Adətə görə süfrəyə "s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur - Siyahı
19.03.2016   Bölmə: Adət ənənələr

Novruz bayramı özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Bu bayram xalqımızın tarixi kökü ilə bağlı olduğundan adət-ənənələrlə zəngindir. Novruzun süfrəsi də fərqlidir. Belə ki, istər süfrədə, çərşənbələrdə, istərsə də Novruz axşamında milli xörəklərimiz, ən başlıcası isə plov olmalıdır. Şəkərbura, paxlava, şəkər çörəyi və digər şirniyyatlar, kişmiş, püstə, badam, boyanmış yumurtalar süfrələrimizi bəzəyir. Adətə görə süfrəyə "s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur. Su, süd, səməni, sünbül, sucuq, siyənək balığı, süzmə və sairə də bayram süfrəsinin bəzəyi olur. Çərşənbələrdə olduğu kimi, Novruz axşamında da tonqal qalanır, evlərdə ailə üzvlərinin hər birinin adına şam yandırılır. Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara başçəkmək, onlara bayram sovqatı vermək savab hesab edilir.


Novruz axşamı axır çərşənbədə olduğu kimi niyyət edib qulaq falına çıxırlar. Eşidilən ilk söz niyyətin baş tutub-tutmayacağını aşkar edir. Bu qədim adət illərin sınağından çıxaraq özünü doğruldub. Papaqatma da Novruzun qədim adətlərindədir. Ev yiyəsi papağa bayram şirnilərindən yığaraq onu qapıya qoyur. Papağın yiyəsi öz sovqatını götürüb gedir.






Çox erkən yaranan mərasimlər içində Novruz bayramı günlərində göstərilən tamaşa və oyunlar xüsusi yer tutur. Kiçik çillədən başlayaraq bu tamaşalara hazırlaşırlar. Cavanların özlərini göstərdiyi cıdır tamaşaları at çapma ilə başlar, sonra at oynatmaya keçərdi. Tamaşaya yığışanlar cavanlara uğur arzulayıb müxtəlif nəğmələr oxuyardılar. Atoynatmadan sonra ox atanlar meydanda görünürdü. Onların arasında qızlar da olurdu. Amma oğlan paltarı geyindiklərindən qız olduqları bilinmirdi.

"Qılınc oynatma", "Kəmər atma" , "Kəndirbaz", "Qoç döyüşdürmə" tamaşaları indi də bəzi bölgələrdə hazırlanar. Novruz günlərində tamaşalardan başqa "Qurd oyunu", "Aşıq oyunu", "Dirə döymə" kimi oyunlar da təşkil edilirdi.






Novruz bayramını kosasız təsəvvür etmək mümkün deyil. Sevindirici haldır ki, kosa oyunu hər bayram xatırlanır, rəqs etməyi bacaran bir uşağın əyninə tərsinə çevrilmiş kürk geyindirərək, üzünə kağızdan qayrılmış üzlük (maska) taxıb, başına da kəllə qənd kağızından uzun şiş papaq qoyardılar. Belinə zəncirovlu bir kəmər bağlanardı. Boynuna da zınqırovlar asardılar. Bu şəkildə hazırlanan kosanı məhəllə uşaqları araya alıb, həyətləri gəzdirərək bir hava ilə xor halında xüsusi bir nəğmə oxuyar, kosa isə oynayardı. Kosanın xurcununa bayram sovqatı qoyardılar. Kosanı adətən keçəl müşayiət edərdi.
Beləcə əsrlərin yaşıdı olan Novruz bayramı adət-ənənələrlə zəngindir. Bu adət-ənənələri xalqımız unutmur və hər il qeyd edir. Ağsaqqallarımız, nənə-babalarımız öz bildiklərini danışdıqca yeni-yeni məlumatlar əldə edirik.
loading...
 (Səs sayı: 1)
Müəllif: XALiq_5     Baxış sayi: 1274     19.03.2016
Təşəkkür edənlər (2) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Avropanın Azərbaycandan fərqi Süfrə mədəniyyəti - Bunlara diqqət edin
novruz bayraminiz mubarek AZƏRBAYCANDA TOY ADƏTLƏRİ - KİÇİK ELÇİLİ..
mədəniyyət Bu gün ilin ilk çərşənbəsidir
Toy adətlərimiz Azərbaycanda toy adətləri - təzəbəy, gəling..
Fərqli inanclar Dünyanın ən qeyri-adi 5 toy adəti
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
_Esmeralda_
Qısa məlumat

Seçilmiş istifadəçi Şərhlər üzrə aktivliyinə görə Ayın Qalibi Şərhlər üzrə Yarışma Qalibi
_Esmeralda_
: qiymət: 0
Tarix: 26.05.2017 | # 8
Xeberdaram,twk.




 

MATRIX
Qısa məlumat

Ayın Qalibi Şərhlər üzrə Ayın Qalibi Şərhlər üzrə Yarışma Qalibi Ayın Qalibi Şərhlər üzrə Şərhlər üzrə aktivliyinə görə
MATRIX
: qiymət: 0
Tarix: 24.05.2017 | # 7
Maragli oldu tewekkur







 

AyNuR95
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Yarışma Qalibi Şərhlər üzrə aktivliyinə görə Super Aktiv Ayın Qalibi Şərhlər üzrə Maraqlı şərhlər yazdığına görə Yarışma Qalibi Ayın Qalibi Şərhlər üzrə Ayın Qalibi Şərhlər üzrə
AyNuR95
: qiymət: 0
Tarix: 04.04.2016 | # 6





























 

babnik_44
Qısa məlumat
babnik_44
: qiymət: 0
Tarix: 31.03.2016 | # 5
- - - - - -





 

residinaski
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Ayın Qalibi Şərhlər üzrə
residinaski
: qiymət: 0
Tarix: 21.03.2016 | # 4
ohh bee axirki 7 dene s herfi ile baslayanlari oyrendim






 

Meris19
Qısa məlumat
Meris19
: qiymət: 0
Tarix: 20.03.2016 | # 3
Melumat üçün twk Xaliq_5 ! Mektebde lazim olsa yazariq dayyy





 

delininyazari
Qısa məlumat
delininyazari
: qiymət: 0
Tarix: 19.03.2016 | # 2
Maraqli melumat ucun twk





 

KavkazGirl
Qısa məlumat

Aktiv olduğuna görə Yarışma Qalibi Maraqlı şərhlər yazdığına görə
KavkazGirl
: qiymət: 0
Tarix: 19.03.2016 | # 1
Melumat ucun tesekkurler !










 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 2
Qonaqlar: 162
Cəmi: 164
Bu gün saytda olanlar

Hal-hazırda saytda
C_A_M_A_L
Sweetgirl
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 114380
Sayğaclar



Mp3 yukle