♥Anam♥
31.05.2016   Bölmə: Şerlər




Doğulub dünyaya gəldim elə ki,
Çıxdı rahatlığın əlindən ana.
Gecələr yatmayıb laylamı dedin,
Of sözü duymadım dilindən ana.


Doqquz ay bətnində bəslədin məni,
Mən sənə nə etdim bilmirəm ana.
İndi göz yaşlarım süzür yanağa,
Yanaqda quruyur silmirəm ana


Uşaqkən qədrini bilmirdim sənin,
Öpməzdim ağarmış telindən ana.
İndi can üstəsən nə mənası var,
Yüz kərə öpsəm də əlindən ana.


Qəlbinə toxundum yenə can dedin,
Bir ömür xətrimə dəymədin ana.
Halal zəhmətinlə böyütdün məni,
Heç kimə sən boyun əymədin ana


Yaxşı əməlinlə abidə qurdun,
Hər kəsin qəlbində ucaldın ana.
O qədər dərdimi, cəfamı çəkdin,
Gözümün önündə qocaldın ana.


Ömrünü caladın mənim ömrümə,
Özünü mən qədər sevmədin ana.
Özün öz canından pay verdin mənə,
Ruhumda sən varsan ölmədin ana


Adın müqəddəsdir adına qurban
Bəzəmək nə lazım naxışla ana.
Əvəzin yox imiş gec anlamışam,
Haqqını halal et bağışla ana.

loading...
 (Səs sayı: 0)
Müəllif: LARISA     Baxış sayi: 498     31.05.2016
Təşəkkür edənlər (1) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Bir zaman Bəs niyə unuda bilmirəm səni?
Yenə $eirimin Mövzusu Sənsən Bura qədərmiş
Ay işığı. Ana
Gül dərdlidir Millet nece tarac olur,olsun ne iwim var...!!!
Əl açdı göylərə peyğəmbərimiz! Əlvida!
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
NuNuKa
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Maraqlı şərhlər yazdığına görə
NuNuKa
: qiymət: 0
Tarix: 31.05.2016 | # 4
Allah butun analari atalari qorusun





 

Brent_M
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi
Brent_M
: qiymət: 0
Tarix: 31.05.2016 | # 3
Adın müqəddəsdir adına qurban
Bəzəmək nə lazım naxışla ana.
Əvəzin yox imiş gec anlamışam,
Haqqını halal et bağışla ana.Allah butun analari qorusun AMIN





 

elmirochka
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Xəbərlərdə aktivliyinə görə Maraqlı xəbərlər müəllifi
elmirochka
: qiymət: 0
Tarix: 31.05.2016 | # 2




...


 

akilli
Qısa məlumat
akilli
: qiymət: 0
Tarix: 31.05.2016 | # 1
Uca YARADAN butun ANALAR'a omur versin ..onlarin haqqini hec bir vaxt odeye bilmeriy...Gozel xebere gore cox saolun ela weer idi...




 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 0
    Qonaqlar: 76
    Cəmi: 76
    Bu gün saytda olanlar
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 115428
    Sayğaclar



    Mp3 yukle