Bu xəbəri kişilər oxusun - En təhlükəli qadın bürcü görün hansı imiş
17.09.2016   Bölmə: Bürclər



Qoç bürcü qadını
Qoç bürcündə doğulan qadınlar dürüst, davakar, enerjili, sevdiklərinə, bir o qədər də sərbəstliklərinə bağlı olurlar. Bu bürcün əsas mənfi tərəfi onların çox qısqanc və qürurlu olmasıdır. Qoçlar hər zaman tərəf müqabillərindən tərif eşitmək istəyir, bununla yanaşı ailələrinə və yoldaşlarına sahiblənməyi və onları yönəltməyi yaxşı bacarırlar. Bu bürcdə doğulan qadınlar aqressiv, romantik və ona heyran olan kişiləri bəyənir.

Buğa bürcü qadını
Onlar yoldaşının sözünü dinləyən, lakin bir o qədər də inadkar insandırlar. Buğalar yaxşı bir ev sahibəsidirlər, yoldaşlarından da belə olmağı gözləyirlər. Əziz kişilər, əgər siz buğa bürcündən olan qadınla ailə həyatı qurmaq istəyirsinizsə, xəbəriniz olsun ki, buğalar çox ailəcanlıdırlar, evdə daima dinclik yaradır, yaxşı ana və həyat yoldaşı olurlar. Qısa olaraq, onlara ideal ev qadını da deyə bilərik.

Əkizlər bürcü qadını
Bu qadınlar asanlıqla dostluq qurmağı bacarır, lakin qüsur axtaran temperamentlərinə görə bu münasibətləri uzun çəkmir. Dəyişikliyi sevir və bunun müsbət təsiri olacağını düşünürlər. Gəzməyi, səyahət etməyi cox sevir, əgər yoldaşları mədəni və savadlıdırsa, münasibətlərindən daha çox zövq alırlar. Həyatlarında çoxlu dəyişiklik etməyi sevirlər.

Xərçəng bürcü qadını
Bu qadınlar sevgidə səmimi, yoldaşlarına bağlıdırlar. Uşaqlarını çox sevən, münasibətlərində dürüst, mədəni, nəzakətlidirlər. Fikirləri asanlıqla dəyişmir. Uşaqlarına çox yaxşı analıq edirlər. Xərçənglərin həyatı sevgi olmadığı zaman monotonlaşır. Sevgidə fədakar və sadiq olur, öz fikirlərilə yoldaşlarına tazyiq göstərmirlər.

Şir bürcü qadını
Bu qadınlar geniş ürəkli, əliaçıqdırlar. Hər işə can atır, müzakirə etməyi sevirlər. Başqalarına kömək edən, açıq fikirli, açıq sözlüdürlər. Başqalarına etdikləri yaxşılığın, göstərdikləri xoş münasibətin əvəzini gözləmirlər. Sabit fikirlər, idarə etmə arzusu, çalışqanlıq onların temperamentinin əsas özəlliyidir. Şirlər sevdikləri insanı nəzarətləri altında saxlamağı sevir, ideal, ehtiraslı sevgiləri ilə diqqət çəkirlər.

Qız bürcü qadını
Qızlar dürüst və təmiz ürəklidirlər. Kariyeradakı uğurları ilə seçilirlər. Çəkingən olduqları üçün çox vaxt sevgilərini qarşılarındakı şəxsə etiraf edə bilmirlər. Başqalarına kömək etmək, gəzmək, dəyişikliklər etmək onların temperamentinin əsas özəllikləridir. Onları çox ehtiraslı hesab etmək olmaz. Qızlar yalnız xoşbəxt və sakit bir ailə qurmağa çalışırlar.

Tərəzi bürcü qadını
Bu bürcün qadınları gənc yaşlarında evlənməyə üstünlük verirlər. Onlar ağıllı, anlayışlı, nəzakətli və ədalətlidirlər. Seks və sevgi münasibətlərində əla tərəf müqabilidirlər. Ətirləri, özünəqulluğu sevmələri, qarşı cinsə daha diqqətli olmaları onların əsas xüsusiyətlərdir. Əyləncəni, komfortlu həyatı çox sevirlər. Çox ehtiraslıdırlar, qarşılarında da belə birini görmək istəyirlər.

Əqrəb bürcü qadını
Əqrəblər öz bürclərindən olanlarla daha yaxşı yola gedirlər. Hünərli və qərarlarında möhkəmdirlər. Onları idarə etmək istəyənlərə qarşı çox aqressiv olurlar. Qarşı tərəfdən daim nəzakətli olmağı gözləyirlər. Sevgidə dinamik və enerjilidirlər. Münasibət boyunca daim onlara diqqət göstərilməsini və kompliment edilməsinə gözləyər, bunlar olmadığı təqdirdə münasibətdən bezə bilərlər. Xoşbəxtliyi yaradan və onu idarə edən insanlardır.

Oxatan bürcü qadını
Bu bürcdə doğulan qadınlar onlara əmr, göstəriş verən kişiləri sevmirlər. Bir yerdə durmağı xoşlamır, daima hərəkətli həyat tərzi sürməyə çalışırlar. Qarşı cinslə yaxın dost münasibəti qurmağı bacarırlar. İstənilən situasiyaya asan adaptasiya olmağı bacarır, daim qarşı tərəfin fikrinə hörmətlə yanaşırlar.

Oğlaq bürcü qadını
Oğlaq bürcü qadını inadkar və sözündən dönməzdir. Qarşılarına çıxan çətinliklərə baxmayaraq sonuna qədər onlarla mübarizə aparmağa çalışırlar. Nüfuzlu insan olmaq, söhrət və var-dövlət sahibi olmaq onların əsas arzusudur. Bu bürcdə doğulanlar çox böyük dost çevrəsini sevmirlər, amma onları duyğusal da hesab etmək olmaz. Münasibətlərində liderlik etməyə çox da səy göstərməzlər.

Dolça bürcü qadını
Bu bürcün qadınları ənənələrlə yaşamağı sevmirlər. Əgər yoldaşları onlara uyğun deyilsə, birdəfəlik ondan əl çəkməz, əvvəlcə dəyişdirməyə çalışarlar. Bu qadınlar ünsiyyəti, yeni insanlarla tanışlığı sevirlər. Onlar qohumlar arasında da isti münasibət olmasının tərəfdarıdırlar. Bu qadın sevgiyə və romantizmə çox da fikir verməz. O sadəcə ailəsində xoşbəxtlik, sakitlik olmasının tərəfdarıdır.

Balıq bürcü qadını
Bu bürcdən olan qadın tərəf müqabilini seçərkən onda gözəllikdən daha çox ağıl, məntiq axtarır. Bununla yanaşı onlar qısqanc və yoldaşına çox bağlı olurlar. Nisbətən dəyişkən xarakterlidirlər. Daim balıqların ətrafında böyük bir dost çevrəsi vardır, çünki insanlarla ünsiyət qurmağı yaxşı bacarırlar.
loading...
 (Səs sayı: 0)
Müəllif: Meliss_17     Baxış sayi: 894     17.09.2016
Təşəkkür edənlər (1) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
31.03.2017 Gündəlik Bürclər 28 iyun 2014-cü il. Günün qoroskopu: bəziləri..
Günün qoroskopu: ünsiyyət çətinləşəcək Günün qoroskopu: Genişmiqyaslı layihələrə b..
2014 May ayında astrologiyada əhəmiyyətli tari.. 08.04.2017 Gündəlik Bürclər
10.000 AZN BÜRCLƏRƏ HƏDİYYƏ VERSƏN... Bürclərə həsr edilmiş şerlər
Hansi burcler daha cox yalan daniwir :/ Günün qoroskopu: insanlara fikir verin
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
YildizQ
Qısa məlumat
YildizQ
: qiymət: 0
Tarix: 29.10.2017 | # 6
Teşekkürler






 

yagmur011
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Maraqlı şərhlər yazdığına görə Şərhlər üzrə aktivliyinə görə Maraqlı xəbərlər müəllifi
yagmur011
: qiymət: 0
Tarix: 17.09.2016 | # 5






 

sonnefes
Qısa məlumat

Aktiv olduğuna görə Maraqlı xəbərlər müəllifi Şərhlər üzrə aktivliyinə görə Xəbərlərdə aktivliyinə görə
sonnefes
: qiymət: 0
Tarix: 17.09.2016 | # 4
Əkizlər



AyNuR95
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Yarışma Qalibi Şərhlər üzrə aktivliyinə görə Super Aktiv Ayın Qalibi Şərhlər üzrə Maraqlı şərhlər yazdığına görə Yarışma Qalibi Ayın Qalibi Şərhlər üzrə Ayın Qalibi Şərhlər üzrə
AyNuR95
: qiymət: 0
Tarix: 17.09.2016 | # 3
Balixlarr axirki birdefen duz yazdiz
Oldugu kimi varam




























 

yulia
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi
yulia
: qiymət: 0
Tarix: 17.09.2016 | # 2
Qısa olaraq, onlara ideal ev qadını da deyə bilərik. Ideal ev qadini oldugum üçün gelecekse ag atli sahzade deyin zehmet çekmesin. zarafat





 

asdfggaag
Qısa məlumat

Aktiv olduğuna görə Seçilmiş istifadəçi Yarışma Qalibi Yarışma Qalibi Maraqlı şərhlər yazdığına görə Maraqlı xəbərlər müəllifi
asdfggaag
: qiymət: 0
Tarix: 17.09.2016 | # 1
Mende oxudum gorum tehlukeliyem yoxsa yox





 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 2
Qonaqlar: 99
Cəmi: 101
Bu gün saytda olanlar

Hal-hazırda saytda
CharlesDic
eLi12
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 113829
Sayğaclar



Mp3 yukle