Saç tökülməsinin qarşısını alan ÜSUL
12.09.2016   Bölmə: Dəri və saç

Tez-tez müxtəlif təsirlərə məruz qalan, düzləşdirilən, boyanan saçlar gün keçdikcə dəniz, hovuz və günəş şüalarının da təsiriylə nəmini itirir. Nəticədə qırılmağa, hətta tökülməyə başlayır. Sağlam, parlaq və güclü saçlara yenidən qovuşmanın yolu isə bədənin ehtiyacı olan suyu qarşılayaraq, nəm tarazlığını təşkil etməkdir. Bu baxımdan mütəxəssislər gündə ən az iki litr su içməyi vacib hesab edir.

Kifayət qədər su içməmək saç quruluğuna, qırılmalara və saç tökülməsinə səbəb olur. Su bədəni yalnız nəmləndirmir, eyni zamanda təmizləyir, sağlam, ipək və parlaq saçlara qovuşmağı təmin edir. Həmçinin saç dərisi quruluğunun, kəpəklənməyin və tökülməyin də qarşısını alır. Saç kökdən qidalandığı üçün sağlam saçların sirri balanslı qidalanma və kifayət qədər su içməkdədir. Zülal, omega-3, sink, dəmir və biotin qəbulu da saçların canlanması üçün vacibdir”.


Su qida maddələrinin hüceyrələrə daşınması, tullantı maddələrin bədəndən xaric edilməsi kimi bir çox həyati funksiyanı yerinə yetirir. Su bədəndən tənəffüs, tər, sidik və nəcis yolu ilə çıxır. Xüsusilə yay aylarında maye itkisi artımı daha çox yaşanır. Ona görə də qadınların gündə təxminən 2 litr, kişilərin isə 2,5 litr suya ehtiyacı var. Yatmazdan əvvəl içilən su gecə boyu dərinin su ehtiyacını qarşıladığı üçün çox əhəmiyyətlidir. Çay, qəhvə kimi içkilər suyu əvəz etmədiyindən sidiyi artırır və bədənin daha çox maye itirməsinə gətirib çıxarır. Bu vəziyyət də dəri hüceyrələrinə kifayət qədər qida maddəsinin daşınmasına mane olur.

Sun.az saç tökülmənin qarşısını alan reseptlər təqdim edir. Qeyd edək ki, dəmir baxımından zəngin yaşıl tərəvəz və meyvələr saç tökülməsinin qarşısını almaqda təsirlidir. Aşağıdakı spirtsiz meyvə-tərəvəz kokteyli reseptləri saçlardan başlayaraq bütün bədənin sağlamlığını təmin edir.

Yaşıl spirtsiz meyvə-tərəvəz kokteyli üçün

- 1 ovuc ispanaq
- 1 dəstə cəfəri
- 3-4 ədəd xiyar
- 1 yaşıl alma
- 1/2 stəkan su

Hazırlanması: Ərzaqları blendr və ya meyvə çəkəndən keçirdikdən sonra suyla qarışdırın.


Stressə qarşı qırmızı spirtsiz meyvə-tərəvəz kokteyli üçün

- 1 kiçik boy qaynadılmış çuğundur
- 1 kiçik boy banan
- 1 ovuc qara tut
- 1 stəkan su

Hazırlanması: Ərzaqları blendr və ya meyvə çəkəndən keçirdikdən sonra suyla qarışdırın.

loading...
 (Səs sayı: 0)
Müəllif: Anonim2015     Baxış sayi: 814     12.09.2016
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Üzdəki sızanaqlar xəstəliklərdən xəbər ve.. Saçları nazikləşdirən 5 vərdiş
Ziyafət üçün makiyaj növləri.. Boyadan yanan saçları necə bərpa etmək olar?
Saçları yuyanda etdiyimiz 8 SƏHV YAĞLI DƏRİLƏR ÜÇÜN TƏBİİ MASKALAR
Diqqət! Bu vərdişlər qırışlara səbəb olur.. Əlinizi gündə 6 dəfədən çox yuyursunuzsa.....
Qadın dərisi üçün Ölü dəniz möcüzəsi Yayda dəriyə necə qulluq etməliyik? - Xanımla..
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
AyNuR95
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Yarışma Qalibi Şərhlər üzrə aktivliyinə görə Super Aktiv Ayın Qalibi Şərhlər üzrə Maraqlı şərhlər yazdığına görə Yarışma Qalibi Ayın Qalibi Şərhlər üzrə Ayın Qalibi Şərhlər üzrə
AyNuR95
: qiymət: 0
Tarix: 12.09.2016 | # 1
ELIDORUN WANPUNU




























 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 2
Qonaqlar: 115
Cəmi: 117
Bu gün saytda olanlar

Hal-hazırda saytda
ki_rydanov1985
PatrizaFem
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 114428
Sayğaclar



Mp3 yukle