ÖYRƏTMƏ ÖZÜNƏ, ÖYRƏTMƏ MƏNİ
30.05.2016   Bölmə: Sevgi

ÖYRƏTMƏ ÖZÜNƏ,
ÖYRƏTMƏ MƏNİ
Taleyin qisməti rast saldı bizi.
Yolumuz hardasa qırılacaqsa,
İtirəcəyiksə bir-birimizi,
Xatirəm yadında qalmayacaqsa,

Bu əllər mənimki olmayacaqsa,
Bu tellər mənimki olmayacaqsa,
Sən allah, özünə öyrətmə məni,
Hicran qoxusuyla göynətmə məni.

Əlimi saçına öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə;
Üzümü üzünə öyrətmə belə.

Mən bir az baharlı budaq kimiyəm,
Bir az da sadəlövh uşaq kimiyəm.
Bala anasına qovuşan kimi,
Leylək yuvasına qovuşan kimi,
Arı gül-çiçəyə uyuşan kimi,
Eh, mən də adama tez yovuşanam,
Sevgi atəşində tez alışanam,
Amma ki, sönməyim çox çətin olur –
Sevgidən dönməyim çox çətin olur,
Öyrətmə özünə, öyrətmə məni.

Bəlkə gözləmirdik bu xoş görüşü,
Yaman qəribədir dünyanın işi;
Heç vaxt yollarında dayanmadığın,
Heç həndəvərində dolanmadığın
Gəlib birdən sənə nə şirin olur!

Ömrünün içində ömür doğulur.
Bu şirinim acı olacaq isə,
Bir qismət çiçəyim solacaq isə,
Öyrətmə özünə, öyrətmə məni.
Könlümdə yerin var, qopmaz yerindən,
Bir əkiz ləçəyi, haça budağı
Ayırmaq olmursa biri-birindən,
Məni də ayırmaq çətindir axı.
Öyrətmə özünə, öyrətmə məni;
Yox buna taqətim, yox buna tabım
Əlimi əlindən üzmək əzabım,
Sonra bu əzaba dözmək əzabım…
Yoxsa da, könlümün sınıqları var,
Hicranın köz basmış yanıqları var –
Mənim dərdlərimin ayaqları var –
Harda olsa gəlib tapacaq məni,
Yaxıb yandıracaq bu ocaq məni.
Gəl məni özünə öyrətmə belə,
Əlimi əlinə öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə…
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: Aniya_Q     Baxış sayi: 431     30.05.2016
Təşəkkür edənlər (1) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Qorxduğum sevgi başıma gəldi Gecə olunca daha çox yada düşür sanki 'unutdu..
Səni sevməyə icazə vermədin Ayrılanda bunları yaşayırıq
Hər bir insan özünü YALNIZ hiss edə bilər,ə.. Gözəl idi
Təklik Mən səni üşüdən, soyuq qaramsa.
Sevgi şəfadır.. SENIN UCUN OLUME GEDEREM
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
Aniya_Q
Qısa məlumat
Aniya_Q
: qiymət: 0
Tarix: 11.06.2016 | # 5
Ən sevdiyim şeir
SənAllah özunə öyrətmə məni
Hicran qoxusuyla göynətmə məni!!



canik
Qısa məlumat

Aktiv olduğuna görə
canik
: qiymət: 0
Tarix: 31.05.2016 | # 4
twk



NuNuKa
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Maraqlı şərhlər yazdığına görə
NuNuKa
: qiymət: 0
Tarix: 30.05.2016 | # 3
Ela





 

LARISA
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Maraqlı xəbərlər müəllifi Yarışma Qalibi Xəbərlərdə aktivliyinə görə
LARISA
: qiymət: 0
Tarix: 30.05.2016 | # 2
Əlimi əlindən üzmək əzabım, Sonra bu əzaba dözmək əzabım… Yoxsa da, könlümün sınıqları var, Hicranın köz basmış yanıqları var – Mənim dərdlərimin ayaqları var – Harda olsa gəlib tapacaq məni, Yaxıb yandıracaq bu ocaq məni. Gəl məni özünə öyrətmə belə, Əlimi əlinə öyrətmə belə, Gözümü gözünə öyrətmə belə…







 

rekiw
Qısa məlumat

Aktiv olduğuna görə Ayın Qalibi Şərhlər üzrə Ayın Qalibi Şərhlər üzrə Seçilmiş istifadəçi
rekiw
: qiymət: 0
Tarix: 30.05.2016 | # 1
super seirdi ellerine saliq









 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 0
    Qonaqlar: 93
    Cəmi: 93
    Bu gün saytda olanlar
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 117623
    Sayğaclar



    Mp3 yukle