Zədələnmiş saçlara evdə peşəkar qulluq
29.06.2016   Bölmə: Gözəllik



Saçların boyanması, fendən istifadə, sprey, mus kimi saç şəkilləndiriciləri sayəsində saçlarımız zədələnir, zəifləyir və sağlamlıqlarını itirir. Təkcə bu məhsullar deyil, həm də, günəş şüaları, ekoloji çirklənmə, düzgün qidalanmamaq da bu zədələnmələrə gətirib çıxardır. Zədələnmiş və zəif saçlarınızı bərpa etmək istəyirsənizsə 2 üsulu nəzərdən keçirtməlisiniz: birinci təbii yağlar və ikinci isə gözəllik salonlarından peşəkar kömək almaq. Amma bəzən çoxlarımızın gözəllik salonlarından kömək almağa vaxtımız və imkanımız olmur. Biz sizə bu işdə kömək etməyi düşünürük. Bunun üçün sizə evdə zədələnmiş və zəif saçlarınıza peşəkar qulluq təqdim edirik.

Təbii yağlar və mətbəxdəki möcüzəniz
Təbii yağlar və mətbəxdəki məhsullarla ən az gözəllik salonlarından alınan təsiri evdə qulluq edərək də ala bilərsiniz. Nəticədə həm pulunuz cibinizdə qalar, həm də, saçlarınıza tətbiq etdiyiniz məhsulun tərkibinə də, nəzarət edə bilərsiniz. Amma bilin ki, evdə etdiyiniz qulluq salonlarda edilən qulluğa nisbətən gec təsir göstərə bilir və zamanınızı alır.

Saçlarınız qırılmasın, güclü olsun deyə, yumurta maskası istifadə edə bilərsiniz. Bunun üçün 1 ədəd yumurtanı yaxşıca çalın və 1 ç.q. bal əlavə edin, yenidən yaxşıca qarışdırın. Sonra saçlarınıza kökdən uca çəkin. 15-20 dəqiqə saxlayıb ilıq su və şampunla yuyun.
Saçları və qurumuş baş dərinizi nəmləndirmək üçün zeytun yağı, hind qozu yağı əlavə edib qarışdırın. Sonra saçlarınıza və dərinizə 10-15 dəqiqə masaj edərək çəkin, 30 dəqiqə saxlayıb ilıq su ilə yuyun. Nəticədə saçlarınız yumşalacaq. Bu təbii qulluğu həftədə 1-2 dəfə edə bilərsiniz. Təsirini 3-4 həftə sonra görə bilərsiniz.
Quru, zəif və zədələnmiş saçlar üçün digər bir maska isə avokado maskasıdır. Maskanı hazırlamaq üçün 1 stəkan zeytun yağı, 1 ədəd əzilmiş avokado və 1 ç.q. balı götürüb yaxşıca qarışdırın. Sonra saçlarınıza çəkib 30 dəqiqə saxlayın. Avokado olmasa banan da istifadə edə bilərsiniz. Saçlarınızın ucu tez-tez qırılarsa axşam evə gəldikdən sonra saçlarınızın ucuna zeytun yağı çəkin.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: elmirochka     Baxış sayi: 290     29.06.2016
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
20 dəqiqədə selülitdən xilas olmaq mümkünd.. İrina Şeykin gözəllik sirri
Zeytun yağlı sabunların faydaları nədir, bili.. Qırışları yox edən jelatin maskası
Gözəl olmaq üçün əziyyətə düşməyin Makiyajsız gözəl görünməyin - Qaydaları
Yaşından cavan görünmək üçün nə etməli? Möhkəmləşdirən dəri toniki
Sürmə və göz qələmini müqayisə etdik Dəri gözəlliyiniz üçün 3 faydalı yağ
Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 3
Qonaqlar: 128
Cəmi: 131
Bu gün saytda olanlar

Hal-hazırda saytda
AYXAN_
Natiiiiq1
Umutsuz
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 116430
Sayğaclar



Mp3 yukle