Uşaqlarda psixomotor inkişaf ləngiməsi nədir? - MÜTƏXƏSSİS YAZIR
07.01.2016   Bölmə: Tərbiyə




Motorika kəlməsi – hərəkəti ifadə edir. Dünyaya gələn hər uşaq hələ ana bətnində ikən fiziki olaraq inkişaf edir. Dünyaya gəldiyində də bu inkişaf sürətlənərək davam edir. Əvvəllər refleksiz olan bu hərəkətlərin bəziləri refleks olaraq ömür boyu davam edərkən, bəziləri də zamanla orqanları şüurlu idarə etmək üçün motorik inkişafa çevrilir. Nəfəs alıb vermək, ya da göz qırpmaq ömür boyu davam edən refleksiv hərəkətlərdir. Tək ayaq üstündə hoppanmaq, kağız kəsmək, psixomotor inkişafa çevrilir. Psixomotor inkişaf duyğu orqanları zehnin və motorikanın birgə inkişafıdır. Psixomotor inkişaf fiziki böyümə mərkəzi sinir sisteminin inkişafına paralel olaraq orqanizmin hərəkətlilik qazanması ilə tanınır. Motorika uşağın ömrü boyu həyatında inkişaf edir.
Böyük motorika inkişafı – iməkləmə, ayaq üstə sərbəst durmaq, yerimək, qaçmaq, yellənmək, dönmək, fırlanmaq, tullanmaqdır.
Kiçik motor inkişafı isə eyni zamanda incə motorika inkişafı olaraq da adlandırılır. Tutmaq, yazmaq, cırmaq, çəkmək, yapışdırmaq, kəsmək. Bir uşağın qayçıyla kağız kəsə bilməsi, ipə muncuq düzməsi, çəngəllə yemək yeməsi, qələmlə şəkillər çəkməsi incə motorikanın inkişafı ilə əlaqəlidir.

Refleksin hərəkətləri (0-1 yaş)
Yeni doğulan uşaq dünyaya bir çox refleksdə gəlir. İşığa ani reaksiya verir. Ovcunun içinə toxunduğunuzda həmin an əli ilə toxunduğunuz cismi və ya əli tutur. Əlinə bir şey verdikdə həmin an ağzına salıb əmir. Uşağın ilk ilində motorika inkişafı oturma, iməkləmə, dəstəksiz yerimədir.
Başını bir tərəfdən digər tərəfə çevirir (I həftə)
Üz üstə uzanarkən başını qısa müddət qaldıra bilir (1-ci ay)
Üz üstə uzanarkən bədənini qısa müddət qaldıra bilir (2-ci ay)
Başını dik tutmağa cəhd edir (2-ci ay)
Gördüyü bir əşyaya qolu ilə vurur (3-cü ay)
Dəstəklə otura bilər (4-cü ay)
Qarnı üzərindən yana, ya da arxaya fırlana bilər
Gördüyü əşyanı təqib edər (4-cü ay)
Gözlərini uzaqdakı, ya da yaxındakı əşya üzərindən sabit saxlaya bilər (6-cı ay).
Əşyanı bir əlindən digər əlinə keçirər (6-cı ay)
Dəstəksiz oturur (7-ci ay)
Dəstəklə ayaq üstə durur (8-ci ay)
Mebellərdən tutaraq ayaq üstə durur (9-cu ay)
Ayaq üstə duranda otura bilər (9-cu ay)
Fincan tuta və içindəki suyu içə bilər (9-cu ay)
Əlləri və dizləri üzərindən iməkləyər (10-cu ay)
Hər 2 əlindən tutanda yeriyər (10-cu ay)
Komandaları bilər: toxunmaq olmaz, oyuncağı mənə ver (10-cu ay)
Tək əlindən tutaraq yeriyər (11-ci ay)

İlk hərəkətlər dövrü (1-2vyaş)
Bu dövrə aid hərəkətlərin inkişafı, həm çevrə faktları, həm də qavrama ilə əlaqəlidir. Qavrama artdıqca, etdiyi hərəkətləri izləməsi də artar. Ətraf aləm hərəkətin inkişafını daha da tezləşdirər.
İməkləyərək nərdivan çıxar (13-24 ay)
Nərdivandan geriyə doğru iməkləyərək enər (13-24 ay)
Əyilərək yerdən əşyaları götürər (13-24 ay)
3 təkərli velosiped sürə bilər (2-3 yaş)
Düyməsini açıb bağlaya bilir (2-3 yaş)
Tək ayaq üstə qısa bir zaman qala bilər (2-3 yaş)
1 stəkan suyu götürə bilər (2-3 yaş)
Ayaqqabısını geyinə bilər (3-4 yaş)
Kağızdakı şəkilləri rəngləyər (3-4 yaş)
Baxaraq 1-dən 9-a qədər rəqəmləri yaza bilər (4-6 yaş)
Qayçıyla kağız kəsə bilir. (4-6 yaş)
Üzünü yuyub, dişini fırçalaya bilər (4-6 yaş)

Psixomotor inkişafı ləngidən səbəblər:
1.Doğum öncəsi olanlar
2.Yaxşı qidalanmamaq, infeksiyalar, dərmanlar, içki, ərlə arvadın qanlarının uyğunlaşmaması
3.Doğuşdan sonrakı səbəblər
4.Doğuş travmaları, gec doğuş
5.Uşağın qoruyucu ailədə böyüməsi, yaşına uyğun olanların əngəlləməsi, yəni özünə qapalı böyüməsi psixomotor inkişafını ləngidən önəmli amillərdir
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: Anonim2015     Baxış sayi: 507     07.01.2016
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Uşağın tərbiyəsi sahəsində ata- ananın və.. Uşaq çimməkdən qorxur. Nə edim?
Valideynlərin nəzərinə! Solaxaylıq qüsur dey.. Uşağınıza müstəqillik verin
Qiz övladi Sonu felaketli Öpüş.
Davamlı nəsihətlə problemi həll edə bilməzs.. Uşaqlar niyə yalan danışırlar?
Oxumaga deyer anlayana.. Uşağı güvəcə öyrəşdiririk
Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 0
Qonaqlar: 105
Cəmi: 105
Bu gün saytda olanlar
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 116418
Sayğaclar



Mp3 yukle