Şellak sonrası dırnaq bərpası
23.08.2016   Bölmə: Gözəllik



Artıq uzun zamandır bir çoxlarının üstünlük verdiyi gel- lakların, dırnaqlara mənfi təsir etdiyini demək olar ki, hamı bilir.

Lakin buna baxmayaraq bu prosedur çox populyardır. Bir çox insanlar, prosedurun həqiqətən ziyanlı olduğunu yalnız dırnağın şelakdan sonrakı vəziyyətini gördüyü zaman anlayırlar. Belə ki, bu prosedurdan sonra dırnaqlar çox kövrək və qatlanan olur. Bu məqalədə sizə, şelakdan sonra dırnaqları necə bərpa etmək lazım olduğu haqda məlumat verəcəyik:


1. Zeytun yağı. Adətən şelakın təmizlənməsindən sonra dırnaqlar cilalanır. Məhz bu səbəbdən onlar kövrək və tez sınan olurlar. Onların möhkəmlənməsi və bərpa olunmasında zeytun yağı köməkçi olacaq. Belə ki, yağı otaq temperturuna qədər mikrodalğalı sobada və ya isti su vannasında qızdırn, əllərinizi o məhlula salaraq hər birini 10 dəqiqə saxlayın. Bu proseduru 1 həftə ərzində gündəlik olaraq etməklə, siz gözəgörünən nəticəyə nail ola bilərsiniz.

2. Sağlam qida. Orqanizmin sağlamlığı tam olaraq nə yediyimizdən asılıdır. Dırnaqların sağlamlığı üçün bu çox önəmlidir. Qida rasionunuzu — zülal, mineral duzlar və A, C, E, D vitaminləri ilə zəngin etməyə çalışın.


3. Limon suyu. Dırnaqların bərpa olunması üçün dırnaqlara limon suyunu sürtüb, 2-3 dəqiqə saxlayın, sonradan su ilə yuyun. Tərkibində olan C vitamini dırnaqlara sağlam görkəm, efir yağları isə onlara möhkəmlik verəcəklər.

4. Yod. Yod setkası dırnaqların kifayət qədər tez bərpa olunmasını təmin edir. Gecə yatmazdan öncə pambıqla hər dırnağın üzərinə az miqdarda yod sürtün. Səhər sarımtıl rəng itəcək, dırnaqlar isə möhkəmlənəcək.

5. Dəniz duzu. Dırnaqların möhkəm, sağlam görkəmli olması və qatlanmaması üçün istifadə olunan dəniz duzlu vannalar qısa zaman ərzidə yaxşı nəticəyə nail olmanıza köməkçi olacaq. 1 xörək qaşığı duzu az miqdarda su ilə qarışdırıb əllərinizi bu məhlulda 10 dəqiqə saxlayın. Prosedurun sonunda qidalandırıcı kremdən istifadə etməyui unutmayın. Bu prosedur həftədə 2-3 dəfə oluna bilər.

6. Parafin vannaları. Salonlarda çox populyar prosedur olan parafin vannalarıdır ki, onun sayəsində qabıq vermə və mikro çatlardan azad olub, dırnaqlarınızı xeyirli mikroelementlərlə qidalandırıb, əl dərisinin qocalmasını zəiflədə biləriniz. Parafin terapiyasının seansı 20-25 dəqiqə çəkməsinə baxmayaraq, nəticəsi uzun müddət saxlanılır.


7. Xüsusi örtüklər. Dırnaqların ən asan bərpa olunma yolu xüsusi örtüklərdir ki, qısa zaman ərzində sizə köməkçi ola bilərlər. Sadəcə onları aldıqda tərkiblərinə diqqət yetirmək lazımdır. Tərkibində kalsiyum, vitamin, minerallar və ipək lifləri olan örtüklər qısa zaman ərzində dırnaqlarınızı möhkəmləndirib, kövrəkliyi aradan qaldırıb və onlara sağlam görkəm bəxş edəcəklər.

8. Kutikullar üçün yağ. Bu yağlar dırnaqlardan nəmin itirliməməsini təmin edir və bunula onlara sağlamlıq bəxş edir. Bu proseduru daimi olaraq istiadə edənlər isə, dırnaq mayasının ilişməsi və dırnağın sarımtıl rəngdə olmasından azad olacaqlar.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: Meliss_17     Baxış sayi: 698     23.08.2016
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Üz tipinə görə saç ayrımı Ani Lorakdan gözəllik və qulluq sirləri
Qadının əsl yaşını ələ verən bədən üzv.. Dəriyə qulluq
Qadının ən gözəl olduğu - yaş dövrü Gözəl görünməyin sirri
Makiyajı silməyin 5 sirri Bu bitki buzları ilə 3 günə gözətrafı lək..
Dümdüz bir qarın üçün möcüzəvi küncüt v.. Gözəlliyin düşmənləri
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
sonnefes
Qısa məlumat

Aktiv olduğuna görə Maraqlı xəbərlər müəllifi Şərhlər üzrə aktivliyinə görə Xəbərlərdə aktivliyinə görə
sonnefes
: qiymət: 0
Tarix: 23.08.2016 | # 4
Tewekkurler



AyNuR95
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Yarışma Qalibi Şərhlər üzrə aktivliyinə görə Super Aktiv Ayın Qalibi Şərhlər üzrə Maraqlı şərhlər yazdığına görə Yarışma Qalibi Ayın Qalibi Şərhlər üzrə Ayın Qalibi Şərhlər üzrə
AyNuR95
: qiymət: 0
Tarix: 23.08.2016 | # 3
LAKIN RENGINI BEYENDIM




























 

yagmur011
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Maraqlı şərhlər yazdığına görə Şərhlər üzrə aktivliyinə görə Maraqlı xəbərlər müəllifi
yagmur011
: qiymət: 0
Tarix: 23.08.2016 | # 2






 

Xeyale_
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Maraqlı şərhlər yazdığına görə Şərhlər üzrə aktivliyinə görə Super Aktiv Sevilen istifadəçi
Xeyale_
: qiymət: 0
Tarix: 23.08.2016 | # 1
Tewekkur



Hər kəs insanlığı dəyişdirməyi düşünər. Amma kimsə əvvəl özünü dəyişdirməyi düşünməz.( V.Hugo )

 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 0
    Qonaqlar: 183
    Cəmi: 183
    Bu gün saytda olanlar
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 117682
    Sayğaclar



    Mp3 yukle