Orijinal ətri saxtadan ayırmağın 5 yolu
21.01.2016   Bölmə: Maraqlı

Tez-tez ətirlərin saxta versiyalarıyla qarşılaşırıq. Bəzən də olur ki, baxırsan eyni ətir az qala ikiqat ucuzdur, rəngi, iyi eyni, üzərində Made in France yazılıb, qalıcılığı normaldır… Amma, bizi bu ətrin orijinal olub-olmamasıyla bağlı şübhələr yenə də rahat qoymur. Ona görə də bu gün sizinlə orijinal ətri saxtadan ayırmağın yollarını paylaşırıq.

1. Selofan üzlük



Ətri dərhal qoxlamaq mümkün olmadığı üçün, onu vizual olaraq yoxlamağa çalışmaq lazımdır. Əgər qablaşdırma selofan üzlüklə örtülübsə, bu üzlük qablaşdırmaya kip oturmuş olmalıdır. Üzlük yapışdırmaqla deyil, termo üsulla bərkidilməlidir. Unutmayın ki, orijinal ətirlər heç vaxt qalın selofan üzlükdə olmurlar.

2. Qutu



Qutunu diqqətlə nəzərdən keçirin. Ən azı ətrin adına fikir verməklə başlaya bilərsiniz. Saxta ətirlərdə tez-tez nəzərinizdən qaçacaq şəkildə bir və ya bir neçə hərf ixtisar edilir və ya dəyişdirilir. Əgər bunlardan heç biri yoxdursa, digər üsullara keçirik.

Əsl fransız ətirlərində siz “parfume” sözünü heç vaxt tapmayacaqsınız, çünki bu sözün yeganə düzgün yazılış forması “parfum”dur. Qutunun üzərində təkcə istehsal olunduğu ölkənin adı deyil, həmin ölkədə istehsal olunduğu yazılmalıdır. Yəni, təkcə “Italy” deyil, “Made in Italy” yazılmalıdır. Orijinal qutuda mütləq istifadə tarixi, istehsalçı ölkə, ətrin tərkibi, tutumu göstərilməlidir.

3. Barkodlar



Ştrix kod simvolikasını mütləq yoxlayın. Sadəcə olaraq, telefonunuza lazımlı tətbiqi yükləyin. Bu tip tətbiqlər barkodları oxuya və istehsalçı haqqında məlumat verə bilir. Bundan başqa Recycling(dairəvi ox formasında təkrar istehsalat işarəsi) işarəsinə də fikir verin. Bu işarə aydın görünməlidir, lakin qalın olmalı deyil. Flakonun üzərində də seriya nömrəsi göstərilə bilər. Bu seriya nömrəsi silinməməlidir. Bunu isə yoxlamaq asandır. Sadəcə barmağınızla üzərinə möhkəm sürtün.

4. Əlavə konstruksiyalar



Qutunun içində flakonu möhkəm tutması üçün karton əlavələr olur. Bu əlavələr müxtəlif formada olsalar da, orijinal ətirlərdə mütləq mövcud olurlar.

5. Rəng



Əgər sevimli ətrinizin rəngi tünddürsə, rəsmi vebsaytda yayımlanan fotosuyla əlinizdəki ətrin rəngini müqayisə edin. Ümumi götürsək, adətən məşhur ətir markalarının rəngləri daha zərif olur, kəskinlikdən uzaq durulur.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: XALiq_5     Baxış sayi: 378     21.01.2016
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
İtlər uşaqları bəzi infeksiyalardan qoruyur menali sozler (1)
Nəhəng kompyuter istehsalçısı mövqeyini möh.. Yapon Dinlində Adiniz Necə Səslənir?
İnternet: qazancımız, itkimiz... 7 Rəqəmi ilə əlaqədar əfsanə
Millət vəkili nikahla bağlı xəbərdarlıq etd.. Sevgi...
Payız romantikası haqqında deyilmiş ən gözə.. Azərbaycan dilində erotik kitab çap olundu
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
Papatya
Qısa məlumat
Papatya
: qiymət: 0
Tarix: 21.01.2016 | # 1
versage



Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 2
Qonaqlar: 103
Cəmi: 105
Bu gün saytda olanlar

Hal-hazırda saytda
Atxhvmeags
Ekootmeags
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 115841
Sayğaclar



Mp3 yukle