Uşaqların internet asılılığını necə azaltmaq olar?
02.07.2016   Bölmə: Tərbiyə

Heç kim bu gün texnoloji vasitələrin həyatımızdakı əvəzedilməz rolunu inkar etmir. Demək olar ki, əksəriyyətimiz günümüzün böyük hissəsini mobil telefon, planşet və internet resursları ilə xərcləyirik. Lakin təəssüflər olsun ki, son zamanlar bu artıq uşaqlarda da dəb halını alıb. kiçik yaşlı uşaqların əksəriyyəti bütün gün əlində telefon, planşet səssiz-səmirsiz ya oyun ounayır, ya da internetə daxil olur. İctimai nəqliyyatda, kafelərdə, hətta parklarda belə hər birimiz bunun dəfələlə şahidi oluruq və buna əhməiyyət vermirik. Bəzən valideynlər uşağın sakitliyini təmin etmək, yaxud yeməyini yedirmək üçün uşağın əlinə mobil telefon verir. Bəs görəsən bu nə dərəcədə düzgündür? Uşaqlarda bu asılılığı necə aradan qaldırmaq olar?

Psixoloq Vəfa Rəşidova deyir ki, uşaqlarda internet və mobil vasitələrə yaranan bağlılıq birmənalı olaraq ailədən qaynaqlanır: "Bəzən uşaq ailədə sevgi doyumsuzluğu, diqqət əskikliyi hiss edir. Valideyn öz uşağı ilə maraqlanmır və nəticədə bu onlarda belə bir asılılıq yaradır. Əgər internet asılılığı varsa, bu problemin kökü mütləq şəkildə valideyndən qaynaqlanır. Uşağı yetişdirən, onu formalaşdıran ailədir. Bu asıllıq insanın istənilən yaş dövründə ünsiyyət problemi, özünəqapanıqlıq, depressiya, stress kimi problemlər yarada bilir. Uşaqlar internetdə vaxt keçirməklə diqətsizliyi, ailədəki gərginliyi unutmağa çalışır və bununla o öz başını qatdığını zənn edir. Lakin o, ikiqat narahatlıq qazanmış olduğunu dərk etmir. İnternet, kompyuter, planşetlər uşaqlarda aqressiya formalaşdırır. Problemin qarşısını almaq üçün valideyn öz övladına dəstək olmalıdır. Təəssüflər olsun ki, bu hər ailədə belə deyil. Valideyn qayğısı görən uşaq demək olar ki, texnoloji alətlərə, internetə meyl etmir. Bu qayğını görməyən uşaqlar öz problemlərini texnologiya vasitəsi ilə unutmağa, gizlətməyə çalışırlar. Mobil telefon, internet asılılığı əslində özünəqapanıqlığın bir formasıdır".

Müsahibimiz deyir ki, bəzən valideynlər özləri uşaqlarına mobil telefon verib onlardan bununla başının qatmasını istəyirlər. Amma bu tamamilə yanlış bir davranışdır: "Məhz buna görə də son zamanlarda uşaqlarda əqli və emosional ləngimə geniş yayılıb. Biz seanslarımızda da tez-tez bunun şahidi oluruq. Bu problemlərlə günümüzdə bağlı həddindən artıq müraciətlər olunur. Valideyn elə bilir ki, bu gün uşağın başını mobil telefonla qatmaqla zaman qazanır. Amma əslində o ikiqat zərərə uğrayır. Belə uşaqlarda adətən analiz qabiliyyəti çox zəif olur. Bunun korreksiyası üçün ilk növbədə psixoloqun peşəkarlıq səviyyəsi yüksək olmalıdır. O həm valideyni, həm də uşağı düzgün istiqamətləndirməyi bacarmalıdır. Bəzən bu məsuliyyət təkcə ananın üzərinə atılır. Lakin belə bir məqamda atanın müdaxiləsi daha çox vacibdir. Mən öz passientlərimlə iş zamanı həm atanın, həm ananın uşaqla daha çox vaxt keçirmələrini bildirirəm. Uşaqla daha çox maraqlanmaq lazımdır. Uşaqları başdan etmək, yola vermək qətiyyən olmaz. Belə olduqda uşaqlar diqqət çəkmək üçün aqressiv davrana bilir, hətta yalan belə danışmaqdan çəkinmir. Bu problemlər həll olunmadıqda yeniyetməlik dövründə bunun qarşısını ümumiyyətlə almaq olmur. Uşaqlarla daha çox ünsiyyətdə olmaq, birgə vaxt keçirmək lazımdır. Mən burada təkcə bahalı restoranlarda yemək yeməyi, oyun zallarında olmağı nəzərdə tutmuram. Bu adi ev şəraitində də həyata keçirilə bilər. Kiçik bir nağıl danışmaq, birgə film izləmək, bir neçə saat həyətdə oynamaq uşaqların psixologiyasının korreksiyasında çox böyük rol oynayır. Uşaqları bahalı restoranlarına aparmaq madiyyatla sevgi göstərməkdir. Valideyn öz sevgisini övladına mənəvi cəhətdən aşılamalıdır. Belə olduqda uşaq həm sevgi doyumsuzluğundan əziyyət çəkməz, həm də daxilən rahat olar. Belə olanda internet, mobil telefon uşağın maraq dairəsində olmur".

Psixoloq deyir ki, uşaqların mobil telefon və internet asılılığını azaltmaq üçün istifadə etdiyi məxsusi bir proqram var: "Bu proqramın köməkliyi ilə uşaq həm valideynlə vaxt keçirə bilir, həm dərslərini oxuyur, həm də internetdən lazımi qədər istifadə edir. Çünki biz interneti və mobil telefonlara tamamilə qadağa qoya bilmərik. Bunun üçün balansın qorunmağı çox vacibdir. İnternet asılılığı olan uşaqlarda birdən-birə qadağan etmək daha ciddi fəsadlara yol aça bilər. Uşaq uzun müddət gözləyir ki, sərbəst olsun. Bu qadağa qoyulduqda isə uşaq məcbur olub internet klublara üz tutur. Bəzən bu uşaqda əsəb krisi keçirməsinə səbəb ola bilər. Valideynlər evdə modemi söndürürlər ki, uşaq internetə daxil ola bilməsin. Əgər uşaq buna ehtiyac duyursa, bunu harda olsa əldə edəcək.
Lakin onun getdiyi internet klublar uşaq üçün nə dərəcədə faydalı ola bilər ki? Oradan uşağın nə öyrənəcəyi, kimlərlə dostluq edəcəyi sual altında qalır. Valideynlər bəzən məsələnin bu tərəfinə diqqət yetirmirlər. Əslində, bu, ən vacib məqamlardan biridir. Uşaq evdə o rahatlığı hiss etməlidir ki, başqa tərəfə yönlənməsin. Çünki o tamamilə yanlış istiqamətlərə vara bilər. Buna isə heç kim zəmanət vermir".

Pediator Günay Rəsulova deyir ki, uşaqların mobil telefon, planşet, kompyuter qarşısında keçirdikləri vaxt onların sağlamlıqları üçün həddindən artıq təhlükəlidir: "Bu artıq bir çox uşaqda alışqanlıq halına gətirib çıxarıb. Nəq ədər təəssüfləndirici olsa da, əsas səbəbkar valideynlərin özləridir. Uşağı sakit saxlamaq, yemək yedizdirmək məqsədi ilə valideynlər bəzən uşaqları planşetdən istifadəyə təşviq edirlər. Bu isə bir müddət sonra uşaqda asılılıq formalaşdırır. Valideyn sonradan bu asılılığın qarşısını almağa çalışdıqda isə müxtəlif çətinliklər yaşanır. Uşağın uzun müddət texnoloji vasitələrdən istifadəsi onların daha çox görmə qabiliyyətinə mənfi təsir göstərir. Bundan sonra uşaqlar gözlərini tez-tez qırpır və gözündə müxtəlif ağrılar hiss etməyə başlayır".

G.Rəsulovanın sözlərinə görə, uzun müddət televizor, kompyuter qarşısında əyləşən uşaqlarda xroniki yorğunluq deyilən bir hal müşahidə olunur. Belə uşaqlar özlərini aşırı yorğun, ətraf mühitə qarşı maraqları itir: "Uzun müddət şüalanan uşaqların enerjiləri tamamilə tükənir. Bundan başqa adətən həmin uşaqlarda iştahasızlıq müşahidə olunur. Buna səbəb onların uzun müddət hərəkətsiz qalması ilə bağlıdır. İştahasızlıq isə öz növbəsində kalorinin az sərf olunmasına, qidaya tələbatın aşağı düşməsinə səbəb olur. Televizor, planşet qarşısında yemək yeyən uşaqlarda həzm sistemi xəstəlikləri riski daha yüksək olur. Yemə aktında həzmin normal getməsi üçün ilk növbədə beyin tərəfindən simulyasiya olunmalıdır ki, mədə xüsusi şirə ifraz etsin. Həmin uşaqların fikri yeməkdə olmadığına görə yeməyin həzmi də çətinləşir. Adətən belə uşaqlar yaddaşsız və diqqətsiz olur. Uzun müddət mobil vasitələrdən asılı qalan uşaqlarda ciddi psixoloji pozğunluqlar yaranır. Psixoloji asılılıq, autizm, özünə qapanma, depressiya kimi risklər də yüksəlir. Valideynlər dərk etməlidir ki, mobil vasitələr tərbiyə üsulu deyil. Uşağı telefonla bir qədər sakit saxlamaq, yaxud yenməyini yedizdirmək uşağı uçuruma doğru sürükləyir. Lap kiçik yaşlarından uşaqlarla fərdi münaibət yaradılmalıdır. Validyen uşağa planşetdən daha yaxın olmalıdır".
loading...
 (Səs sayı: 0)
Müəllif: XALiq_5     Baxış sayi: 418     02.07.2016
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Analarimizin Qədrin Bilək Ana mən hardan gəldim sualına necə cavab verm..
Valideynlərə 35 məsləhət Oğul anası üçün 9 qayda!
Qorxan uşaqla necə davranmalı? Uşağın tərbiyəsində ata ilə anadan hansın..
Uşağım məktəbə hazırdırmı? Hansı qadınların uşaqları çox ağıllı olur..
Körpənizi çox öpməyin Uşağın tərbiyəsinde bilmediyimiz 3 yalnış
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
MeRyEm_26
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Şərhlər üzrə aktivliyinə görə Yarışma Qalibi
MeRyEm_26
: qiymət: 0
Tarix: 02.07.2016 | # 1
Melumata göre sağol



Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 4
Qonaqlar: 196
Cəmi: 200
Bu gün saytda olanlar

Hal-hazırda saytda
1DamLa
Darixanurekk
Mirzali_vip
onsuz
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 113859
Sayğaclar



Mp3 yukle