Pəhriz saxlayanlar, bu ətirlərdən uzaq durun
15.05.2016   Bölmə: Pəhriz



Darçın, vanil, portağal və berqamot kimi sitrus bitkiləri ehtiva edən ətirlər arıqlamağa mane olur.
Sun.az xəbər verir ki, yaşıl alma və sarıkök qoxuları iştahı öldürür, vanil, darçın və portağal kimi qoxular isə pəhrizin düşmənidir.

Şokoladlı və ya meyvəli tort, ya da sobadan yenicə çıxmış bir piroq hamımızın iştahasını qaldırır. Pəhriz saxlayanda bütün bu gözəl ləzzətlərdən uzaq durmaq həqiqətən çətindir. Türkiyəli ətriyyatçı Sonay Gürer pəhriz saxlayan insanlara tərkibində portağal, berqamot kimi bitkilər olan ətirlərdən istifadə etməyi məsləhət görmür:

"Çoxumuz fərqində deyilik, amma qoxu həyatımızda çox əhəmiyyətli yer tutur. Məsələn, aşiq olduğumuz insanı qoxusu ilə xatırlayırıq, yağış yağanda torpağın iyi insana rahatlıq gətirir, hətta uşağın spesifik qoxusu olur.

Pəhriz saxlayanlar qoxulara qarşı xüsusi ilə çox diqqətli olmalıdır. İştaha açan, enerji verən rənglər olduğu kimi iştah mərkəzini sakitləşdirən və ya hərəkətə gətirən qoxular da var. Pəhriz saxlayan insanların tərkibində darçın, vanil və ya portağal, berqamot kimi sitrus bitkiləri olan ətir istifadə etməsini məsləhət görmürəm. Çünki bu qoxular iştah açır və sizi pəhrizi pozmağa sövq edir. Bu halda pəhrizə başlayanda bu ətirlərdən bir müddətlik istifadə etməyin. Yaşıl alma, sarıkök kimi məhsullar isə iştah mərkəzini sakitləşdirərək aclıq hissini azaldır. Beləliklə pəhrizə yardım olur. Odur ki, ətir almazdan əvvəl onun tərkibini diqqətlə nəzərdən keçirməyi tövsiyə edirəm"
loading...
 (Səs sayı: 0)
Müəllif: Anonim2015     Baxış sayi: 501     15.05.2016
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Asanlıqla kilo vermək üçün 10 qızıl qayda Məşhur pəhrizlər insanı dişsiz qoyur
Qısa zamanda arıqladan detoks içkisi İdmançıların həyat mənbəyi
Makaron kökəltmir, əksinə arıqladır! Yeni ar.. Pəhriz saxlamadan arıqlamağın üsulu
Nişanlı qız dietası Su pəhrizi ilə 4-5 kq arıqlamaq imkanı
İçin və arıqlayın: yay içkiləri - SİYAHI Kalsium pəhrizi ilə arıqla!
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
Miss_Dior
Qısa məlumat
Miss_Dior
: qiymət: 0
Tarix: 15.05.2016 | # 1
Maraqlinmelumatdi, sag olun





 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 2
    Qonaqlar: 133
    Cəmi: 135
    Bu gün saytda olanlar

    Hal-hazırda saytda
    Danielstoni
    elyta
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 115475
    Sayğaclar



    Mp3 yukle