''Krepvil'' tortu
04.09.2016   Bölmə: Şirniyyatlar




Tərkibi:

xəmir (d=22 sm olan korjlar üçün):

80 q kərə yağı
100 q şəkər tozu
2 yumurta
300 ml süd
1/2 ç.q. qabartma tozu
800-900 q un

krem:

650 ml süd
1 budaq vanil
3 yumurta
4 x.q. nişasta
1 banka bişmiş qatılaşdırılmış süd
120 q otaq temperaturunda yağ

Korj:

Otaq temperaturunda kərə yağını şəkər tozu ilə çalın. Yumurtaları əlavə edib çalın. Süd qatıb qarışdırın. Unun bir hissəsini qabartma tozu ilə ələyib qatın. Sonra tədricən unun qalanını əlavə edib xəmir hazırlayın. Xəmir yumşaq olmalı, amma ələ yapışmamalıdır. Üzərini örtüb isti yerdə yarım saat saxlayın (bu müddətdə kremi hazırlamaq olar).

Sobanı 170 dərəcə qızdırın.

Xəmiri yuvarlayıb kolbasa formasına salın. Sonra 20 bərabər hissəyə bölün.

Hər birini 22 sm diametrində yayın. Belə etmək olar: silikon sinidə yayın, sonra kənarı açılan formanın elə kənarıyla da (22 sm diametrli) kəsin. Amma qıraqlarını götürməyin, onlar da korjla birlikdə bişsinlər, tortun üzərinə səpmək üçün əladır. Bir korj bişən müddətdə digərini yayıb hazırlayın. Çünki 1 korj 4-5 dəqiqəyə bişir.

Yaxşı olar ki, kremi əvvəlcədən hazırlayıb korjların üstünə isti-isti yaxasınız. Bu zaman korjlar quruyub əyilmir, tort da hamar və səliqəli alınır.

Krem. Bişmiş qatılaşdırılmış süd yoxdursa, adi qatılaşdırılmış südü qazanda soyuq suya qoyun. Vam odda 2 saat bişirin. Diqqət edin ki, su buxarlanıb bankanın aşağısına enməsin, lazım gələrsə, qaynar su əlavə edin (yoxsa partlaya bilər).

Tavaya süd tökün, vanilin budağını ortadan bölüb dənələrini südə qatın. Ocağın üstünə qoyun. Süd qızan müddətdə başqa qabda yumurta ilə nişastanı ağarıb həcmi artınca çalın. Çalmağı dayandırmadan qaynar südü əlavə edib bir qədər də çalın. Sonra ocağın üzərinə qaytarıb qatılaşanadək qarışdıraraq bişirin. Çalışın, lopa qalmasın. Əgər lopa əmələ gələrsə, kremi ələkdən keçirin. Soyudun. Kərə yağını bişmiş qatılaşmış südlə çalın. Ərzaq otaq temperaturunda olmalıdır. Bişmiş kremi də əlavə edin, yenidən çalın.

Hər korjun üzərinə bol-bol krem çəkin (tortun üzəri və kənarı üçün də krem saxlayın), üst-üstə düzün. Korjların kənarında qalan artıqları xırdalayın. Sonra isə tortun üzərinə səpin. Tortu bir gecə soyuducuda saxlayın.

Nuş olsun!
loading...
Zengimcell yukle
 (Səs sayı: 1)
Müəllif: papatya     Baxış sayi: 1211     04.09.2016
Təşəkkür edənlər (1) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Fındıqlı keks Mətbəx sirləri: ''Köstəbək'' pirojnaları
Mətbəx sirləri: Şambali French tost tərifi
"Şam qozası" Ən Asan Pirojna Resepti - Laminqton
ÇOX ASAN RESEPT: GÜNƏBAXAN HALVASININ HAZIRLANM.. şokoladın faydaları
Mətbəx sirləri: ÜÇRƏNGLİ ÇÖRƏK Şəkərbura resepti
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
seva26
Qısa məlumat

Aktiv olduğuna görə
seva26
: qiymət: 0
Tarix: 06.09.2016 | # 8
Dadli gorsenir Twk



sonira
Qısa məlumat
sonira
: qiymət: 0
Tarix: 05.09.2016 | # 7
Qesengdi



nurcan94
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Maraqlı şərhlər yazdığına görə Yarışma Qalibi Yarışma Qalibi Şərhlər üzrə aktivliyinə görə Sevilen istifadəçi
nurcan94
: qiymət: 0
Tarix: 05.09.2016 | # 6
Gozel gorsenir
Napaleon tortunada benzedi biraz






 

yagmur011
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Maraqlı şərhlər yazdığına görə Şərhlər üzrə aktivliyinə görə Maraqlı xəbərlər müəllifi
yagmur011
: qiymət: 0
Tarix: 04.09.2016 | # 5






 

meley0001
Qısa məlumat

Ayın Qalibi Xəbərlər Üzrə Ayın Qalibi Xəbərlər Üzrə Yarışma Qalibi Yarışma Qalibi Yarışma Qalibi
meley0001
: qiymət: 0
Tarix: 04.09.2016 | # 4
Mende bundan hazirlamişdi ela dadi var
Teşekkur gozelim








Hər kəs öz gözündə tiri görsə başqasının gözündə tük axtarmasa oturar öz zibilə qalmış yerin də✌




 

ArzularLimani
Qısa məlumat

Aktiv olduğuna görə
ArzularLimani
: qiymət: 0
Tarix: 04.09.2016 | # 3





 

emiwka
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi
emiwka
: qiymət: 0
Tarix: 04.09.2016 | # 2
Bəyəndim dadlı olar



AyNuR95
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Yarışma Qalibi Şərhlər üzrə aktivliyinə görə Super Aktiv Ayın Qalibi Şərhlər üzrə Maraqlı şərhlər yazdığına görə Yarışma Qalibi Ayın Qalibi Şərhlər üzrə Ayın Qalibi Şərhlər üzrə
AyNuR95
: qiymət: 0
Tarix: 04.09.2016 | # 1
Yuxasi cox gosez gorsenir
Her kese nuw




























 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 2
Qonaqlar: 147
Cəmi: 149
Bu gün saytda olanlar

Hal-hazırda saytda
bynAnogy
Ejurqmeags
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 115786
Sayğaclar



Mp3 yukle