Sizin də uşağınız barmağını əmir? - Onunla belə davranın
14.03.2016   Bölmə: Ana və körpə

Həyatın ilk aylarında uşaqlar dünyanı ağızları ilə tanıyırlar. Oyuncaqları, barmaqlarını və evdə əllərinə keçən hər şeyi ağızlarına salırlar, çünki bu, onların dünyanı tanıma üsuludur. Uşağın ilk ayları üçün bu, normal haldır. Lakin uşağın dörd yaşından sonra hələ də barmaq əmmə vərdişi davam edirsə, deməli, burada gözlə görünməyən problem var. SUN.AZ uşaqların barmaqlarını sorma vərdişlərini araşdırıb.


Dörd yaşından sonra uşağın özünü körpə kimi aparması hələ də onun bu çağdan çıxmaq istəməməsi deməkdir. Buna reqressiv davranış deyilir, yəni inkişaf olaraq geriyə dönmə. Uşağın körpə qalmaq istəməsinin bir çox fərqli səbəbləri ola bilər. Məsələn, yeni qardaş-bacısı olan bir uşaq özünə marağı artırmaq üçün özünü körpə kimi aparır və buna sübut kimi körpə davranışı olaraq barmağını sorur. Qorxuları olan və ya valideynlərinin, nənə-babasının mübahisələrinə şahid olan uşaqlarda da bu davranışı müşahidə etmək olar. Mütəxəssislər bildirir ki, bu sadalananlardan savayı da başqa səbəblər ola bilər.

İlk növbədə bu vərdişdən əl çəkə bilməyən uşaqlara səbrlə yanaşmaq lazımdır. Ailənizi, evdə baş verənləri müşahidə edin, nələrin yolunda getmədiyinə fikir verin. Sizin üçün normal və ya əhəmiyyətsiz görünən vəziyyətlər uşağınızın inkişafına təsir edəcək qədər əhəmiyyətli ola bilər.

Ümumiyyətlə, uşaqlar barmaq əmmə vərdişini üç yaşında tərgitməlidirlər. O yaşdan sonra da uşağınız barmaq sormağa davam edirsə, aşağıdakı suallara cavab axtarın:

- Bu davranış xüsusi hallarda və vəziyyətlərdə reallaşır, yoxsa günün çox vaxtında davam edən bir haldır?
- Bu davranış onun ictimai və sosial aktivliyinə mane olurmu? Danışma, tələffüz və dil istifadəsində bir maneə yaradırmı?

Barmaq əmmə vərdişi 4 yaşında da davam edirsə, demək, burada psixoloji faktorlar mövcuddur. Bu halda uşağınıza kömək edə bilərsiniz. Mütəxəssislər bunun üçün bir neçə sadə təklif irəli sürür. Əvvəlcə barmaq əmmə davranışını yalnız evdə etməsinə icazə verə bilərsiniz. Kənar yerdə bunu etmədikdə bunun üçün onu kiçik bir şeylə mükafatlandıra bilərsiniz. Müəyyən müddət bu şəkildə davam edə bilərsiniz. Daha sonra mətbəxdə barmaq əmməsini qadağan edin. Onun ağzını məşğul tutun, bunu kiçik qəlyanaltılarla edə bilərsiniz, birlikdə mahnı, hekayələr oxuya bilərsiniz. Ən əsası isə yeri gəldikcə onunla bu mövzuda danışa bilərsiniz. Uşağın tez bir zamanda bu vərdişi ilə vidalaşmasını gözləməyin və ona zaman verin. Yavaş və addım-addım irəliləyin.

Əsla uşağa “özünü körpə kimi aparırsan” deməyin. Bununla bir az daha körpə qalmasına şərait yaradırsınız. Çünki körpə qalmaq onsuz da onun marağındadır. Uşaq istədiyi marağı cəlb edir və bu davranışını gücləndirir. Bundan başqa, bu mövzuda onunla baş-başa gəlmək müsbət nəticələr verməyəcək. Əvvəlcə uşağınızı və ailə həyatınızı müşahidə altına alın. Bu davranışın alt qatındakı səbəbləri tapın və onları mümkün qədər aradan qaldırın. Birlikdə əyləncəli və maraqlı vaxt keçirin. Nəzərə alın ki, valideynlərlə keçirilən zaman uşaqlar üçün çox əhəmiyyətlidir. Bütün cəhdlərinizə baxmayaraq, uşağınız barmaq əmmə vərdişinə davam edirsə, ana-ata mütləq mütəxəssis köməyindən faydalanmalıdır.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: XALiq_5     Baxış sayi: 592     14.03.2016
Təşəkkür edənlər (1) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Doğuşa qədər yaşadığımız təkamül - FOTO.. Özünə inamlı uşaq böyütmək üçün bunlar..
Körpəniz barmaqlarının ucunda yeriyir? Şirin Bebişlər
Uşağı ana südündən kəsmək üçün 3 VACİB.. Uşaqlara hansı yaşda hansı oyuncağı verməli..
Doğulacaq körpənizin cinsiyyətini bilirsinizmi.. Onu dinləyən kim?
Körpələr yatanda da öyrənir Uşaq tərbiyəsi. Eqoist uşaq
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
KavkazGirl
Qısa məlumat

Aktiv olduğuna görə Yarışma Qalibi Maraqlı şərhlər yazdığına görə
KavkazGirl
: qiymət: 0
Tarix: 19.03.2016 | # 7
Melumat ucun tesekkurler !










 

Samira_7
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Yarışma Qalibi
Samira_7
: qiymət: 0
Tarix: 18.03.2016 | # 6
Mende de olub uwaq vaxtti barmagmi emmek ayy tatli gunlerr xeber eladi lazimi gelende diqqtmizi gosdereriki Inwallah





 

Cemil
Qısa məlumat
Cemil
: qiymət: 0
Tarix: 17.03.2016 | # 5
Gelecekde diqqet ederem





 

rekiw
Qısa məlumat

Aktiv olduğuna görə Ayın Qalibi Şərhlər üzrə Ayın Qalibi Şərhlər üzrə Seçilmiş istifadəçi
rekiw
: qiymət: 0
Tarix: 16.03.2016 | # 4
usaq vaxti mende emirdim ozude baw barmagimi. indi de ne edirem tergidem olmuw dirnaqlarimi yeyirem









 

kriminalni_qiz
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Maraqlı şərhlər yazdığına görə
kriminalni_qiz
: qiymət: 0
Tarix: 14.03.2016 | # 3
menim bacim barmaqin yeyirdi ama tergitdi





 

onedrection
Qısa məlumat
onedrection
: qiymət: 0
Tarix: 14.03.2016 | # 2
Menin dayim qizi var 12 yawa qeder barmaq emirdi





 

residinaski
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Ayın Qalibi Şərhlər üzrə
residinaski
: qiymət: 0
Tarix: 14.03.2016 | # 1
gelecekde diqqet ederem






 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 1
    Qonaqlar: 127
    Cəmi: 128
    Bu gün saytda olanlar

    Hal-hazırda saytda
    Agcykmeags
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 116230
    Sayğaclar



    Mp3 yukle