Süfrədə övladlara qənaət dərsi verin
21.05.2016   Bölmə: Tərbiyə

Süfrə əslində "mədəyə niyyət" işi deyil, "mədəniyyət" işidir. Ailədə sevginin, səmimiyyətin, qarşılıqlı hörmətin olub-olmadığını bilmək istəyirsənsə, fərdləri süfrə başında gör...
Süfrə mədəniyyəti hələ qədimdən bəri xalqımızın ən möhkəm və ən sağlam qanunlarından biridir. Yuxarı başda ata oturar, sonra da yaşca böyüklər sıralanar. Ataya yaxın oğlanlar, sonra da qızlar öz yerlərini tutarlar. Çömçə ananın ixtiyarındadır, çünki kimə yeməyin harasından verməyi o hamıdan yaxşı bilir. İlk yemək atanın qarşısına gələr, ancaq ata tələsməz. Hər kəsin yeməyi süfrəyə düzüləndə ata "Bismillah!" deyib əlini çörəyə uzadar və hər kəs də onun ardınca "hərəkətə keçər". Çəngəl, qaşıq, nimçə cingiltisi bir ansambl kimi səslənər. Arabir səslər də eşidilər: "Zəhmət olmasa, duzu mənə ver", "Bir stəkan su verə bilərsənmi?", "Əziyyət deyilsə, oradan mənə bir dilim çörək uzat" və s...
Ata başını aşağı salıb öz işi ilə məşğul olsa da, gözü övladlarının üstündədir. Kimin yediyini, kimin yemədiyini yaxşı görür. Arabir kimdənsə nəsə soruşur, ya da kiməsə nəsə xoş bir söz deyir. Ana yenə hər kəsdən gec başlayıb, süfrədən hər kəsdən tez çəkilir.
Təcrübə göstərir ki, hər gün süfrə başında toplaşan ailələrdə səmimiyyət, qarşılıqlı hörmət çox yüksək olur. Süfrə təkcə aclıq hissindən qurtarmaq üçün deyil, doğmaların bir-birinə olan sevgisini nümayiş etdirmək üçün də gözəl fürsətdir. Heç kim son tikəni götürməz, hamı qarşı tərəfə təklif edər, mənası da "Mən səni çox istəyirəm" deməkdir.
Zaman dəyişir, məişətimizdə çox şeylər yenilənir, ancaq elə sərvətlərimiz, elə dəyərlərimiz var ki, onları göz bəbəyi kimi qoruyub saxlamalıyıq. O sərvətlər, o dəyərlər əslində bizi biz edən qanunlardır. Süfrə qanunlarımız bu dəyərlərin başında gəlir. Süfrədə övladlara qənaət dərsi verilir, süfrədə övladlara şükür dərsi keçilir. Bir evdə böyüməyin doğmalığı onların qanına, ruhuna hopur, bir çörəyi bölüşməyin doğmalığı onların canına, qəlbinə sinir. Bəlkə də son dövrlərdə ailələrdə baş verən problemlərin ən böyük səbəblərindən biri də bu süfrə qanunlarımızın getdikcə zəifləməsi və hətta bəzi yerlərdə aradan çıxmasıdır.
Övladlarınızın həmişə bir-birini sevməsini, həmişə bir-birinə dəstək olmasını istəyirsinizsə, gündə ən azı bir dəfə onları süfrə başına yığın. Süfrə böyük mədəniyyətdir. Süfrə təkcə mədənin yox, həm də qəlbin ehtiyacıdır. Mədənizə də, qəlbinizə də nuş olsun!..
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: XALiq_5     Baxış sayi: 582     21.05.2016
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Uşaq tərbiyəsində 15 QIZIL QAYDA Yeniyetmə ilə düzgün rəftarın yolları
Uşaqlar niyə yalan danışır? Uşağı danışmağa öyrədirik
Hansı qadınların uşaqları çox ağıllı olur.. Azərbaycanlı qadın gecələr Facebook-da olursa..
Qız övladı ilə oğlan arasında fərq qoymaq c.. Valideynlərin "tənbəl" damğası
Tərbiyədə səbrin rolu Uşaqlar nə vaxt çizgi film izəməlidir?
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
aynur95
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Yarışma Qalibi Şərhlər üzrə aktivliyinə görə Super Aktiv Ayın Qalibi Şərhlər üzrə Maraqlı şərhlər yazdığına görə Yarışma Qalibi Ayın Qalibi Şərhlər üzrə Ayın Qalibi Şərhlər üzrə
aynur95
: qiymət: 0
Tarix: 22.05.2016 | # 2
BAW USTE




























 

ayka20
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi
ayka20
: qiymət: 0
Tarix: 21.05.2016 | # 1
tewekkurler






 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 0
    Qonaqlar: 144
    Cəmi: 144
    Bu gün saytda olanlar
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 117688
    Sayğaclar



    Mp3 yukle