"Cəmiyyətimiz bahalı ehsan süfrələri, qəbir pulu, molla pulu altında əzilir"
11.07.2016   Bölmə: Xəbərlər


Dövlət Komitəsi hüquq-mühafizə orqanı deyil, onun cəzalandırma, məcburetmə kimi səlahiyyətləri yoxdur və bu məsələ ilə bağlı irəli sürdüyü fikirlər yalnız tövsiyə xarakteri daşıyır.
Milli.Az APA-ya istinadən bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova ölkədə yas mərasimlərinin keçirilməsi ilə bağlı deyib.

O qeyd edib ki, komitənin bu barədə tövsiyələri ölkənin bəzi rayon və bölgələrində az müddətdə müsbət nəticələrini versə də, vətəndaşlar hələ də vahid mövqe nümayiş etdirməyiblər: "Cəmiyyətimiz köhnəlmiş "camaat nə deyər?" düşüncəsinin təsirindən çıxa bilməyərək bahalı ehsan süfrələri, qəbir pulu, molla pulu - baxmayaraq ki, QMİ qeydiyyatdan keçmiş din xadiminin hər hansı məbləğ qarşılığında yaslarda iştirakını qadağan edib - altında "əzilir". İnsanlarımız dünyasını dəyişmiş yaxınlarının dəfnini, cümə axşamlarını, 3, 7, 40 və il mərasimlərini, qəbir daşlarının hazırlanmasını həyata keçirmək üçün az qala bir evin pulunu xərcləyirlər. Özü də əksər vaxtı bu xərclər kredit və ya borcla ödənilir. Fikrimizcə, vətəndaşlarımızın bu mənfi stereotipdən uzaqlaşması yalnız maariflənmə sayəsində mümkündür. Onlar bilməlidirlər ki, yas adı altında keçirilən "qonaqlıq" və "banketlər"in İslam dininə heç bir aidiyyəti yoxdur, 3, 7, 40 və bu kimi mərasimlər barədə dinimizdə heç nə bildirilmir".

Komitə rəsmisi bildirib ki, insanların yas mərasimlərində təmtəraq və israfdan çəkinməsi üçün ictimai qınağın formalaşması mühüm amildir: "Yas məclislərinin sadə şəkildə keçirilməsinin vacibliyi, israfçılığa yol verilməməsi mövzusunda cəmiyyətin maariflənməsində din xadimlərinin, məclisləri aparan axund və imamların da üzərinə mühüm vəzifə düşür".
loading...
 (Səs sayı: 0)
Müəllif: _K_O_N_K_R_E_T_     Baxış sayi: 167     11.07.2016
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
İran bu gün kosmosa peyk göndərdi Yağış yağacaq - PROQNOZ
Çingiz Qənizadə: “Soydaşlar haqqında” qan.. ŞOK !!! Röyanın ''vor zakon''luğuna generaldan..
Hazır olun! Payızda dollar bu rəqəmədək baha.. Türkiyədə adam öldürmüş azərbaycanlı qad..
Bölgəyə yağan qar bu sürücüləri peşman el.. Astara Gömrükündə öz başınalıq Baş alıb ..
Bu gənclərin adı “Qızıl kitab”a düşdü .. ''Rövşən Lənkəranski'' Bakıda imperiyasını..
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
Xeyale_
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Maraqlı şərhlər yazdığına görə Şərhlər üzrə aktivliyinə görə Super Aktiv Sevilen istifadəçi
Xeyale_
: qiymət: 0
Tarix: 11.07.2016 | # 1
Elediki var olmekde rasxoddu indi hami tesib edir o etdi men qaldim



Hər kəs insanlığı dəyişdirməyi düşünər. Amma kimsə əvvəl özünü dəyişdirməyi düşünməz.( V.Hugo )

 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 2
    Qonaqlar: 122
    Cəmi: 124
    Bu gün saytda olanlar

    Hal-hazırda saytda
    Natiiiiq1
    yusiff
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 115447
    Sayğaclar



    Mp3 yukle