Ən yaxşı nəticəni göstərən tələbənin həyatı hər kəsi heyrətləndirdi
09.07.2016   Bölmə: Maraqlı



Bəzən bizə bacara bilməcəyimizi deyirlər və təəssüf ki, bir çoxumuz buna inanırıq.

"İnsanlar öz arzularının real olduğuna inanmırlar, çünki bu arzular materiyadan, hissəciklərdən ibarət deyil. Lakin, arzular həqiqətən də realdır. Onlar bizim həyata baxışımız, şəkillər, xatirələr, itirilmiş və qazanılmış ümidlərimizdən ibarətdir," - Neil Gainman.

Arzularını reallaşdırmaq hər kəs üçün mümkün deyil. Çünki, bu arzuların reallaşacağına olan inam və qətiyyət hissi hər adamda olmur. Lakin inamı olan insanlar hər cür maneə ilə üzləşməyə hazır olurlar. Hətta, bizim yaşadığımız və çətin hesab etdiyimiz mühitdə də.

Griffin Azərbaycanda yaşamasa da, bir çoxlarımızdan daha pis vəziyyət və şəraitdə həyatını keçirib. O, evsiz olmasına, anasının ölümünə baxmayaraq, sinifdə ən yüksək nəticəni göstərərək, 4.65 GPA ilə məzun olmağa nail olub. Bəs Griffinin sirri nədir? Əlbəttə, burada kainatın gücünü, bütün dünyanın sənin arzularını reallaşdırmaq üçün səfərbər olduğunu da deyə bilərdik, lakin dünyanın işi-gücü çoxdur. Burada məsələ, insanın daxili gücü və inamındadır. Kainatın gücü deyilən şey də elə insanın şəxsi potensial və arzularına olan qətiyyətli inamıdır.

Griffin məğlub olmaqdan imtina etdi.

Bütün bu nəticələri əldə edən Griffin deyir:

Heç vaxt sizə kiminsə hər hansı bir şeyi bacarmayacağınızı deməsinə icazə verməyin. İnsanlar mənə də ağıllı olmadığımı deyirdilər və budur mən sinfin ən yüksək nəticəsini göstərmişəm.

Qeyd edək ki, Griffinin anası onun hələ 6 yaşı olanda leykomiya xəstəliyindən vəfat edib və o, 7 yaşından etibarən sığınacaqlarda yaşamağa başlayıb. Günlərlə ac qaldığı vaxtların da olduğu deyir. Bütün bu çətinliklərə baxmayaraq, o uğur qazanmaq və ailəsi üçün daha yaxşı həyat əldə etmək istəyindən əl çəkməyib. Dərslərində uğurlu nəticələr göstərərək, müxtəlif təqaüdlər qazanıb, pulsuz təhsil almaq imkanı əldə edib.

Hal-hazırda qardaşı ilə birlikdə Floridada yaşayan Griffin mühəndis olmaq yolunda inamla addımlayır. Onun bu uğurunu eşidən insanlar isə, hekayəsindən təsirlənməyə bilmirlər.


loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: elmirochka     Baxış sayi: 262     09.07.2016
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
MeNtIqLi SuAl (2) -_- Kişilərin ən xoşbəxt olduğu yaş
Pis adamı uzaqdan tanımaq olur Hər keçən saniyə ömrümüzdən gedir
Kim ne deyer bizde olan qeyrete? Şəkidə ana və qızını ölümlə hədələdil..
Sevgiyə aid statuslar "İnsan" olduğunuzu xatırlayın, Geridə qalan h..
Adinizdaki heriflerin sayina gore xsaiyyetiniz...... SOLĞÜN ÜMIDLƏR
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
Xeyale_
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Maraqlı şərhlər yazdığına görə Şərhlər üzrə aktivliyinə görə Super Aktiv Sevilen istifadəçi
Xeyale_
: qiymət: 0
Tarix: 09.07.2016 | # 1
Beli ozune inanmalidi her kes



Hər kəs insanlığı dəyişdirməyi düşünər. Amma kimsə əvvəl özünü dəyişdirməyi düşünməz.( V.Hugo )

 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 5
Qonaqlar: 139
Cəmi: 144
Bu gün saytda olanlar

Hal-hazırda saytda
accesequeertona
Dionentenda
Rhydaymab
Sessiz_7
Tenhainsan07
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 116408
Sayğaclar



Mp3 yukle