reklam
1 il ərzində 32 kq kökəlib və sonra yenə arıqlayıb. Qeyri-adi eksperiment 1 il ərzində 32 kq kökəlib və sonra yenə arıqlayıb. Qeyri-adi eksperiment http://sun.az/uploads/posts/2018-07/1532445158_1.jpg
Kənan Heydərov

Kənan Heydərov Maraqlı 24-07-2018, 19:12

1 il ərzində 32 kq kökəlib və sonra yenə arıqlayıb. Qeyri-adi eksperiment

1 il ərzində 32 kq kökəlib və sonra yenə arıqlayıb. Qeyri-adi eksperiment
1 il ərzində 32 kq kökəlib və sonra yenə arıqlayıb. Qeyri-adi eksperiment


ABŞ-da yaşayan fitnes məşqçisi Dryu Menninq öz üzərində çox maraqlı və eyni zamanda təhlükəli eksperiment aparıb.

Menninq 1 il ərzində əvvəl 32 kq artıq çəki yığıb, sonra isə bu çəkidən qurtulub.


Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, məşqçi bunu öz müştərilərini - kök insanları daha yaxşı anlamaq üçün edib.

Çəki yığmaq üçün Dryu idman zalına getməkdən imtina edib və daim fast-fud yeməklərini yeməyə və şirin qazlı içkiləri içməyə başlayıb. Bu "üsulla" məşqçi yarım il ərzində əzələləli pəhləvandan qarınlı şişman insana çevrilib. Artıq çəki ilə birlikdə eksperimentə qədər sap-sağlam olan Menninq bir sıra sağlamlıq problemlərini də "əldə edib" - yüksək xolesterin, təzyiq, immun sisteminin zəifləməsi və s.

Yarım ildən sonra Dryu artıq çəkidən azad olmağa başlayıb. Bunun üçün o, idman zalında məşqlərə başlayıb və sağlam qidalanmaya keçib. Yarım ildən sonra Menninq öz əvvəlki formasını tam bərpa edib.

Öz eksperimentin köməyi ilə Dryu Menninq sübut edib ki, sağlam qidalanma və idmanın köməyi ilə əhəmiyyətli şəkildə arıqlamaq mümkündür.

Dryu etiraf edib ki, eksperimentdən sonra artıq çəkisi olan insanları, onların psixologiyasını daha yaxşı anlamağa başlayıb. Onun sözlərinə görə, artıq çəki tək fizioloji deyil, həm də ciddi psixoloji problemdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
192 223 187 165 210 189

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.