Müxtəlif ölkələrin çayiçmə ritualları - FOTO
27.05.2016   Bölmə: Adət ənənələr
Çay haqqında uzun-uzadı danışmaq olar. Bu əfsanəvi içki əsrlər boyu insanların ən sevimli içkisi olmuş, müxtəlif mədəniyyətlərin ayrılmaz hissəsinə çevrilmişdir. Şərq müdriklərinin də dedikləri kimi, çaydan daha vacib şey ancaq çayın hazırlanma prosesi ola bilər. Azərbaycanlıların armudu stəkanda pürrəngi çayı sevməsi qədər, digər ölkələrin də bu mövzuda maraqlı seçimləri var.
Bu gün Sun.Az sizə müxtəlif ölkələrin çay adətlərindən danışmaq qərarına gəldi.

İngiltərə

Britaniyalılar dünyanın ən çox çay içən millətlərindən biridir. Bu içkinin Böyük Britaniyadakı populyarlığını ən yaxşı göstərən hadisə, baş nazir postuna namizədin məşhur frazasıdır; deyirdi ki, o da digər sadə ingilislər kimi bir çay paketindən iki dəfə istifadə edir. Bu frazası sayəsində siyasətçinin reytinqləri dərhal qalxmış və o seçkilərdən qalib kimi çıxmışdı. Daha ciddi danışsaq, ənənəvi ingilis çayiçmə ritualı stolda süd olmadan mümkün deyil. Ən məşhur çayları isə heç şübhəsiz ki, Earl Grey’dir.




Fransa

Fransada kofenin olduqca məşhur olmasına baxmayaraq, burada həm də çay sevirlər. Adətlərdən danışdıqda, ənənəvi klassik “Paris çayı”ndan kənar keçmək olmaz. Bu çay qara çay, portağal şirəsi, limon qabığı, muskat və şəkərdən ibarət olur. Konyaksız isə mümkün deyil! Bir pors çaya 4 qaşıq konyak əlavə edilir. Soyuq qış axşamları üçün ideal içki alınır.




Yunanıstan

Yunanıstanda hər şey var! Yunanlar üçün bu içki çox da aktual deyil. Lakin tamamilə yox, ellinlilərin bəzilərinin arasında dağ otlarından hazırlanmış “yunansayağı dağ çayı” olduqca məşhurdur. Yerlilər bu çayın müalicəvi xüsusiyyətləri olduğundan əmindirlər və gələn turistlərə də bunu tövsiyə edirlər.




Tayland

Tayland turistləri öz zəngin və rəngarəng mədəniyyətiylə təəccübləndirməkdən yorulmur. Buradakı çay da xüsusidir. Əgər sizin üçün içində buz olan hündür stəkan gətiriblərsə, təəccüblənməyin. Taylandda çayın təqdimatı məhz bu formada edilir. Müxtəlif ədviyyatların əlavə edildiyi tünd çaya süd və qaymaq da qatılır. Taylandsayağı soyuq çay təkcə susuzluğu aradan qaldırmır, həm də dözülməz istidən xilas edir.




Rusiya

Rusların çaya münasibəti olduqca xüsusidir. Samovar çayı ənənəsi hələ indiyə kimi qalmaqdadır. Burada qara çayı limonla içməyə daha çox üstünlük verirlər. Ümumilikdə götürdükdə, ruslarla azərbaycanlıların çay adət-ənənələri çox oxşardır. Onlar da bizdə olduğu kimi, çayı müxtəlif şirniyyatlarla içməyi çox sevirlər.




Amerika

Amerikanın çay ənənələrindən danışdıqda, insanın ağlına dərhal Boston çayiçmə ritualı gəlir. Lakin ümumilikdə Amerikanın çay ənənələrindən danışsaq, deyə bilərik ki, amerikalılar çayı buzla, soyuq formada içməyi üstün tuturlar. Soyuq çaya zövqlərinə görə müxtəlif siroplar və meyvələr də əlavə edirlər. Kofenin populyarlığına baxmayaraq, yay aylarında soyuq çaya da çox böyük tələbat olur.


loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: Spesnaz     Baxış sayi: 1065     27.05.2016
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Elçilik qaydaları Fərqli inanclar
Hindistan.. Dünya belə toy görməmişdi
YEL ÇƏRŞƏNBƏNİZ MÜBARƏK Azərbaycanda toy adətləri - ayaqaçdı, qonaqç..
Bayraminiz Mubarek Bakirəliklə bağlı maraqlı adət-ənənələr
Süfrə mədəniyyəti - Bunlara diqqət edin Azərbaycanda toy adətləri - təzəbəy, gəling..
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
_Esmeralda_
Qısa məlumat

Seçilmiş istifadəçi Şərhlər üzrə aktivliyinə görə Ayın Qalibi Şərhlər üzrə Yarışma Qalibi
_Esmeralda_
: qiymət: 0
Tarix: 26.05.2017 | # 3
Maraqlidir,tewekkr.




 

MATRIX
Qısa məlumat

Ayın Qalibi Şərhlər üzrə Ayın Qalibi Şərhlər üzrə Yarışma Qalibi Ayın Qalibi Şərhlər üzrə Şərhlər üzrə aktivliyinə görə
MATRIX
: qiymət: 0
Tarix: 24.05.2017 | # 2
Oz olkemiz yaxwidi







 

sen1denesen
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Ayın Qalibi Şərhlər üzrə
sen1denesen
: qiymət: 0
Tarix: 02.06.2016 | # 1
en gozeli vetenimizdedir



MEN KEÇMİŞİMDE QALAN İNSANLARI NE FİKİRLEŞİREM NEDE VECİME ALIRAM ÇÜNKİ AĞILLI YAXŞI İNSAN OLSAYDILAR KEÇMİŞİMDE YOX GELECEYİMDE OLARDILAR

 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 2
Qonaqlar: 101
Cəmi: 103
Bu gün saytda olanlar

Hal-hazırda saytda
Amqhkmeags
Ashozmeags
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 116198
Sayğaclar



Mp3 yukle