Ana südünü artıran qidalar
02.05.2016   Bölmə: Ana və körpə

Bütün analar ilk 6 ay ana südünün körpə üçün ən əhəmiyyətli, qida dəyəri ən yüksək qida olduğunu bilir. İmmunitet sistemini gücləndirən ana südünü artıran qidaların istifadə edilməsi isə süd verildiyi dövrdə çox əhəmiyyətlidir. SUN.AZsizlərə ana südünü artıran qidaları və xüsusiyyətlərini araşdırdı.

Su, ana südünü artıran qidalar sırasında ilkdir.

Ana südünün miqdarını artırmaq üçün istehlak edilməsi lazım olan əsas qida sudur. Ana südünün yüzdə 87-si sudan ibarətdir. Əmizdirən anaların bu müddətdə normal ehtiyaclarından daha çox su içməlidirlər. 60 kiloluq birinin gündəlik istehlak etməsi lazım olan su miqdarı təxminən 2 litr olduqu halda, əmizdirən analarda bu rəqəm 3-3,5 litrə qədərdir. Bu ehtiyacın 2- 2,5 litri saf sudan, qalan qisimi isə şəkərsiz kompot, bitki çayı və ayran kimi içkilərdən alına bilər. Gərəksiz çəki artımını əngəllənməsi üçün kompotolara şəkər əlavəsinə gərək yoxdur, meyvənin öz şəkəri kafidir.

Qeyd: Xalq arasında bilinənin əksinə şəkər və şəkərli qidalar süd miqdarını artırmır. Hər əmizdirmə əsnasında 1- 1,5 stəkan su içməklə ehtiyac olunan maye qəbulunu təmin edə bilər, süd miqdarını artıra bilərsiniz.

Yulaf, südün kanallarda irəliləməsini sürətləndirir.

Son dövrdə aparılan araşdırmalar göstərir ki, anada dəmir əskikliyi olarsa, südün miqdarı da azalacaqdır. Yulaf yaxşı bir dəmir qaynağı olmaqla yanaşı, həm də sakitləşdirici təsiri vardır. Bu xüsusiyyətlərilə yulaf südün döş kanallarında irəliləməsini təmin edən oksitosin hormonunun miqdarını artırır. Bununla da südün kanallarda irəliləməsi sürətləndirir.

Qeyd: Səhər yeməklərinizdə yulaf bişirərək və ya süd ilə qarışdıraraq istifadə edə bilərsiniz.

Kök, süd kanallarını inkişaf etdirir.

Kökün tərkibində döş toxumasının sağlam inkişafını və süd meydana gəlməsini dəstəkləyərək estrogenə bənzər vəzifə daşıyan fitoöstrogen var. Fitoöstrogen süd istehsalını artırır. Östrogen ormone döş toxuması içərisindəki süd kanallarını inkişaf etdirir.

Qeyd: Salatalarınıza mütləq gündə 1 ədəd kök əlavə edin. Aparılan araşdırmalara görə əmizdirmə müddətində analar kökdən istifadə edərlərsə, gələcəkdə uşaqların da kök yeməsi daha da asanlaşır.

Razyana südün yağ məzmunu artırır.

Tərkibindəki ostrogen maddəsi ilə süd miqdarını və südün yağ məzmunu artırır. Eyni zamanda, ana südü ilə körpəyə keçərək, həzm və mədə pozğunluğu problemləri yaşamasının qarşısnı alır.

Qeyd: Çay yerinə razyana çayına üstünlük verin. İçərkən təkibinə şəkər əlavə etməyin. Gündə 2-3 fincan razyana çayı içməklə süd miqdarını artıra bilərsiniz.

Paxlalılar, südün keyfiyyətini artırır.

Yaxşı bir dəmir qaynağı olan paxlalılar, süd miqdarını və keyfiyyətini artırır. Xüsusilə əmizdirən ana vegetariandırsa diyetində mütləq bu qidalara yer verməlidir. Ancaq anada qaz problemlərinə səbəb ola bilən bu qidalar, körpədə də bənzər problemlərə səbəb ola bilir.

Qeyd: Əgər bu yeməklər sizdə qaz problemi yaradırsa, həftədə 2-3 dəfə noxud, quru paxla kimi paxlalılar əsas yeməkdə yox, hərdən bir ara fasilələrdə istifadəsinə yer verə bilərsiniz.

Tünd yaşıl yarpaqlı tərəvəzlər, südü artırır

İspanaq, kələm kimi tünd yaşıl yarpaqlı tərəvəzlər süd miqdarını artırır. Ayrıca bu tərəvəzlər kalsium, dəmir, folat və vitamin A məzmunu baxımından zəngin olması ilə də südün keyfiyyətinin artmasını təmin edir.

Qeyd: Tünd yaşıl yarpaqlı tərəvəzləri gün içərisində salatlarınıza və ya tərəvəz yeməyi olaraq qidalarınıza daxil edə bilərsiniz.

Sarımsaq, körpənin daha çox əmməsini təmin edir.

Aparılan araşdırmalar göstərir ki, ana əmizdirməmişdən əvvəl sarımsaq yeyərsə, körpələr daha aktiv və çox əmir. Ana südünün artıran əsl faktor körpənin aktiv bir şəkildə ananı əmməsi olduğundan sarımsağın süd miqdarını artırdığını söyləmək olar. Ancaq körpələrdə qaz meydana gəlməsinə və həzm problemlərinə də yol aça bilir.

Qeyd: əmizdirərkən sarımsağı az miqdarda yeməklərinizə əlavə edin. Körpənin verdiyi reaksiyaları müşahidə edin. Əgər qaz ya da həzmsizlik kimi problemlər meydana gəlmirsə gün içərisində 1-2 diş yeyə bilərsiniz. Əgər yeməkdə istifadə etməkdə çətinlik çəkirsinizsə, sarımsaq kapsulası ala bilərsiniz.

Qoz, fındıq və badam yağlar zəngindir.

Qoz, fındıq, badam kimi yağlı toxumlar əmizdirən anaların diyetində mütləq olmalıdır. Bu toxumlar bədənimiz tərəfindən ifraz olunmadığı üçün mütləq çöldən alınması lazım olan yağlardır. Ona görə də südün keyfiyyətinin artırılmasında bu yağlar əhəmiyyət daşıyır.

Qeyd: Bu yağlı toxumlar yüksək kalori ehtiva etdiyindən gün ərzində 3-4 qoz, 10-12 ədəd çiy badam və ya fındıq yeyə bilərsiniz.

Küncüt kalsiumla zəngindir

Yüksək kalsium məzmunu və östrogen hormonuna bənzər xüsusiyyətlər göstərməsi səbəbi ilə süd miqdarını artıran xüsusiyyətə sahibdir.

Qeyd: Küncüt dənələrini salatlarınıza əlavə edərək, gündə 1-2 çay qaşığı qədər istifadə edə bilərsiniz.
loading...
 (Səs sayı: 0)
Müəllif: XALiq_5     Baxış sayi: 455     02.05.2016
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Uşağım söyüş söyür! Əmizdirən ana südü sağmalıdırmı?
Ana südünü artırmaq üçün 6 məsləhət Yenidoğulmuşlar haqqında 7 yanlış fikir
Uşağı süddən necə ayırmalı? - Analara məs.. Körpəni sakitləşdirmə yolları. “Bəyaz kü..
Uşaqlarda piylənmə Payız uşaqlarında bu xəstəlik daha çox olur
Körpələr hansı ayda nə yeməli? "Puzzle" uşaqların inkişafı üçün ..
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
heyat2
Qısa məlumat

Aktiv olduğuna görə
heyat2
: qiymət: 0
Tarix: 02.05.2016 | # 1
bu xeber elebil menim ucun hazirlamisan sagol



Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 1
Qonaqlar: 153
Cəmi: 154
Bu gün saytda olanlar

Hal-hazırda saytda
xaliq_5
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 113914
Sayğaclar



Mp3 yukle