Saçların erkən ağarması. SƏBƏBLƏR VƏ HƏKİM TÖVSİYƏLƏRİ
12.03.2016   Bölmə: Dəri və saç

SUN.AZ trixoloq Aytəkin Quliyevanın məqaləsini təqdim edir.

Saçların ağarması ümumilikdə bir irsi haldır, yəni daha çox genetik amillərdən asılıdır. Valideynlərdə erkən yaşlarda saçlar ağarırsa, demək, bu sizdə də özünü göstərə bilər.

Saçların ağarması tək-tək formada 30 yaşdan sonra, sürətli ağarma 50 yaşdan sonra müşahidə olunur.

Qeyri-düzgün qidalanma, tək pəhrizlər (hər hansı 1 məhsulla qidalanma), vitamin və mikroelementlərin çatışmamazlılığı da saçların erkən ağarmasına gətirib çıxarır. Bu səbəbdən saçların ağarmasının qarşısını almaq üçün sağlam qidalanmaq lazımdır.

Saçların ağarmasını ləngidən qidalar arasında: kərə yagı, pendir, ət, toyuq, dəniz məhsulları, süd və süd məhsulları, şokalad, qoz, qara çörək otu və s.

Qızardılmış və yağlı qidalar, ədviyyatlı və turşulu yeməklər, spirtli içkilər, qəhvə, siqaret əksinə saçların ağarmasını tezləşdirir.

Saçların erkən ağarması bəzi xəstəliklər və pozulmalarla əlaqəli ola bilər:

- Gizli şəkər

- Stress, əsəb, üzüntü

- Miqren

- Yetərsiz bəslənmə

- Qanazlığı

- Vitamin, mineral eksikliyi

- Piqmentasiyanın pozulması (vitiliqo)

- Qalxanabənzər vəzin funksiyasının pozulması

Saçların erkən ağarması bir sıra xarici faktorlarla da əlaqəli ola bilər:

- Tək pəhrizlər

- Qaynar suda yumaq

- Hər gün fendən istifadə

- Erkən vaxtda saç boyasında istifadə

- Siqaret çəkmək

- Hovuzun xlorlu suyu

- Aşırı qəhvə, çay, spirtli içkilərin qəbulu

- Çox yaglı, qızardılmış, ədviyyatlı yeməklər

- Qeyri-normal yuxu rejimi

- Az maye qəbulu

Saçların erkən ağarmasının qarşısını almaq üçün tövsiyələr:

- Saçlar vaxtından əvvəl ağarmağa başlayarsa, həkim trixoloqa (saç üzrə mütəxəssis) müraciət etmək məsləhətdir. Səbəbi aydınlaşdırılıb, dəqiq diaqnoz qoyulduqdan sonra vaxtında müalicə olunsa saçlar öz rəngini bərpa edir. Həkim trixoloq saçı bəsləyən və onlara rəng verən maddələr - melanositlərin miqdarını normaya salan, saçların ağarmasını ləngidən özəl inyeksiyalarla kompleks müalicə aparır.

- Ev şəraitində xına ilə qarışdırılmış yoqurtu 2 saat baş dərisində saxlamaqda fayda var.

- Xına tozunu hint yağı və limon suyu ilə qarışdırıb baş dərisində 1 saat saxlamaq erkən saç ağarmasının qarşısını alır.

- Südlə baş dərsini müntəzəm olaraq massaj edin.

- Qara istiota qatılmış 100 qram kəsmik qarışığını baş dərisinə yeritməklə müsbət nəticələr əldə etmək olur.

- Əgər ailədə genetik olaraq saçların erkən ağarması varsa, saç boyamasını 30 yaşlarına qədər saxlamaq lazımdır.

- İdman, sağlam həyat tərzi orqanizmdə qocalma proseslərini ləngidir.

- Streslərdən mümkün qədər uzaq durmağa çalışın.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: XALiq_5     Baxış sayi: 524     12.03.2016
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Sızanaqlardan qurtulmanın yolları Hər dərdə çarə – Türkəçarə
Saçınız qırılır? - Faydalı 4 formul Qol altı qaralmalarını iki gündə yox edən ç..
Hansı üz qüsurunu necə gizlətməli? Saçların elektiriklənməsi ilə bir çox insanl..
Saçlara düzgün qulluqla bağlı məsləhətlər Möhtəşəm ziyafətləriniz üçün saç düzüm..
Dərini cavanlaşdıran dadlı yay meyvələri Hörüklər
Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 7
Qonaqlar: 111
Cəmi: 118
Bu gün saytda olanlar

Hal-hazırda saytda
Aadplmeags
Abedtmeags
Abkrhmeags
Ahozpmeags
Akdgfmeags
Arvrumeags
ilyhitu
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 116176
Sayğaclar



Mp3 yukle