Mikhail Lomonosov
07.09.2016   Bölmə: Tanınmışlar

Mixail Vasilyeviç Lomonosov 19 noyabr 1711-ci il, Mişanin kəndi (indi Lomonosov kəndi), Arxangelsk vilayəti, Rusiya imperiyası — 15 aprel 1765-ci il, Sankt-Peterburq, Rusiya imperiyası) — dünya səviyyəli birinci rus alimi-təbiətşünası, ensiklopediyaçı, kimyaçı, fizik; vaxtilə fiziki kimyayaya indiki dövrün tərifinə çox oxşayan anlayış verib və fiziki-kimyəvi tədqiqatların geniş proqramını işləyib.[1][2][3][4]. Onun istiliyin molekulyar-kinetik nəzəriyyəsi indinin materiya quruluşu barədə təsəvvürlərin əsasını qoydu, onun sayəsində bir sıra fundamental fiziki qanunlar işləmək mümkün oldu. [5].Şüşə haqqında elmin əsasını qoyub.

O həmçinin astronom, cihaz nəzəriyyəçisi, coğrafiyaçı, metallurq, geoloq, şair, rəssam, tarixçi olub, müasir rus dilinin əsasını qoyub. Rusiya təhsil sisteminin, elm və iqtisadiyyatının inkişafına dair bir sıra layihələr hazırlayıb.

Sonradan onun adı ilə adlandırılan Moskva Universitetinin təsisi təklifini irəli sürüb. venera planetinin atmosferinin mövcudluğunu kəşf edib.[6][7][8].
M.Lomonosov özünün fəaliyyətində elmin bütün əsas sahələrini əhaətə edə bilib. Onları əsaslı şəkildə işləyib, dərinliyinə vara bilib. Onun elmi nəticələri hətta indi də müasir elmdə aktual olaraq qalır.[9]

Mixail Lomonosov ensiklopedik insan olduğundan beten məşğul olduğu elm sahələri üzrə ciddi tədqiqatlar apara bilib. Böyük rus şairi Aleksandr Puşkin onun haqqında yazırdı:

"Özünün böyük iradəsini və yüksək dərketmə qabiliyyətini ortaya qoyaraq Lomonosov təhsilin bütün sahələrini əhatə edə bildi.Elm yanğısı onun qəlbinin ehtirası idi.Tarixçi, natiq, mexanik, kimyaçı, mineraloq, rəssam, o bunların hamısını keçdi. Birinci olaraq Vətənin tarixinə baş vurdu, qanunlar işləyir, ..., fabriklər yaradır, rəssam kimi mozaika hazırlayır və ən əsası şeir dilinin mənbələrini hamıya göstərir." [10]

Alim isə bu barədə deyir: "Heç bir şübhə yoxdur ki, elm elmə kömək edir.Fizika kimyaya, riyaziyyat fizikaya, mənəviyyat elmi və tarix poeziyaya kömək edən kimi."[11]

1761-ci ildə apardığı tədqiqatlar zamanı böyük rus alimi Mixail Vasilyeviç Lomonosov Venera planetində atmosferin olduğunu aşkar etmişdir.[12]

XVIII əsrdə Rusiyada "Coğrafiyanın" inkişafında alimlərin də xüsusi əməyi olmuşdur. Əldə edilmış müəlumatların təhlili, xəritələrin ümumiləşdirilməsi, ərazilərin mənimsənilməsi vacib vəzifə idi. Rus alimi M.V.lomonosov (1711-1765) "Coğrafiya" sahəsində xüsusi əhəmiyyəti olan işlər görmüşdür. 1739-cu ildə Rusiya Elmlər Akademiyasında yaradılmış "Coğrafiya" departamenti 1745-ci ildə "Rusiya Atlası"nı hazırladı. Lomonosov quberniyalar haqqında məlumat toplamaq və Atlası yenidən nəşr etmək üçün 1758-ci ildə onlara xüsusi sorğu sualları göndərdi. Burada iqtisadi məlumatların da olması, onların təhlillərinin aparılması "iqtisadi coğrafiya" sözünün yaranmasına səbbəb oldu. Bu temini ilk dəfə Lomonosov işlətmışdir.O,həmçının Şimal dəniz yolunun, Şimal Buzlu okeanının, onun iqlimi və buz örtüyü, su axınlarının, atmosferin öyrənilməsi üçün böyük əmək sərf etmışdir.

İqtisadi coğrafiynın yaranması Lomonosovun adı iə bağlıdır. M.V.Lomonosov bu elmin inkişafının zəruriliyini göstərmiş və onun əsas istiqamətlərini vermişdir.

1756-cı ildə Lomonosov ilk dəfə fikir yürütmüşdür ki, təbiətdə hər hansı bir rəngi yaratmaq üçün 3 əsas rəngi (göy, qırmızı, yaşıl) müəyyən nisbətlə qarışdırmaq kifayətdir. Bununla da təsvirlərin kompüter kodlaşdırılması rəngin 3 komponentlik nəzəriyyəsinin əsasında qurulmuşdur.
loading...
Zengimcell yukle
 (Səs sayı: 0)
Müəllif: _zuzu_     Baxış sayi: 251     07.09.2016
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Fahriye Evcendən şayiələrə cavab - foto Dəniz Səkidən ilk açıqlama
Rafet Bakıya gəlir Özcan Dəniz və Fahriye Evcen evləndi (FOTOSESS..
Nəhayət evlənirlər Nəhayət evlənirlər Reza Zərrab hökuməti hədələdi: “Ağzımı ..
TƏCİLİ: Prodüser Təranə əməliyyat olunur "Qızımı müğənniyə vermərəm" - Fatimə
Seda Bakan Tanınmış prodüser: "Qızımın atası başqas..
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
AyNuR95
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Yarışma Qalibi Şərhlər üzrə aktivliyinə görə Super Aktiv Ayın Qalibi Şərhlər üzrə Maraqlı şərhlər yazdığına görə Yarışma Qalibi Ayın Qalibi Şərhlər üzrə Ayın Qalibi Şərhlər üzrə
AyNuR95
: qiymət: 0
Tarix: 07.09.2016 | # 1
MELUMAT UCUN TEWEKURLER




























 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
XƏBƏR LENTİ
    SAYTA GİRİŞ
    İstifadəçi adı:
    Parol:
                
    Qeydiyyat
    Şifrənizi unutmusunuz?

    Hal-hazırda saytda
    İstifadəçilər: 3
    Qonaqlar: 90
    Cəmi: 93
    Bu gün saytda olanlar

    Hal-hazırda saytda
    darixanurekk
    Natiiiiq1
    nunuka
    REYTİNQ CƏDVƏLİ
    Ən çox baxılan xəbərlər
    Xəbərlər üzrə reytinq
    Şərhlər üzrə reytinq
    Sorğu
    Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

    Platya
    Yubka
    Kofta
    Cins Şalvar
    Pencək
    Mini Yubka
    Uzun Platya
    Cins Pencək
    Lasin
    Şalvar
    Şarf



    Nəticələr
    Başqa sorğu-suallar

    Səs sayı: 117116
    Sayğaclar



    Mp3 yukle