Bulvara giriş bağlandı
15.06.2016   Bölmə: Xəbərlər


Bulvara giriş bağlandı. Formula 1 Şəhərciyinin olduğu Milli Dənizkənarı Park ərazisi iyunun 15-i gecə saat 00:00-dan etibarən bağlanıb.
Burada əhalinin girişinə qoyulmuş məhdudiyyət iyunun 20-i günorta saat 12:00-da aradan qaldırılacaq. Yarışa bileti olan azarkeşlər Dənizkənarı Park ərazisinə iyunun 16-ı günorta saat 12:00-dan etibarən daxil ola biləcəklər.
İyunun 16-ı, günorta saat 12:00-dən etibarən yalnız bilet sahiblərinin dənizkənarı bulvara çıxışı olacaq. Şəhər sakinləri bu günlər ərzində sadəcə Park Bulvar alış-veriş mərkəzindən istifadə edə biləcəklər.
Bu il Bakıda ilk dəfə keçiriləcək Formula 1 Avropa Qran Prisi ərəfəsində Bakı Şəhər Halqasının keçdiyi küçələrdə və trekin əhatə etdiyi ərazilərdə nəqliyyatın hərəkəti dayandırılacaq.
Tamaşaçılar üçün obyektlərin ətrafında təhlükəsiz hərəkət edə biləcəkləri bir sahə yaratmaq, yarış obyektinin ətrafında yaşayan sakinləri qorumaq, bu ərazidə fəaliyyətin və Bakıdakı yollarda hərəkətin davam etməsini təmin etmək məqsədilə Nəqliyyatın İdarə Olunması Planı hazırlanıb.
Plana əsasən Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər iyunun 14-ü gecə saat 01:00-dan etibarən nəqliyyatın hərəkəti üçün bağlıdır. Bu yerlərdə nəqliyyatın hərəkətinə qoyulmuş məhdudiyyət iyunun 21-i səhər saat 06:00-da aradan qaldırılacaq.
Nəqliyyatın hərəkətinin qadağan olunduğu ərazilər 3 zonaya ayrılır. Birinci zonaya trekin əhatə etdiyi İçərişəhər (1), ikinci zonaya trekin əhatə etdiyi Azadlıq meydanı və ona yaxınlığında yerləşən digər ərazilər (2) aiddir. Üçüncü zona BMT-nin 50 illiyi küçəsini (3) əhatə edir. Bu ərazilərdə yaşayan sakinlərə və işgüzar fəaliyyətlə məşğul olanlara həmin zonalara müvafiq rəqəmlərlə ifadə olunan və yaşayış yerinə giriş icazəsini göstərən nişanlar əlaqədar qurumlar tərəfindən mayın 30-dan başlayaraq iyunun 13-dək təqdim olunurdu.
Əlavədə verilmiş xəritədə qırmızı rənglə göstərilən küçələrdə 14-21 iyun tarixlərində nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq, mavi rənglə göstərilən küçələrdə isə nəqliyyatın hərəkətinə icazə veriləcək, ancaq bu yerlərdə parklanma qadağan olunacaq. Çəhrayı rəngdə olan küçələrdə ancaq yarışla əlaqədar akrreditasiyaya sahib nəqliyyat vasitələrinin hərəkətinə icazə veriləcək.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: Anonim2015     Baxış sayi: 319     15.06.2016
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Toqquşan avtomobillərdən biri aşdı: yaralıla.. İsrail əsgərləri 17 yaşlı fələstinlini öl..
Dərslərin 15 sentyabr`dan başlaması Misir Mər.. Azərbaycanda yağış yağacaq
İŞİD-çi ata baxın övladına nə öyrədir Şaxtalı hava şəraiti ilə əlaqədar xəbərda..
Putin Mehriban Əliyevanı təbrik edib İordaniya pilotunun intiqamını aldı
“Pensiyaların sığorta hissəsinin indeksləş.. Rus qoşunları Xankəndiyə girir SON DƏQİQƏ
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
sen1denesen
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Ayın Qalibi Şərhlər üzrə
sen1denesen
: qiymət: 0
Tarix: 16.06.2016 | # 3
he bunu bilirdim



MEN KEÇMİŞİMDE QALAN İNSANLARI NE FİKİRLEŞİREM NEDE VECİME ALIRAM ÇÜNKİ AĞILLI YAXŞI İNSAN OLSAYDILAR KEÇMİŞİMDE YOX GELECEYİMDE OLARDILAR

 

MeRyEm_26
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Şərhlər üzrə aktivliyinə görə Yarışma Qalibi
MeRyEm_26
: qiymət: 0
Tarix: 15.06.2016 | # 2
Hm



cankos
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi
cankos
: qiymət: 0
Tarix: 15.06.2016 | # 1
bilirikde



Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 0
Qonaqlar: 96
Cəmi: 96
Bu gün saytda olanlar
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 116198
Sayğaclar



Mp3 yukle