Ləkəsiz və farfor kimi əllər üçün mütləq sınayın
Gözəl əllər hər bir qadını arzusudur. Gün ərzində ən çox təsirə məruz qaldığından, əllər daha çox qulluq tələb etməkdədir. Gün ərzində mütəmadi olaraq istifadə edilə kremlərlə yanaşı, eyni zamada həftədə 2 dəfə əllərə qidaladırıcı maskalar tətbiq etmək lazımdır.
SUN.AZ.sizlərə əlləriniz üçün olduqca faydalı, ən əsası sadə və yüksək effektli bir maska resepti təqdim edir.
Tərkibi:
1 x/qaşığı təbii bal
1 x/qaşığı yağsız qatıq
1 ç/qaşığı limon suyu
Hazırlaması və tətbiqi:
Sadalanan ərzaqları bir maddə halına gələnə kimi qarışdırın. Hazırladığınız maskanı əllərinizə çəkin və 15 dəqiqə gözlədin. 15 dəqiqədən sonra ilıq su ilə durulayaraq nəmlədirici krem çəkin. Bu maska əllərinizə farfor kimi görünüş qazandıracaq. Əldəki ləkələri qısa zamada azaldaraq yox edəcəkdir. Bu maskanı həftədə iki dəfə tətbiq edin.
|
Müəllif: XALiq_5 Baxış sayi: 565 13.06.2016