Süfrə mədəniyyəti - Bunlara diqqət edin
21.02.2016   Bölmə: Adət ənənələr

Bizim ən gözəl milli ənənələrimizdən biri elə süfrə mədəniyyətimizdir. Ailənin bir yerə yığışması, böyüyün yuxarı başda əyləşməsi, hər kəsin də öz yerini bilməsi həm ailədə tərbiyənin göstəricisidir, həm də bir səmimiyyətdir, doğmalıq hissinin təzahürüdür. Ata birinci olaraq “Bismillah!” deyib əlini süfrəyə uzadır, sonra da qalanları yeməyə başlayır. Ailədə səmimiyyət olandan sonra yeyilən yemək də ləzzətli olur.

Amma süfrə ilə bağlı elə qanunlarımız var ki, onları tapdamaq olmaz. Uşaqlara kiçik yaşlarından süfrə mədəniyyətini öyrətmək lazımdır. Stol arxasında necə oturmağı, qaşığı və ya çəngəli necə tutmağı, xörəyi necə yeməyi gərək ona kiçik yaşında öyrədəsiniz. Uşaqlara öyrətmək lazımdır ki, yemək yeyərkən dodaqlarını yumsunlar.

Bir də görürsən ki, biri yanında yemək yeyir və ağzını elə marçıldadır ki, iştahanız qaçır. Əlbəttə, bu, mədəniyyətsizlikdir. Çünki sənin bu cür yeməyin başqasının iştahını küsdürür. Ağız marçıldatmaq olmaz, uşağa öyrətmək lazımdır ki, yeməyi kiçik tikələrlə götürsün. Arabir danışmaq da olar, amma gəvəzəlik eləmək doğru deyil. Sizə zarafat gəlməsin, bu zamana qədər yediyi loxması nəfəs borusuna düşüb ölən adamlar da olub. Ona görə də süfrə arxasında danışmaq doğru hesab edilsə də, gəvəzəlik eləmək və ya gülmək düzgün deyil.

Süfrədən yarımçıq durmaq da mədəniyyətdən deyil. Hər kəs yeyib qurtarandan sonra süfrənin yığışdırılması, meyvənin və ya çayın verilməsi də bu gözəlliyin bir başqa davamıdır.

Bir önəmli məqama da diqqəti çəkmək istəyirik: əgər üzürlü səbəb yoxdursa, hər kəs süfrə başına toplaşmalıdır. Çünki dədə-babadan həmişə belə olub ki, ailə başçısı öz övladları ilə süfrə başında yemək yeyərkən həm də onların gündəlik məşğuliyyəti ilə maraqlanıb, nə iş gördüklərinin bir növ hesabını soruşub.
loading...
Zengimcell yukle
 (Səs sayı: 1)
Müəllif: XALiq_5     Baxış sayi: 868     21.02.2016
Təşəkkür edənlər (1) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Azərbaycanda toy adətləri: cehizlər niyə dəy.. Azərbaycanda toy adətləri - qız toyu
Novruz Falları Səməninin hazırlanması
Azerbaycan 'in Tarixi Adet Ve Eneneleri Torpaq çərşənbəsi haqda bilmədikləriniz
Nişan üzüyü haqqında nə bilirik? Od Çərşənbəniz Mübarək
Azərbaycanda toy adətləri - ayaqaçdı, qonaqç.. Novruz Falları
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
Xowbextlik
Qısa məlumat
Xowbextlik
: qiymət: 0
Tarix: 04.06.2017 | # 6
Tam demey olmaz ama bacardiqim qedri ile.





 

_Esmeralda_
Qısa məlumat

Seçilmiş istifadəçi Şərhlər üzrə aktivliyinə görə Ayın Qalibi Şərhlər üzrə Yarışma Qalibi
_Esmeralda_
: qiymət: 0
Tarix: 26.05.2017 | # 5
Cox dogru...




 

residinaski
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Ayın Qalibi Şərhlər üzrə
residinaski
: qiymət: 0
Tarix: 22.02.2016 | # 4
bezilerin elemesemde özümü ağıllı aparmağı bilirem





 

fexri
Qısa məlumat
fexri
: qiymət: 0
Tarix: 22.02.2016 | # 3
Elbetdeki bizim adet eneneler boyuye hormet yalniz Azerbaycan diyarindadir menim fikrimce dostlar





 

delininyazari
Qısa məlumat
delininyazari
: qiymət: 0
Tarix: 21.02.2016 | # 2
Mende tam riayet etmirem ama calisiram





 

papatya
Qısa məlumat
papatya
: qiymət: 0
Tarix: 21.02.2016 | # 1
tam bacarmasam da mumkun qeder riayet etmeye caliwiram



Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 1
Qonaqlar: 69
Cəmi: 70
Bu gün saytda olanlar

Hal-hazırda saytda
cheawsRemeheark
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 116416
Sayğaclar



Mp3 yukle