Uşağı başa sal, qışqırma - Valideynlər, mütləq oxuyun!
21.01.2016   Bölmə: Tərbiyə


Uşaqlara bir şeylər öyrətmək valideynlərin vəzifəsidir. Bəzi valideynlərin düşüncəsinə görə, uşaqlara nəsə öyrətmək üçün mütləq üstlərinə qışqırmaq lazımdır. Dinləmələri üçün başqa yol varmı?

Ancaq gerçək odur ki, qışqırmaq uşaqları qoxudur. Qışqırdığımız zaman uşaqlar qorxar, qaçar, ya da donub qalarlar, nəticə olaraq öyrətmək istədiyimizi öyrənməzlər. Bir sözlə, tez-tez qışqırsaq, zamanla səsimizi yüksəltmədiyimiz hallarda uşaqlar bizi eşitməyəcəklər.

Əgər uşaq qəzəbinizdən qorxmadığı kimi görünmüş olsa da, bu hal artıq vərdiş etdiyinin və müdafiə sistemləri formalaşdırdığının göstəricisidir. Nəticədə isə uşaq yaramaz olur.


Qışqırmamaq üçün nəyə ehtiyacımız var?

Səbrli və sakit bir valideyn ola bilmənin tək yolu əvvəlcə özünüzə valideynlik etmənizdir. Yəni öz duyğularınıza sahib çıxın, qəzəbinizi uşaqlardan çıxarmayın.

Qəzəbi uşaqlardan çıxarmamaq mümkündürmü? Bəli. Bəs necə? Aile.lent.az bununla bağlı valideynlərə məsləhətlər verir.


Valideyn olaraq ilk işiniz öz duyğularınızı idarə etməkdir. Əgər çox streslisinizsə, bu halı düzəltmək sizin əlinizdədir. Uşağınız da, siz də bunu haqq edirsiniz.


Ailənizə daha qışqırmayacağınız və zəif səs tonu ilə müraciət edəcəyinizə dair söz verin. Uşaqlarınıza artıq qışqırmayacağınızı elan edin.


Uşaqlarınızın uşaq kimi davranacaqlarını unutmayın. Onlar dünyanın necə işlədiyini öyrənməyə çalışan yetkin insanlardır. Məsuliyyətli olmaları üçün təcrübələr yaşaması lazımdır. Və hər insan kimi onlar da idarə edilməkdən xoşlanırlar.


Hər an partlamağa hazır olan bir bomba olmanıza səbəb olan amilləri içinizdə üst-üstə toplamağı bir kənara qoyun. Söhbət keçirdiyiniz pis günün sonunda daxilinizdə toplanan qəzəbdən gedir. Yetərincə pis duyğu yığılanda fırtına qaçılmaz olur. Özünüzü daha yaxşı hiss etmənizə kömək olacaq bir şey tapın və daha xoşbəxt bir yola doğru keçin.


Uşağınızın sərgilədiyi hər hansı bir duyğuya empatiya qurun. Uşaqlar duyğularını yönəldə bildiklərini öyrəndiklərində davranışlarını da yönəldə bilirlər.


İşləri uşağınızın baxışları ilə görməyə çalışın, qayda qoyarkən belə.

Uşaq anlaşıldığını və ünsiyyət qura bildiyini hiss etmədiyi müddətcə verdiyiniz rəhbərliyi duymaz. Həmişə aranın sakitləşdiyini gözləyib sonra danışın.


Əsəbiləşməyə başladığınızda durun. Hər hansı bir hərəkətlə lazımsız qərarlar verməyin. Dərin nəfəs alın. Çoxdan qışqırmağa başlamısınızsa, cümlənizi yarıda kəsin. Sakitləşmədən hərəkətə keçməyin.


Uşağınızdan fiziki olaraq uzaqlaşın. Nəfəs alın. Diqqətinizin uşaqdan çox daxilinizə yönəlməsi üçün üzünüzü yuyun. Əsəbinizin altında qorxu, üzüntü və xəyal qırıqlığı yata bilər. Yalnızca dərin nəfəs alın. Ehtiyacınız varsa, ağlamaqdan çəkinməyin. Qəzəbinizin altında yatan şeyi dərk etdiyinizdə hər şey düzələcək.


Çiyninizdə dünyanı tərəfsiz şəkildə görə bilən və hər kəs üçün ən yaxşı olanı istəyən bir mələk olduğunu düşünün. Vəziyyəti fərqli şəkildə görə bilmənizə yardım olacaq.
O anda dərs verməyə çalışmayın. Pozitiv şəkildə hərəkətə keçin. Öyrətmə və öyrənmə hər kəs sakitləşənə qədər gerçəkləşməz. Övladınızın üstünə qışqırıb üzmüsünüzsə, üzr istəyə, ya da gülməsi üçün bir şeylər edə bilərsiniz. Ya da ağlayıb rahatlamasına icazə verin. Bir sözlə, belə hallarda siz də daxil olmaqla evdə hər kəsin özünü daha yaxşı hiss etməsi üçün bir addım atın.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: Anonim2015     Baxış sayi: 2077     21.01.2016
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Uşaq çimməkdən qorxur. Nə edim? Uşaqları doğru tərbiyə edək
Uşağım məktəbə hazırdırmı? Uşağa yalan danışmağı necə tərgitdirməli?
Uşağın tərbiyəsində ata ilə anadan hansın.. Uşaq gördüyünü götürür, eşitdiyini yox
BES SABAH NECE OLACAQSAN? Həqiqətləri görməyən göz mənimkidir!
Valideynlərin uşaqlar arasında ayrı-seçkilik .. Yalan danışan uşağı necə tərbiyə etmək ol..
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
zakkuw
Qısa məlumat

Maraqlı xəbərlər müəllifi Yarışma Qalibi Ayın Qalibi Xəbərlər Üzrə Yarışma Qalibi Seçilmiş istifadəçi Aktiv olduğuna görə Yarışma Qalibi Xəbərlərdə aktivliyinə görə Yarışma Qalibi
zakkuw
: qiymət: 0
Tarix: 22.01.2016 | # 4
mencede bawa salmaq varken niye doymek?




 

Papatya
Qısa məlumat
Papatya
: qiymət: 0
Tarix: 22.01.2016 | # 3
onu biliremki kiminse sinirini uwaqdan cixartmaq olmaz.hryatda hec kim insana ovlad qeder wirin deyerli ola bilmez



elmirajacksons
Qısa məlumat
elmirajacksons
: qiymət: 0
Tarix: 22.01.2016 | # 2
Valideynler sun.az a girseler oxuyacaqlar



mIchaelrahile
Qısa məlumat
mIchaelrahile
: qiymət: 0
Tarix: 21.01.2016 | # 1
Qisqirmaq hem valodeyhin sinirine hemde usagin psixologiyasina pis tesir edir



Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 1
    Qonaqlar: 126
    Cəmi: 127
    Bu gün saytda olanlar

    Hal-hazırda saytda
    upsexyMulsepe
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 117688
    Sayğaclar



    Mp3 yukle