5 aylıq hamilə olan Gunay Musayevanın əri türk müğənnisi ilə mehriban pozalar verdi
26.01.2012   Bölmə: Tanınmışlar

Azərbaycan şou-biznesinin tanınmış ulduzlarına hit mahnılar yazan bəstəkar Pərviz Mahmudovun bəstələrindən birini türk sənətçilərindən biri ifa edib. Milli.Az-a bu yeniliyi haqqında danışan bəstəkar bildirdi ki, “Sevadanın yolları” adlı kompozisiya artıq Ayla İşılın repertuarına daxil edilib.

“Mahnımın sözləri Leyli və türkiyəli şairə Ayşe Birgül Yılmaza məxsusdur. Onu da deyim ki, İstanbul şou-biznesi ilə bağlı layihələrimlə Ayşe xanım məşğul olur. Tanınmış türk şairəsi ilə məni dostumuz bəstəkar və aranjemançı Hakan Erol tanış edib. Son danışığımızda şairə xanım bildirdi ki, türk müğənnilərindən olan Ayla bu mahnını bəyənir və istəyir ki, ifa etməsinə razılıq verdim. Ayla İşıl bu mahnını öz tərzində ifa edib və fikrimcə, yaxşı alınıb. Ayşə xanım artıq musiqisi mənə məxsus olan bir neçə mahnının sözlərini yazıb və ona yaradıclığımda kömək etdiyinə görə təşəkkürümü bildirirəm. Gələcəkdə də bu xanımla işbirliyimiz davam etdirəcəyik” - bəstəkar belə dedi.

“Sevadanın yolları” Ayla İşılın bu yaxınlarda işıq üzü görəcək yeni albomunda yer alıb. Kompozisiya artıq radio dalğalarında səslənməyə başlayıb. Milli.Az-a açıqlamasında Pərviz Mahmudov haqqında fikirlərini bölüşən Ayşe Birgül Yılmaz, azərbaycanlı bəstəkarın Türkiyə musiqi aləmində də populyar olacağına və seviləcəyinə əmin olduğunu dedi: “ “Sevdanın yolları” mahnısı Türkiyədəki bir neçə sənətçi tərəfindən çox bəyənildi, ancaq prodüserliyini etdiyim üçün öz layihəmdə yer vermək istədim. Aylı İşıl bu mahnını iki cür oxudu və klub versiyasının daha səs gətirəcəyini düşünürük. Onu da əlavə edim ki, Azerbaycan türkcəsiylə Leyli İsrafilovanın yazdığı sözlər də gözəldir və mən o formada oxunmasını istəmişdim, lakin olmadı, Leyli xanımın öz razılığı ilə sözlərin bir çoxunu dəyişdik və ortaq fikirlər yarandı” - türkiyəli şairə bu fikirdədir.

A.Birgül Yılmaz gələcəkdə də Pərvizlə yaradıcı birliklərini davam etdirəcəyini açıqladı. Türkiyəli söz yazarı gənc bəstəkarla ruhən yaxın olduqlarını da etiraf etdi.
Ayla İşılın ifasında musiqisi Pərviz Mahmudov, sözlər Leyli və Ayşe Birgül Yılmaza məxsus olan “Sevadanın yolları” mahnısını sizə təqdim edirik.

Təqdim etdiyimiz fotosessiya da bir nüans yəqin sizin də diqqətinizdən yayınmadı. Bəzi fotolarda Ayla, tanınmış azərbaycanlı model Günay Musayevanın həyat yoldaşı, türkiyəli aktyor Tolga Karellə birlikdə mehriban pozalar verib. Görəsən, bu fotolardan 5 aylıq hamilə olan Günayın xəbəri var? Bu başqa söhbətin mövzusudur...
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: azeri_gozeli     Baxış sayi: 2718     26.01.2012
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Fərid Həsənov: “Neymarın bəxti gətirdi, de.. Leyla Əliyevadan növbəti şeir
Kıvanç Tatlıtuğ Azərbaycanda çobanlıq edəc.. Prezidentin qızından bacısına hədiyyə -
Rihannanı min manatlıq gəlin maşını gətirdi Əri həbsdə olan Ebruya Demet dəstək oldu
Beren Saat Türkiyədəki mitinqə niyə qatılmad.. "Çakır" yeni serialında hər seriyaya 85 min al..
Rihanna villasını 50 min dollara satır - fotola.. Məşhur müğənni: Sevgilim yoxdur, eşqbazlıq ..
Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 2
Qonaqlar: 121
Cəmi: 123
Bu gün saytda olanlar

Hal-hazırda saytda
cheawsRemeheark
Rhydaymab
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 116414
Sayğaclar



Mp3 yukle