ki, görüşmələrin cinsi əlaqə ilə sona çatması hardasa normaldır. Lakin hələ yolun başındasınızsa və görüşmələr yalnız yataq otağındadırsa, kədərli də olsa bu əlaqədə duyğulara yerin olmaması ehtimalı yüksəkdir.
Gecənin bir yarısı telefonunuza gələn "Sənsiz darıxdım, evdəsənsə gələ bilərəmmi" mesajı, ümumiyyətlə gecə saat 10-dan sonra atılırsa, yenə məğlub oldunuz deməkdir. Çünki seks arzusunun gücü duyğuları məğlub etmişdir.
Birlikdə evdə vaxt keçirmək, film izləmək və ya romantik bir yemək yemək təbii ki, çox gözəldir. Lakin bütün görüşmələr bunun üzərində qurulursa, birlikdə heç bir yerə getmir, heç bir ictimai fəaliyyətə qatılmırsınızsa, bəlkə düşünəsiz?
Birlikdəykən nələr danışırsınız heç düşündünüzmü? Məsələn, ailəsi və ya yoldaşları haqqında danışırmı? Sizin ailəniz və yoldaşlarınızla maraqlanırmı? Cavabınız "xeyr"dirsə nə edəcəyinizi bilməlisiniz...
Bir əlaqədə ünsiyyət çox əhəmiyyətlidir. Gün içərisində bir-birinizə yazdığınız gözəl sözlərlə başdan çıxaran mesajlar əlaqəyə həyəcan qatır. Lakin bütün mesajlar cinsi mövzudadırsa yenə də düşünmənizə gərək var.
Biz qadınların ən həssas olduğu dövrlərdən biri də birlikdəlik sonrasıdır. Ona sarılmaq, sevgisini hiss etmək istəyərik. Lakin qarşınızdakı adam sizinlə bu xüsusi anları paylaşmaq, sarılıb birlikdə yatmaq yerinə gecənin bir yarısı evinə gedirsə fikirləşin.
Bir də sevişdikdən dərhal sonra duş almağa tələsən kişi qrupu var ki, bu kişilərdən də mümkün olduğunca uzaq durun. Təbii ki, romantik bir əlaqə axtarırsınızsa! Çünki siz yataqdaykən o duşa qaçırsa sizə "nələrsə" mesaj göndərir.
Görüşlərinizin müddətinə heç diqqət yetirdinizmi? Ümumiyyətlə, iki saatı keçmirsə və hər görüşmədən sonra mütləq bir planı varsa, təəssüf ki, səhv kişi seçmisiniz.
Söhbətlər də əlaqənin vəziyyəti baxımından əhəmiyyətli siqnallar verə bilir. Məsələn, duyğularından bəhs etməkdən qaçırsa, sizə gözəl sözlər söyləmir və ya ondan xoşlandığınızı söylədiyinizdə "mən də səndən" deyərək yola verirsə, yenə cinsi fikrin güclü olduğu bir əlaqə yaşayırsınız. Eyni zamanda sizi qırmaqdan çəkinmir və bəzən kobud davranırsa, kədərləndiyinizdə maraqlanmırsa, artıq tam bir seks köləsi olma yolunda irəliləyirsiniz.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: Xaliq_5     Baxış sayi: 452     04.01.2016
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Qudasının qızını zorlayıb hamilə qoyan şə.. Münasibətləri necə rəngarəng etməli?
Sevgililərin ayrılacağını bəlli edən 12 DAV.. Paytaxtda 13 yaşlı qızını və ev quşlarını..
Aglin dunyaya baxiwi - [ 16 ] - İkiüzlülük (nifaq)
Xəyanət edən insanlar necə davranır? -TANIYIN şəkillər danişmir mən danişiram !!!
Qadını ələ alan 18 cümlə Keçmiş sevgilinizi geri qaytarmaq istəyirsinizs..
Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 7
Qonaqlar: 100
Cəmi: 107
Bu gün saytda olanlar

Hal-hazırda saytda
Acgtgmeags
Acxbvmeags
Amxfpmeags
Auqaymeags
Aysan
darixanurekk
ibocuxoce
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 116166
Sayğaclar



Mp3 yukle