Günəbaxan tumu ilə alma piroqu
29.08.2016   Bölmə: Mətbəx


(6 pay):

230-250 q un
200 q kərə yağı
150 q şəkər tozu
3 yumurta
100 q xama
250 q turşməzə, bərk alma (təmizlənmiş)
1 x.q. limon şirəsi
1 ç.q. qabartma tozu (yaxud soda)
100 q təmizlənmiş günəbaxan tumu
40 q süd
1 çimdik duz

Almanı təmizləyib qabığını soyub kubik doğrayandan sonra üzərinə limon şirəsi gəzdirin ki, qaralmasın.

Tumları quru tavada qızılı rəng alanadək qovurun.

Tavaya 20 q yağ qoyun, süd tökün, 70 q şəkər tozu (4 x.q.) əlavə edin, ocağın üstünə qoyun. Qaynara düşüb rəngi qızılıya çalanda tumları töküb qarışdırın.

Formanın içinə perqament döşəyin. Karamelizə edilmiş tumları üzərinə bərabər yayın.

İkinci lay almadır, bərabər yayın.

Xəmir: 180 q otaq temperaturunda olan yağı mikserlə təxminən 1,5 dəqiqə möhkəm çalın. Yumurtaları bir-bir əlavə edin. Hər birindən sonra 1 dəqiqə çalın. Qalan 80 q şəkər tozunu da əlavə edib çalın.
Xama, duz, unla qarışdırılmış qabartma tozunu əlavə edib qaşıqla səliqəylə qarışdırın.

Xəmir çox yumşaq alınmalıdır. Onu almaların üzərinə tökün. Sonra formanı saat əqrəbi istiqamətində sürətlə bir neçə dəfə fırladın ki, xəmir daha çox kənarlara yayılıb ortasında çala əmələ gəlsin. Bu halda bişəndən sonra piroqun üzəri hamar olacaq.

180 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin. Soyudun.
Əgər piroqun ortası hündür alınıbsa (alma olmayan hissəsi, onu bıçaqla kəsib hamarlayın).

Soyumuş piroqu qaba tərs çevirib perqamenti çıxarın. Əgər tumlar kağızın üzərində qalıbsa, bıçağın köməyilə qoparıb piroqun üstünə qoyun.

Nuş olsun!
loading...
 (Səs sayı: 0)
Müəllif: Anonim2015     Baxış sayi: 284     29.08.2016
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Ən asan bananlı piroq resepti Heyva keksinin asan HAZIRLANMA QAYDASI
Kakaolu sarmalı lokum resepti Ən dadlı yay kokteylləri
Qabaqla toyuq kotletləri Xardal souslu toyuq
Nəyi nə ilə yemək olar? Gilənarlı dondurma – Resept
Saçları, dırnaqları və dərini qidalandıran .. Delis tortu
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
AyNuR95
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Yarışma Qalibi Şərhlər üzrə aktivliyinə görə Super Aktiv Ayın Qalibi Şərhlər üzrə Maraqlı şərhlər yazdığına görə Yarışma Qalibi Ayın Qalibi Şərhlər üzrə Ayın Qalibi Şərhlər üzrə
AyNuR95
: qiymət: 0
Tarix: 29.08.2016 | # 2
BIRINCI SEFERDI EWIDIREM




























 

selenka
Qısa məlumat

Aktiv olduğuna görə
selenka
: qiymət: 0
Tarix: 29.08.2016 | # 1
namm namm





 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 4
Qonaqlar: 181
Cəmi: 185
Bu gün saytda olanlar

Hal-hazırda saytda
arabchonka
ayawka
C_A_M_A_L
Darixanurekk
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 113851
Sayğaclar



Mp3 yukle